AMB: Sığortaçılar müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər
Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanda sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Texnologiyaları və İnnovasiyalar Departamentinin Maliyyə Texnologiyalarının Təhlili və İnkişafı Şöbəsi mütəxəssisi mütəxəssisi Elmar Didakanan Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda bildirib.
"Tutaq ki, vətəndaş hər hansı sığorta şirkətinə müraciət edərək KASKO sığortası almaq istəyir. Onun həmin sığorta şirkətində əvvəlki sığorta tarixçəsi olmaya bilər. Bu halda şirkət vətəndaşın nə dərəcədə riskli olduğunu, yaxud yol hərəkəti qaydalarına nə qədər riayət etdiyini müəyyənləşdirməkdə çətinlik çəkə bilər. Açıq maliyyə funksionallığı vasitəsilə vətəndaş digər sığorta şirkətlərindəki məlumatlarının da istifadəsinə razılıq verə bilər. Bu isə onun risk profilinin daha dəqiq qiymətləndirilməsinə və nəticədə fərdi xüsusiyyətlərinə uyğun sığorta tariflərinin tətbiq olunmasına imkan yaradacaq", - deyə o qeyd edib.
AMB rəsmisinin sözlərinə görə, qurumun əsas hədəfi sadəcə məlumat toplamaq deyil: "Əsas məqsədimiz məlumatlar əsasında vətəndaşların faydalana biləcəyi müxtəlif məhsul və xidmətlərin yaradılmasıdır. Yəni məqsədimiz yalnız məlumatları toplamaq, vətəndaşa onlara baxış imkanı vermək və bununla kifayətlənmək deyil. Vətəndaşlar üçün üstünlüklərə gəlincə, onlar daha çox fərdiləşdirilmiş məlumatlar əldə edə biləcək, istədikləri məhsullar üzrə daha dəqiq təhlillərin aparılması və onlara uyğun təkliflərin təqdim olunması mümkün olacaq".
report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 25 Noyabr 2026 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















