AMB: Azərbaycanda QR ödəniş tətbiq edən bankların sayı artacaq
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Ölkədə QR ödənişlərinin tətbiqində yeni mərhələ başlayıb.
“APA-Economics” xəbər verir ki, IX Bankçılıq Forumunda çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının Ödəniş Sistemləri və Məhsul İnkişafı Departamentinin baş mütəxəssisi Emil Ağcayev deyib.
Onun sözlərinə görə, artıq bir sıra banklar öz QR həllərini istifadəyə verib və bu proses yaxın dövrdə daha geniş miqyas alacaq. Mərkəzi Bank tərəfindən hazırlanmış AzQR vahid ölkə QR standartı beynəlxalq tələblərə uyğunlaşdırılıb və bütün bank və fintech tətbiqlərinin bu formatı dəstəkləməsi nəzərdə tutulur.
Emil Ağcayev əlavə edib ki, vahid QR standartına keçid həm şəffaflığı artıracaq, həm də rəqəmsal ödənişlərin payını yüksəldərək satışların artmasına müsbət təsir göstərəcək.
Baxış sayı:56
Bu xəbər 19 Noyabr 2025 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















