Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

Paytaxtın küçələri “təngnəfəs”dir

Paytaxtın küçələri “təngnəfəs”dir

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Yaranmış vəziyyət ödənişli yollar, alternativ marşrutlar kimi layihələr və kompleks yanaşma tələb edir

Paytaxt Bakıda avtomobillərin sa­yının artması, şəhər mərkəzinə gündə­lik nəqliyyat axınının intensivləşməsi və mövcud yol infrastrukturunun bu yükü tam qarşılaya bilməməsi tıxac problemini getdikcə daha aktual edir. Xüsusilə səhər və axşam saatlarında əsas magistrallarda, şəhərin mərkəzi küçələrində və inzibati, biznes və ti­carət obyektlərinin yerləşdiyi ərazilər­də yaranan sıxlıq insanların gündəlik həyatına, iqtisadi fəallığa, ictimai nəq­liyyatın hərəkət cədvəlinə və ətraf mü­hitə mənfi təsir göstərir.

Belə şəraitdə Bakının müəyyən əra­zilərində avtomobillə girişin ödənişli ol­ması təşəbbüsünün gündəmə gətirilməsi təsadüfi deyil. Bu təşəbbüs şəhər nəqliy­yatının idarə olunmasında iqtisadi mexa­nizmlərdən istifadə etməklə avtomobil axınının tənzimlənməsini nəzərdə tutur. Lakin məsələ heç də sürücülərdən əlavə vəsait alınması anlamına gəlmir. Burada əsas məqsəd şəxsi avtomobildən istifadə­nin müəyyən dərəcədə məhdudlaşdırılma­sı, ictimai nəqliyyatın cəlbediciliyinin artı­rılması və şəhər məkanından daha səmərəli istifadə edilməsidir.

Bakıda avtomobillərin ödənişli hərəkət zonalarına daxil olmasına görə müəyyən­ləşdiriləcək haqqın dövlət büdcəsinə ödə­nilməsi ilə bağlı məsələ Milli Məclisin noyabrın 18-də keçirilən plenar iclasında “Avtomobil yolları haqqında” Qanuna tək­lif olunan dəyişiklikdə əksini tapıb.

Xatırladaq ki, sözügedən iclasda müza­kirəyə çıxarılan qanun layihəsi Bakı şəhəri­nin inzibati ərazisində pullu hərəkət zona­ları, eləcə də nəqliyyat vasitələrinin həmin ərazilərə daxil olmasına görə ödəniləcək haqqın məbləğinin müvafiq icra hakimiy­yəti orqanının müəyyənləşdirdiyi qurum tərəfindən təsdiqlənəcəyi qərara alınıb. 

Dəyişikliklərdə digər mühüm məqam ictimai nəqliyyat xidmətlərinin maliyyələş­dirilməsi ilə bağlıdır. Belə ki, avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşıma­larını həyata keçirən daşıyıcılara məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə subsidiya ayrılması və onun müvafiq qurumun müəyyənləşdirdiyi qaydada dövlət büdcəsinin vəsaiti hesabı­na maliyyələşdiriləcəyi nəzərdə tutulur. Beləliklə, qanun layihəsində həm paytaxt­da ödənişli hərəkət zonalarının tətbiqinin hüquqi və maliyyə mexanizmləri, həm də məsafə əsaslı sərnişindaşıma xidmətlərinin subsidiyalaşdırılması əhatə edilir.

Nəqliyyat ekspertlərinin fikrincə, məsələnin uğurlu həlli üçün ödənişli giriş mexanizmi ayrıca tədbir kimi deyil, Ba­kının nəqliyyat sisteminin yenidən qurul­masını nəzərdə tutan daha geniş proqramın tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Çünki vətəndaşa şəxsi avtomobildən istifa­dəni azaltmaq təklif olunmazdan əvvəl ona rahat, təhlükəsiz, əlçatan və vaxt baxımın­dan sərfəli alternativ təqdim edilməlidir. 

“Ödənişli giriş” tıxacları azaldacaqmı? 

Bakı şəhərinin müəyyən ərazilərinə avtomobillə girişin ödənişli olacağı, bunun üçün paytaxtda xüsusi yol hərəkəti zonala­rının müəyyənləşdiriləcəyi nəzərdə tutulur. Tıxacları qismən də olsa aradan qaldırmaq məqsədi daşıyan və Milli Məclisin plenar iclasında müzakirə edilən qanun layihə­sinə əsasən, ödənişin müvafiq dövlət qu­rumunun həyata keçirəcəyi və toplanılan vəsaitin dövlət büdcəsinə köçürüləcəyi gözlənilir.

