“Amay”ın böyük hissəsi hərraca çıxarılır Qiymət...
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakının Xətai rayonunda yerləşən “Amay” Ticarət Mərkəzinin 5-ci mərtəbəsində yerləşən ofis tipli qeyri-yaşayış sahəsi hərraca çıxarılıb.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, Nobel prospekti, 23 ünvanında yerləşən binanın 5-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi dövlət hərracına çıxarılması barədə qərar qəbul edilib.
Məlumata görə, qeyri-yaşayış sahəsi Nobel prospekti, 23 nömrəli binanın, 5-ci mərtəbəsində olan 6730.8 kvadrat metr ümumi sahədən ibarətdir.
Hərraclar məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı əmlakın hərracda satılması yolu ilə tələbin ödənilməsi məqsədilə icra məmurlarının sifarişi əsasında həyata keçirilir.
Hərraca çıxarılan əmlakın hazırkı bazar qiyməti 6,865,416 manat təşkil edib.
Bildirilir ki, əmlakın ümumi bazar dəyəri isə 8,076,960 manatdır.
Qeyd edək ki, “Amay” Ticarət Mərkəzi iş adamı Abdulla Abdullayevə məxsusdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 08 Oktyabr 2026 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















