Icma.az
close
up
RU
AMEA nın Gəncə Bölməsində maarifləndirici görüş keçirilib

AMEA nın Gəncə Bölməsində maarifləndirici görüş keçirilib

Icma.az bildirir, 525.az portalına istinadən.

Ana dilinin qorunması tədbirlərinə dair AMEA-nın Gəncə Bölməsində maarifləndirici görüş keçirilib.

525.az xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının, AMEA-nın Gəncə Bölməsinin və media qurumlarının əməkdaşları iştirak ediblər.

Gəncə Şəhər İcra Hakimiyyəti və AMEA-nın Gəncə Bölməsi tərəfindən birgə keçirilən “Dövlət idarəçiliyində, mediada Azərbaycan dilinin düzgün tətbiq olunması məqsədilə tədbirlərin və treninqlərin təşkil olunması” mövzusundakı tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin anılması ilə başlayıb.

Tədbiri giriş sözü ilə AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov açıb.

O, görüşün iştirakçılarını Bölmənin sədri, akademik Fuad Əliyev və bu elm ocağının bütün əməkdaşları adından salamlayaraq, Azərbaycan dilinin dünyanın ən zəngin, eyni zamanda geniş ifadə imkanlarına sahib dillərindən olduğunu vurğulayıb. O, dilimizin uzaq keçmişdən bugünümüzədək istər klassik, istərsə də modern formatlarda daim diri, energetik və çevik xüsusiyyətlər daşıdığını diqqətə çatdırıb, bu milli sərvəti qorumağın zəruriliyini bildirib.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşı Sənubər Qocayeva çıxış edərək, vurğulayıb ki, ana dilimizin dövlət idarəçiliyində, ictimai qurumların fəaliyyətində, eləcə də mətbuat, televiziya və internet məkanında qorunmasının və inkişaf etdirilməsinin vacib şərtlərindən biri ona daim həssas və yaradıcı münasibətin təmin olunmasıdır. O, həmin məqsədlər baxımından, bu cür maarifçi xarakterli görüşlərin vacibliyinə diqqət çəkib.

S.Qocayeva bu vacib tədbirin keçirilməsində dəstəyə görə AMEA-nın Gəncə Bölməsinə minnətdarlıq edib və görüşün iştirakçılarına Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun salamlarını və arzularını çatdırıb.

Sonra maarifləndirici görüşün məruzələri dinlənilib.

AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov “Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsində Ulu öndər Heydər Əliyevin xidmətləri”, AMEA-nın Gəncə Bölməsinin Humanitar Tədqiqatlar İnstitutunun Ədəbiyyat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ruziyə Quliyeva “Azərbaycan folkloru və ana dilimiz”, AMEA-nın Gəncə Bölməsinin elmi katibi Günay Cəfərova “Qərb qrupu dialektlərinin ümumiləşdirilmiş xüsusiyyətləri”  və AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin Nizami irsində sənətşünaslıq şöbəsinin müdiri Təranə Verdiyeva “Ana dilimiz milli dəyərimizdir” mövzularında çıxış ediblər.

Görüş iştirakçıları öz təklif və mülahizələrini bölüşüb, fikir mübadilələri aparıblar.

Zakir Muradov, Gəncə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Aprel 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see274

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see193

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see192

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see191

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see183

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see182

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see181

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see180

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see180

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see180

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see179

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see179

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see176

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see176

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see175

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see174

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see172

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see171

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see171

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri