Icma.az
close
up
RU
AMEA nın Gəncə Bölməsində Nizami Gəncəvinin yubileylərinin salnaməsinə dair kitab hazırlanır

AMEA nın Gəncə Bölməsində Nizami Gəncəvinin yubileylərinin salnaməsinə dair kitab hazırlanır

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 18 mart tarixli Sərəncamının bu əlamətdar tarixi hadisə ilə bağlı alimlərimizin və elmi-tədqiqat ocaqlarımızın qarşısında qoyduğu vəzifələrin yerinə yetirilməsi üzrə aparılan tədbirlər çərçivəsində AMEA-nın Gəncə Bölməsində “Nizami Gəncəvi  yubileyləri: Ulu Öndər Heydər Əliyevdən möhtərəm Prezidentimiz İlham Əliyevə” adlı monoqrafiya çapa hazırlanır.
Layihə rəhbəri Bölmənin sədri, akademik Fuad Əliyev olan kitabın fəsillərində əhatə edilmiş mövzular və onların elmi əhəmiyyəti bu elm ocağında keçirilən seminarda müzakirə edilib.

Monoqrafiyanın müəllifi, AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov  yeni hazırlanan kitabın yazılmasının elmi zərurəti haqda danışıb. O, dahi mütəfəkkirimiz Nizami Gəncəvi ilə balğlı əlamətdar tarixlərin qeyd olunmasının əsrləri əhatə edən salnaməsinin sistemləşdirilməsinin və bu mövzunun hər bir dövrün xüsusiyyətlərini nəzərə alaraq elmi şərhinin vacibliyini qeyd edib.

Ə. Muxtarov vurğulayıb ki, kitabın əsas konsepsiyasını dahi şairin fəlsəfi dünyasının milli, eləcə də ümumbəşəri mahiyyətinin təbliği yönündə Ulu Öndər Heydər Əliyevin gələcəyə ünvanlanmış strategiyasının, həmçinin onun layiqli davamçısı, Prezident İlham Əliyevin  ölkəmizin qüdrət və nüfuzunun beynəlxalq aləmdə daha da yüksəldilməsi naminə yorulmaz fəaliyyətinin bir amili kimi  böyük Nizaminin  müasir dövr üçün də olduqca aktual olan çağırışlarının bütün dünyaya çatdırılmasının əhəmiyyətinin aydınlaşdırılması təşkil edir. 
Məruzəçi 450 səhifədən də çox olacaq bu kitabın yeddi fəsildən ibarət olduğunu da bildirib.

Sonra seminarın iştirakçıları onları maraqlandıran məsələlər haqda öz fikir və təkliflərini bildiriblər.

Tədbiri yekunlaşdırarkən, Bölmənin sədri akademik Fuad Əliyev məruzəçiyə ətraflı və maraqlı məlumat üçün təşəkkür edib. Bununla belə, o, kitabda Nizami Gəncəvinin ən son  yubiley tarixləri ilə bağlı xüsusən Gəncədə aparılan işlərin tarixi miqyasının, o cümlədən dünyanın nüfuzlu ictimai və siyasi xadimlərini birləşdirən Madrid Klubunun üzvlərinin də daxil olduğu Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin fəaliyyətinin daha dolğun əks olunmasının vacibliyini qeyd edib.

Zakir Muradov,

Gəncə 
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Aprel 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri