AMB builki iqtisadi artımla bağlı proqnozlarını açıqlayıb Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Mərkəzi Bankı bu il ölkə iqtisadiyyatının 3,3 %, o cümlədən qeyri-neft-qaz iqtisadiyyatının 5,2 % böyüyəcəyini proqnozlaşdırır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi bu il ölkədə 3,5%, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 4,9 % iqtisadi artım gözləyir.
"Bizim proqnozlarımıza görə, 2025-ci ildə neftin 1 barelinin orta qiyməti 77,3 ABŞ dolları, təbii qazın 1 000 kubmetrinin qiyməti isə 349 ABŞ dolları olacaq. Ötən il Azərbaycanın xarici ticarət balansında 5,5 milyard ABŞ dolları profisit olub. Bizim isə cari əməliyyatlar balansının profisiti ilə bağlı proqnozumuz 5,3-5,5 milyard ABŞ dolları idi", - deyə sədr əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 22 Yanvar 2025 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