Ödənişli hərəkət zonalarının yara­dılması dünya şəhərlərində uğurla tətbiq olunan nəqliyyat tənzimlənməsi mexa­nizmlərindən biridir. Bu modelin mahiy­yəti ondan ibarətdir ki, nəqliyyatın daha çox yükləndiyi ərazilərə, xüsusilə şəhərin mərkəzinə şəxsi avtomobillə daxil olmaq müəyyən ödənişə bağlanır. Bununla sü­rücülərin bir hissəsinin ictimai nəqliyyata üstünlük verməsi, digərlərinin səfərlərini pik saatlardan kənara keçirməsi, yaxud alternativ marşrutlardan istifadə etmələri stimullaşdırılır.

Ekspertlərin fikrincə, belə mexaniz­min Bakıda tətbiqi, ilk növbədə, şəhərin ən çox yüklənən ərazilərində avtomobil axı­nının azalmasına şərait yaradar, xüsusilə İçərişəhər, Nizami küçəsi və ona bitişik ərazilərdə, məsələn, nəqliyyat və piyada hərəkətinin intensiv olduğu məkanlarda müəyyən müsbət nəticələr verər. Bura­da məqsəd avtomobillərin, ümumiyyətlə, şəhər mərkəzinə buraxılmaması deyil, hə­min ərazilərə daxil olmaq istəyənlərin nəq­liyyat seçimlərinə təsir göstərməkdir. 

Təbii ki, ödənişli girişin tətbiqi av­tomobillərin sayını birdəfəlik azaltma­yacaq. Çünki yüksəkgəlirli vətəndaşlar üçün müəyyən məbləğdə giriş haqqı şəx­si avtomobildən imtinaya kifayət qədər əsas yaratmır. Digər tərəfdən, gündəlik iş fəaliyyəti, ailə və sosial öhdəliklərin yerinə yetirilməsi məqsədilə şəhər mərkəzinə av­tomobillə gəlmək məcburiyyətində qalan şəxslər isə əlavə maliyyə yükündən əziy­yət çəkir. 

Nəqliyyat mütəxəssisi Eldar Cabba­rovun fikrincə, ödənişin məbləği, tətbiq olunacağı saatlar, əhatə edəcəyi küçə və prospektlər, eləcə də güzəştlər sistemi xü­susi əhəmiyyət daşıyır. Məsələn, ödənişin təkcə səhər və axşam saatlarında tətbiq edilməsi, günün digər vaxtlarında isə daha aşağı tarifin müəyyənləşdirilməsi məqsə­dəuyğundur. Ərazidə yaşayan sakinlər, təcili tibbi yardım, yanğınsöndürmə, polis, xüsusi xidmət avtomobilləri və digər zəru­ri nəqliyyat vasitələri üçün isə fərqli rejim nəzərdə tutulmalıdır.

Taksi fəaliyyəti ilə bağlı narahatlıqlar da diqqətdən kənarda qalmamalıdır. Taksi sürücülərinin gəlirləri birbaşa sifarişlərin sayından, hərəkət məsafəsindən və sər­nişinlərin ödəmə qabiliyyətindən asılıdır. Əgər ödənişli zonaya daxilolma haqqı hər sifariş zamanı sürücünün üzərinə düşər­sə, bu, xidmətin qiymətinin artmasına və nəticədə, sərnişinlərin sayının azalmasına gətirib çıxara bilər. Digər tərəfdən, həmin ödənişin sərnişinə ötürülməsi də taksi xid­mətinin əlçatanlığına mənfi təsir göstərər. Ona görə də taksi fəaliyyəti üçün ayrıca iq­tisadi və hüquqi mexanizmin hazırlanması zəruridir.

Digər mühüm məqam ondan ibarətdir ki, ödənişli zonaların ətrafında əlavə nəq­liyyat sıxlığı yaranmamalıdır. Əgər şəhər mərkəzinə daxil olmaq üçün ödəniş etmək istəməyən sürücülər avtomobillərini həmin zonaların sərhədlərindəki küçələrdə saxla­salar, problem sadəcə bir ərazidən digərinə keçəcək. Bu səbəbdən ödənişli zonaların kənarında müasir parklanma məntəqələri­nin və ictimai nəqliyyatla inteqrasiya olun­muş nəqliyyat mübadilə mərkəzlərinin ya­radılması da zəruridir.

Əslində, ödənişli hərəkət zonaları tək­cə iqtisadi məhdudlaşdırma vasitəsi deyil, bu, həm də şəhər nəqliyyatının idarə edil­məsinə dair mühüm planlaşdırma vasitə­sidir. Onun nəticəsi tətbiq edilən tarifin səviyyəsindən daha çox, ictimai nəqliyya­tın keyfiyyətindən, alternativ marşrutların mövcudluğundan və ümumi nəqliyyat si­yasətinin ardıcıllığından asılıdır. 

“Rəqəmsal və tarif” 

Nəqliyyat eksperti Qasım Həsəno­vun sözlərinə görə, şəhər mərkəzinə av­tomobillə girişin ödənişli prosesi düzgün həyata keçirildikdə nəqliyyat sıxlığının azaldılması mümkündür. Müxtəlif ölkələ­rin təcrübəsi isə göstərir ki, bu mexanizm ictimai nəqliyyatın inkişafı ilə paralel ger­çəkləşdirildiyi halda müsbət nəticələrlə nəzərə çarpır. Məsələn, Böyük Britaniya­nın paytaxtı Londonda 2003-cü ilin fev­ralından uğurla tətbiq edilən “Congestion Charge” sistemi şəhərin mərkəzi hissəsinə daxil olan avtomobillərdən ödəniş alınma­sını nəzərdə tutur. Şəhər nəqliyyat idarə­sinin monitorinqinə əsasən, adıçəkilən mexanizmin tətbiqindən sonra ödənişli zonaya daxil olan avtomobillərin sayının 18 faiz, həmin ərazidə nəqliyyat sıxlığının isə 30 faiz azalması bunun bariz ifadəsidir. 

London təcrübəsinin mühüm cəhəti ondan ibarətdir ki, ödənişli giriş sistemi tətbiq edilərkən avtobus xidmətləri də ge­nişləndirildi, əlavə avtobuslar istismara verildi və yeni marşrutlar yaradıldı. Belə­liklə, avtomobildən ictimai nəqliyyata keçmək istəyən sərnişinlərin ehtiyaclarının ödənilməsi gerçəkləşdirildi. 

Bu təcrübənin başqa bir nəticəsi də ma­raq doğurur. Belə ki, ödənişli zonaya əv­vəlki qaydada avtomobillə daxil olanların sayı azaldığı halda, səfərlərin bir hissəsi ictimai nəqliyyata, digər hissəsi isə alter­nativ marşrutlara yönəldi. Deməli, belə sis­temin səmərəliliyi təkcə avtomobillərin sa­yının azalması ilə deyil, həm də insanların hərəkət vərdişlərinin dəyişməsi ilə ölçülür.

Dünya təcrübəsində Sinqapur mo­deli də müsbət nəticələri ilə diqqət çəkir. Burada 1998-ci ildən fəaliyyət göstərən Elektron Yol Qiymətləndirmə (ERP) sis­temi əsasında nəqliyyat sıxlığının səviy­yəsinə uyğun ödəniş tarifləri dəyişdirilir. Belə ki, sıxlığın yüksək olduğu ərazilərdə və müəyyən saatlarda daha çox, hərəkətin nisbətən zəif vaxtlarında isə daha az ödəniş edilir. 

Qasım Həsənovun fikrincə, Bakıda bu təcrübələrin hər hansı birini olduğu kimi tətbiq etməkdənsə, şəhərin coğrafi quru­luşu, əhalinin gündəlik hərəkət istiqamət­ləri, avtomobilləşmə səviyyəsi və ictimai nəqliyyatın mövcud imkanları nəzərə alınmaqla milli model hazırlanması daha məqsədəuyğundur.

Müasir şəhərlərdə nəqliyyat sıxlığının azaldılmasında rəqəmsal texnologiyaların rolu getdikcə artır. “Ağıllı” svetofor sis­temləri, avtomobil axınını ölçən sensorlar, videomüşahidə vasitələri və süni intellekt əsaslı idarəetmə proqramları nəqliyyatın hərəkətini real vaxt rejimində tənzim­ləməyə imkan verir.

Bakıda da belə sistemlərin daha geniş tətbiqi məqsədəuyğundur. Məsələn, bir neçə istiqamətdən gələn avtomobillərin intensivliyi nəzərə alınaraq svetoforların işləmə müddəti avtomatik dəyişdirilə, bu­nunla da xüsusilə böyük yol qovşaqlarında gözləmə müddəti azaldıla bilər. Eyni za­manda, sürücülərə mobil tətbiqlər vasitə­silə tıxacların vəziyyəti, alternativ marşrut­lar, parklanma yerləri və ödənişli zonalar barədə məlumat verilməsi mümkündür.

Ödənişli giriş mexanizminin də elektron qaydada, avtomobillərin dövlət qeydiyyat nişanlarının tanınması və vahid rəqəmsal platforma vasitəsilə idarə olun­ması daha məqsədəuyğundur. Belə şəraitdə həm inzibati xərclər azalır, həm də ödəniş­lərin şəffaflığı təmin edilir.

Bakının nəqliyyat sisteminin inkişafın­da qısa məsafəli səfərlərin avtomobildən asılılığının azaldılması da nəzərə alınmalı­dır. Bunun üçün təhlükəsiz velosiped yol­larının, piyada zonalarının və mikromo­billik infrastrukturunun genişləndirilməsi vacibdir. 

Xüsusilə şəhərin mərkəzi hissəsində yerləşən iş yerləri, təhsil müəssisələri, ti­carət və xidmət obyektləri arasında rahat piyada əlaqələrinin yaradılması avtomo­billə qısa məsafələrə səfərlərin sayını azal­dar. Velosiped və elektrik skuterləri üçün ayrılmış zolaqların metro və avtobus daya­nacaqları ilə əlaqələndirilməsi isə ümumi nəqliyyat sisteminin səmərəliliyini artırar.

Elməddin MURADLI,
nəqliyyat eksperti

Milli Məclisdə “Avtomobil yol­ları haqqında” Qanuna təklif olunan dəyişikliyə əsasən, paytaxtda ödənişli hərəkət zonalarının yaradılması nəzər­də tutulur. Layihədə planlaşdırılan ərazilərə avtomobillə daxil olan sü­rücülərdən müəyyən məbləğdə haqq alınacağı və toplanan vəsaitin dövlət büdcəsinə köçürüləcəyi bildirilir. 

Bakıda tıxacın qarşısını almaq, xüsusilə də şəhərin mərkəzi ərazilə­rinə avtomobillə daxil olanların sayını azaltmaq üçün belə bir addım atılması mühüm önəm daşıyır. Burada dövlətin məqsədi vətəndaşlardan pul toplamaq və gəlir əldə etmək deyil. Əsas ya­naşma şəhərin mərkəzini avtomobil sıxlığından azad etməkdir. Bu məsələ­də ekoloji problemlər, nəqliyyatın səs-küyü, əhali arasında yaranan na­rahatlıq və avtomobil sıxlığı da diqqət mərkəzində saxlanılır. Dövlət bütün sadalanan narahatlıqların qarşısını al­maq üçün hərəkəti bu formada tənzim­ləməyi mühüm vəzifə kimi önə çəkir. 

Bu qərar şəhərin mərkəzinə av­tomobillə girişin tamamilə qadağan edilməsi demək deyil. Başqa sözlə, hər bir şəxs şəhərin mərkəzinə avto­mobillə gəlmək üçün, sadəcə, müəy­yən olunan ödəniş edəcək. Bu, eyni zamanda, vətəndaşların ictimai nəq­liyyata marağını artırmaq üçün atılan önəmli addımdır. 

Bu ildən Azərbaycanda artıq “brutto” müqaviləsi tətbiq olunur. Bu müqavilənin mahiyyəti ondan ibarət­dir ki, avtobuslar qət etdikləri mə­safəyə uyğun olaraq dövlətdən ödə­niş alırlar. Yəni daşıyıcı şirkət xəttə nə qədər avtobus buraxırsa və həmin avtobuslar gün ərzində neçə kilometr hərəkət edirsə, ödəniş də buna uyğun hesablanır. 

Məqsəd daşıyıcı şirkətləri daha çox işləməyə, xidməti genişləndir­məyə və sərnişinlərin yolda qalmama­sına təşviq etməkdir. Dövlət, ödənişli zonalardan toplanan vəsaiti də həmin daşıyıcı şirkətlərə yönəltmək istəyir. Yəni bu vəsait dövlətin öz gəliri kimi nəzərdə tutulmur, maliyyənin ictimai nəqliyyatın inkişafına sərf olunacağı planlaşdırılır.

Vaqif BAYRAMOV 
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Noyabr 2026 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see321

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see321

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see315

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see306

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see302

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see300

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see297

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see294

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see290

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see287

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see262

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see261

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see259

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see257

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see252

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see252

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see248

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see247

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see244

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri