Icma.az
close
up
RU
AMEA da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

AMEA da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 13 oktyabr, AZƏRTAC

AMEA Rəyasət Heyətində Akademiyada rəqəmsallaşma prosesinin genişləndirilməsi, yeni rəqəmsal hesabat modelinin tətbiqi və türkologiya istiqamətində elmi fəaliyyətlərin sistemli təşkili məsələlərinə həsr olunmuş müşavirə keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının iclasında respublikanın yeni rəqəmsal inkişaf strategiyasından irəli gələn çağırışlara uyğun olaraq, Akademiyada fəaliyyətin səmərəli təşkil edilməsi, elmi müəssisə və təşkilatlarda yeni rəqəmsal modelin tətbiqi məsələlərinə toxunub. O, Rəqəmsal İnkişaf Şurasının müəyyən etdiyi vəzifələrə əsasən bu gün Akademiyanın idarə olunmasında rəqəmsal transformasiya proseslərinə inteqrasiyanın əhəmiyyətini diqqətə çatdırıb. AMEA rəhbəri elmi müəssisələr arasında rəqəmsal hesabat modelinin ilk dəfə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda tətbiq olunduğunu xatırladaraq, pilot layihənin növbəti icraçısı kimi Fəlsəfə və Sosiologiya İnstitutunun seçildiyini bildirib.

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, AMEA-nın akademik-katibi akademik Arif Həşimov çıxışlarında rəqəmsallaşma istiqamətində vaxtında atılmış addımları yüksək qiymətləndirib, mövcud fəaliyyəti əhatə edən müvafiq təlimatın hazırlanaraq institutlara təqdim olunmasının vacibliyini bildiriblər.

Ədəbiyyat İnstitutunun elmi işlər və rəqəmsallaşma üzrə direktor müavini, filologiya elmləri doktoru Mehman Həsənli, AMEA Rəyasət Heyəti aparatının Rəqəmsal Akademiya, süni intellekt və elektron xidmətlər şöbəsinin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov, Rəyasət Heyəti aparatının İnsan resursları şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud, Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə, tarix elmləri doktoru Eynulla Mədətli, fəlsəfə üzrə fəlsəfə doktoru Məhəmməd Cəbrayılov, dosent Faiq Ələkbərli rəqəmsallaşmanın mövcud potensialı, bu istiqamətdə görüləcək işlər və qarşıda duran vəzifələrdən danışıblar.

Qeyd edilib ki, AMEA Arxeologiya və Antropologiya İnstitutunda və Folklor İnstitutunda da elmi hesabatların rəqəmsal qaydada hazırlanması nəzərdə tutulur.

Müxbir- Tünzalə Arazlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2026 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see600

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see531

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see356

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see283

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see247

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see246

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see235

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see234

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see230

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see230

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see208

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see206

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see203

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see191

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see187

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see179

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see178

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see168

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri