Icma.az
close
up
RU
AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Pakistanın Şimal Universitetinin prezidenti Taha Jamil Savarla görüşüb.

AMEA-dan 525.az-a bildirilib ki, görüşdə akademik İsa Həbibbəyli Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Pakistan Ədəbiyyatı Mərkəzinin fəaliyyət göstərdiyini qeyd edib. Diqqətə çatdırıb ki, Mərkəzdə Pakistanla bağlı Azərbaycan, urdu və ingilis dillərində nəşrlər toplanır və bu resurslardan Pakistan üzrə tədqiqat aparan, məqalə və dissertasiya hazırlayan tədqiqatçılar istifadə edirlər.

Akademik İsa Həbibbəyli Azərbaycan alimlərinin Pakistanın akademik qurumları ilə birgə konfranslar, layihələr təşkil etdiyini, nəşrlər ərsəyə gətirdiyini deyib. Vurğulayıb ki, AMEA ilə Pakistan Ədəbiyyat Akademiyası, Lahor Kollec Universiteti və Müslim İnstitutunun əlaqələri genişlənib. Pakistan ədəbiyyatının görkəmli nümayəndəsi Məhəmməd İqbalın əsərləri urdu dilindən Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub, həmçinin onun yaradıcılığına həsr edilmiş monoqrafiya hazırlanıb. Pakistan ədəbiyyatının klassiklərindən Sultan Bahunun əsərləri Azərbaycan dilinə tərcümə edilib və yaxın günlərdə işıq üzü görəcək. AMEA ilə Lahor Kollec Universitetinin birgə layihəsi çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş kitab urdu dilində Pakistanda nəşr edilərək Pəncab vilayətində təqdimatı keçirilib.

AMEA rəhbəri, həmçinin Azərbaycan və Pakistan alimləri arasında akademik mübadilə həyata keçirildiyini, Lahor Kollec Universitetinin tədqiqatçılarının AMEA-da elmi araşdırmalar apardığını qeyd edib.

Pakistanın Şimal Universitetinin prezidenti Taha Jamil Savar rəhbərlik etdiyi universitetdə Azərbaycan dili və ədəbiyyatının öyrənilməsi istiqamətində əməkdaşlığın qurulmasında maraqlı olduqlarını bildirib. Həmçinin universitetdə Azərbaycanla bağlı mərkəzin yaradılması təşəbbüsünü irəli sürüb. Onun sözlərinə görə, belə bir mərkəzdə Azərbaycanla bağlı kitab və nəşrlərin toplanması ölkəmiz haqqında məlumatların Pakistan ictimaiyyətinə, tələbə və tədqiqatçılara çatdırılmasına və iki ölkə arasında elmi-mədəni əlaqələrin daha da möhkəmlənməsinə imkan verə bilər.

Görüşdə süni intellekt sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub. Taha Jamil Savar rəhbərlik etdiyi universitetdə süni intellekt istiqamətində aparılan araşdırmalar, müvafiq departament və tədqiqat mərkəzinin fəaliyyəti, eləcə də məlumat mərkəzinin imkanları barədə məlumat verib.

Akademik İsa Həbibbəyli AMEA-da Rəqəmsal Akademiya, süni intellekt və elektron xidmətlər mərkəzinin fəaliyyət göstərdiyini bildirib və bu sahədə qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətini vurğulayıb.

Görüşün sonunda AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Sentyabr 2026 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see327

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see319

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see315

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see306

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see287

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see267

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see254

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see249

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see248

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see247

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see242

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see219

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see219

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see213

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see204

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see198

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see195

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

18 Noyabr 2026 21:19see183

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see183

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri