Icma.az
close
up
RU
AMEA da “İstiqlal marşı”nın qəbul olunmasının 104 cü ildönümü münasibətilə tədbir keçirilib FOTO

AMEA da “İstiqlal marşı”nın qəbul olunmasının 104 cü ildönümü münasibətilə tədbir keçirilib FOTO

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

Martın 12-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Türkiyə Cümhuriyyətinin və Şimali Kipr Türk Respublikasının Dövlət Himni “İstiqlal marşı”nın qəbul olunmasının 104-cü ildönümü münasibətilə “İstiqlalımız əbədidir!” mövzusunda tədbir keçirilib.

AMEA-dan  Sfera.az-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Ədəbiyyat İnstitutunda Mehmet Akif Ərsoy adına Türkiyə Ədəbiyyatı Mərkəzini ziyarət ediblər.

Daha sonra MEK-in foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri düzülüb, dahi rəhbərin əziz xatirəsi yad edilib.

Tədbir Türkiyənin və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “İstiqlal marşı”nın yaranma tarixinə nəzər salıb. Akademik qeyd edib ki, Atatürk milli marşın qəbulu üçün müsabiqə elan etmiş, Mehmet Akif Ərsoyun türk ordusuna həsr etdiyi şeir qalib olaraq seçilmişdi. Onun “İstiqlal marşı” türk ordusunun Qurtuluş savaşında qələbəsinə olan inamını, türk əsgərinin şücaətini və fədakarlığını ifadə edir. 1921-ci il martın 12-dən etibarən “İstiqlal marşı”nın rəsmən qəbul edildiyini vurğulayan akademik İsa Həbibbəyli 1930-cu ildə isə himnə musiqi bəstələndiyini diqqətə çatdırıb.

Bu gün Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə yüksək səviyyədə əməkdaşlıq olduğunu deyən akademik İsa Həbibbəyli bu əlaqələrin möhkəmlənməsində iki ölkənin liderlərinin dostluq və qardaşlıq münasibətlərinin dayandığını söyləyib.

AMEA-nın da Türkiyənin bir çox akademik və ali təhsil müəssisələri ilə əməkdaşlıq etdiyini deyən akademik İsa Həbibbəyli hər il Ədəbiyyat İnstitutu, Türkiyənin Mehmet Akif Ərsoy vəqfi və Burdur Mehmet Akif Ərsoy Universitetinin birgə təşkilatçılığı ilə Mehmet Akif Ərsoya həsr olunmuş simpozium keçirildiyini bildirib. Şairin yaradıcılığının Azərbaycanda geniş tədqiq edildiyini deyən akademik İsa Həbibbəyli onun Hüseyn Cavidlə yaxın münasibətləri olduğunu, hətta bir-birlərinə nəzirələr yazdıqlarını vurğulayıb.

Akademik İsa Həbibbəyli bugünkü tədbirin ölkələrimiz arasında elmi əlaqələrin inkişafına və Mehmet Akif Ərsoyun yaradıcılığına yenidən qayıdışa töhfə verəcəyini söyləyib.

Sonra çıxış edən Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün vurğulayıb ki, “İstiqlal marşı” öz dövrünün ruhunu əks etdirir və türk xalqı tərəfindən qürurla oxunur.

“İstiqlal marşı” təkcə bir şeir deyil, xalqımızın mübarizəsinin, milli birliyinin, türk ordusunun qəhrəmanlığının ifadəsidir. Onun qəbulu Qurtuluş savaşının ən çətin dönəmində xalqımızın mübarizə əzmini artırmışdır. Mehmet Akif Ərsoy “Allah bu millətə bir daha “İstiqlal marşı” yazdırmasın”, - deyərək xalqımızın hürriyyətinə olan inamını ifadə etmişdir. Allah şəhidlərimizə rəhmət etsin. Həmçinin Azərbaycanın müstəqilliyi üçün canlarından keçən şəhidlərimizi hörmətlə anırıq”, - deyə Birol Akgün bildirib.

Səfir Ədəbiyyat İnstitutunda Mehmet Akif Ərsoy adına Türkiyə Ədəbiyyatı Mərkəzinin fəaliyyətilə tanışlıqdan məmnun qaldığını və əməkdaşlıq üçün hər cür dəstəyin veriləcəyini diqqətə çatdırıb.

Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer isə çıxışında “İstiqlal marşı”nın türk xalqının, ordusunun tarixi qəhrəmanlığını və hürriyyətinə olan sevgisini ifadə etdiyini bildirib.

Daha sonra çıxış edən Mahmud Kaşğari adına Beynəlxalq Fondun prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyev böyük türk xalqının milli birlik himni olan “İstiqlal marşı”nın yazılmasının 104-cü ildönümündə Mustafa Kamal Atatürkü və Türkiyə Cümhuriyyətinin qurulmasında canını fəda etmiş türk əsgərlərini, eləcə də marşın müəllifi Mehmet Akif Ərsoyu, bəstəkarı Osman Zəki Üngörü ehtiramla yad edib. Bildirib ki, “İstiqlal marşı” türk millətinin milli irsinin və mənəviyyatının müqəddəsliyini, sarsılmaz istiqlaliyyətinin əbədiyyətini təsbit edən bir bəyanatdır.

Vurğulayıb ki, 104 il əvvəl qəbul edilən, Türkiyə Cümhuriyyətinin müstəqillik və suverenliyinin ən vacib rəmzlərindən biri olan Dövlət Himni bu ölkənin ən ağır günlərində bəstələnib. İstiqlal marşının yazıldığı dönəmə qədər Mehmet Akif həm xalq içində milli mücadilə tərəfdarı, həm islami birlik çağırışçısı, həm məşhur şair, həm də millət vəkili kimi tanınırdı. Qeyd edib ki, Mustafa Kamal Atatürk marşı bəyənib və “Bu marş bizim inqilabımızın ruhunu anladır” deyib.

Milli Məclisin deputatı Cavanşir Feyziyev diqqətə çatdırıb ki, bu gün 104 yaşını qeyd etdiyimiz “İstiqlal marşı” təkcə Türkiyə Cümhuriyyətinin deyil, həm də 1983-cü ildə müstəqilliyini elan edən Şimali Kipr Türk Cümhuriyyətinin Konstitusiyasında qəbul və təsdiq edilən və Şimali Kiprin milli himni və hər bir Azərbaycan türkü üçün doğma səslənən milli birlik və bütövlük marşıdır. Bu da türk birliyinin, istiqlal amalının bütün türklər üçün eyni olduğunu göstərən mühüm bir faktdır.

Tədbirdə, həmçinin Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov, AMEA-nın Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova, Əməkdar jurnalist, filologiya elmləri doktoru Qulu Məhərrəmli, professor Elman Quliyev, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı və başqaları çıxış edərək “İstiqlal marşı”nın Türkiyə Cümhuriyyətinin Qurtuluş savaşındakı roluna, eləcə də istiqlal şairi Mehmet Akif Ərsoyun yaradıcılığına toxunublar.

Sonda respublikanın Əməkdar artisti Ağalar Bayramov Mehmet Akif Ərsoyun “Çanaqqala şəhidlərinə” və Zəlimxan Yaqubun “Əzəl axır dünya türkün olacaq” şeirlərini səsləndirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://sfera.az
archiveBu xəbər 12 Mart 2025 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see328

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see266

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see240

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see205

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see202

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see147

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see142

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see137

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see136

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see135

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see129

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see128

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see128

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see127

Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı QİYMƏTLƏR

24 Oktyabr 2025 19:31see125

Vüqar Bayramov: Təhsil sektorunda gender yanaşmanın nəzərə alınmasına ehtiyac var

24 Oktyabr 2025 16:31see125

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see124

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see123

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see122

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri