AMB: Dollar əmanətlərinin sığortalanma faizinin dəyişməsində maraqlı deyilik
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Mərkəzi Bankı (AMB) yerli banklara ABŞ dolları ilə yerləşdirilən əmanətlərin sığortalanma faizinin (hazırda illik 2,5 %-dir) dəyişdirilməsində maraqlı deyil.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Vaxtilə dollar əmanətlərinin xüsusi çəkisi 80 %-dən çox olsa da, hazırda 28 %-dir. Elə bizim də istəyimiz bu idi ki, həmin göstəricini 20-25 %-ə endirək. Bundan aşağı düşməsinə və yaxud yuxarı qalxmasına elə bir marağımız yoxdur ki, Himayəçilik Şurasında təmsil olunduğumuz Əmanətlərin Sığortalanması Fonduna təklif verək. Bu gün problem odur ki, bank xarici valyutada əmanət cəlb edib onu hara yerləşdirsin? Xarici qiymətli kağızlara yerləşdirmək olar. Orada da gəlirlilik 4-4,5 % civarındadır. Xarici valyutada krediti isə yalnız ixrac gəlirləri olan hüquqi şəxslərə vermək olar, onun da tələbatı böyük deyil", - deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 06 May 2026 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















