Icma.az
close
up
RU
AMEA nın İctimai Elmlər Bölməsinin iclasında Şahbulaqda aparılan arxeoloji tədqiqatlara dair məruzə dinlənilib

AMEA nın İctimai Elmlər Bölməsinin iclasında Şahbulaqda aparılan arxeoloji tədqiqatlara dair məruzə dinlənilib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 1 iyul, AZƏRTAC

İyulun 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimai Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

İclası bölmənin Elmi şurasının sədri, AMEA-nın vitse-prezidenti akademik Gövhər Baxşəliyeva açaraq işğal dövründə Qarabağın erməni vandalizminə məruz qalan Şahbulaq arxeoloji kompleksinin yenidən arxeoloji tədqiqinə dair mövzuda məruzənin dinləniləcəyini qeyd edib, məruzənin elmi və ictimai baxımdan əhəmiyyətini vurğulayıb. Belə tədqiqatların təkcə mədəni irsimizin bərpasına deyil, həm də tarixi həqiqətlərin üzə çıxarılmasına, ermənilərin saxtakarlıqlarının ifşasına və dünya ictimaiyyətinə obyektiv məlumatların təqdim olunmasına xidmət etdiyini qeyd edib.

Tədbirdə arxeoloqlar, tarixçilər, etnoqraflar, eləcə də qonaq qismində Şimali Kipr Türk Respublikasının Arkın Yaradıcı Sənətlər və Dizayn Universitetinin professoru Latife Summerer iştirak edib.

İclasda AMEA Arxeologiya və Antropologiya İnstitutunun Şahbulaq arxeoloji ekspedisiyasının rəhbəri tarix üzrə fəlsəfə doktoru, dosent Təvəkkül Əliyev “Şahbulaq antik və orta əsr şəhər yerində arxeoloji tədqiqatlar” mövzusunda geniş məruzə ilə çıxış edib.

Alim bildirib ki, uzun illər erməni işğalı altında qalan Ağdam rayonundakı Şahbulaq arxeoloji kompleksi vandalizmə məruz qalan nadir abidələrdən biridir. Otuz ilə yaxın davam etmiş işğal zamanı əraziyə qanunsuz müdaxilələr edilib, mədəni qatlar dağıdılıb, saxtalaşdırma cəhdləri aparılıb.

Dosent Təvəkkül Əliyev qeyd edib ki, Şahbulaq arxeoloji ekspedisiyası Dövlət Turizm Agentliyinin hərtərəfli dəstəyi ilə 2023-cü ilin sentyabrından etibarən fəaliyyət göstərir. Agentlik ilə AMEA Arxeologiya və Antropologiya İnstitutu arasında imzalanan razılaşmaya əsasən ekspedisiya təkcə kəşfiyyat-axtarış deyil, həm də sistemli arxeoloji qazıntı işləri həyata keçirir.

Məruzədə bildirilib ki, aparılan qazıntılar zamanı Şahbulaq qalasının şərq tərəfində - məscid və bulağa enən yolun kənarında açılan şurflarda erkən orta əsrlərə aid zəngin keramik nümunələr, daş və şüşə məmulatlar aşkarlanıb. Burada qədim ocaq qurğusu, iri saxsı qab fraqmentləri və üzərində yanıq izləri olan küpə qalıqları tapılıb. 2024-cü ilin oktyabr-dekabr aylarında isə daha genişmiqyaslı qazıntılar aparılıb. Şəhər yerinin mərkəzində, erkən orta əsrlərə aid olduğu ehtimal edilən Alban xristian məbədi ətrafında 900 kvadratmetr sahədə tədqiqat işləri görülüb. Aşkarlanan mədəni təbəqənin XI–XIII əsrlərə, yerli əhəng daşından tikilmiş divar qalıqlarının isə IX–X əsrlərə aid olduğu müəyyən edilib. Xüsusi diqqət çəkən tapıntılardan biri də döşəmədə basdırılmış və daş lövhə ilə örtülmüş təsərrüfat küpündə aşkar edilən taxıl qalıqları olub.

Tədqiqatların digər diqqətəlayiq hissəsi Şahbulaq qalasının giriş hissəsində aparılıb. Burada su anbarı üçün nəzərdə tutulan qurğuların alt qatında iki təsərrüfat quyusunun izləri və zəngin arxeoloji materiallar, şirli və şirsiz saxsı məmulatlar, ornamentli şüşə qab fraqmentləri, bilərziklər aşkarlanıb.

Bundan əlavə, Şahbulaq-Qızıl Kəngərli yolunun kənarında yoxlama qazıntıları zamanı ellinistik dövrə aid keramika nümunələri və qəbir izlərinə rast gəlinib. Maqsudlu kəndi yaxınlığında, Şahbulaqdan təxminən 1,7 kilometr şimal-şərqdə yerləşən Antik dövr nekropolunda da işğal zamanı ermənilər tərəfindən qeyri-qanuni qazıntılar aparıldığı və bir sıra küp, daş qutu qəbirlərin talan edildiyi müəyyən olunub. Bu ərazidən qırmızı boyalı saxsı qablar, Parfiya dövrünə aid gümüş sikkələr və digər tapıntılar götürülüb.

Alim qeyd edib ki, Şahbulaq qalasından 1,2 kilometr cənub-şərqdəki ərazidə isə eramızdan əvvəl IX–VIII əsrlərə aid daş qutu qəbirlərdən ibarət erkən Dəmir dövrü nekropolu aşkarlanıb. İşğal zamanı burada qazılmış səngərlər nəticəsində abidələr dağıdılıb, sümüklər və saxsı qab fraqmentləri ətrafa səpələnib.

Təvəkkül Əliyev vurğulayıb ki, Şahbulaq arxeoloji kompleksi müxtəlif dövrlərə - Antik, Ellinistik, erkən və orta əsrlərə aid qala, yaşayış yeri, ibadətgah, qəbiristanlıq və ictimai tikililərdən ibarət zəngin mədəni irs toplusudur. Bu baxımdan ərazidə gələcəkdə daha geniş və kompleks tədqiqatların aparılması prioritet kimi müəyyənləşdirilib.

Tədbir iştirakçıları məruzə ətrafında fikir mübadiləsi aparıblar. Professor Latife Summerer, professor Qafar Cəbiyev, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev və başqaları tədqiqatların əhəmiyyətini yüksək qiymətləndiriblər. İşğal dövründə Şahbulaq ərazisində aparılmış qanunsuz qazıntılar, saxtalaşdırma cəhdləri və tarixi abidələrin ermənilərə aid edilməsi məqsədilə həyata keçirilən dezinformasiya kampaniyalarının beynəlxalq ictimaiyyəti çaşdırmağa yönəltdiyi deyilib. Eyni zamanda, Şahbulaq və ətraf ərazilərdə erməni tərəfinin uydurma tarixi iddialarının elmi əsaslarla ifşa olunmasının xüsusi əhəmiyyəti qeyd olunub. Postmüharibə dövründə Azərbaycan alimlərinin apardığı sistemli arxeoloji tədqiqatlar nəticəsində tarixi həqiqətlərin üzə çıxarıldığı vurğulanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 İyul 2025 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see248

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see194

Ferrari nin rəhbəri ilə anası arasında varislik davası Məhkəmə qərarı nə olacaq?

02 Oktyabr 2025 12:04see187

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see163

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see161

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see143

Zərdabda direktor və müavini İŞDƏN ÇIXARILDILAR

02 Oktyabr 2025 12:38see139

Şimpanze tədqiqatçısı Ceyn Qudoll vəfat edib

02 Oktyabr 2025 13:02see134

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see131

Türkiyəli yutuber “Qarabağ”a görə TRT ni tənqid etdi Video

02 Oktyabr 2025 14:33see130

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see126

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see125

Oktyabrın 3 də havanın temperaturu dəyişəcək

02 Oktyabr 2025 12:35see124

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see123

HƏMAS üçün alternativ yol qalmayıb ŞƏRH

02 Oktyabr 2025 18:33see122

I Liqa: Səbail in Şamaxı sınağı, Şəfa MOİK ə qarşı

02 Oktyabr 2025 11:52see121

Yer getdikcə qaranlıqlaşır: Alimlər səbəbini açıqladılar

03 Oktyabr 2025 03:37see120

Polkovnik yeni generaldan yazdı: “Atası...”

02 Oktyabr 2025 18:04see119

Tez tez boranı yeməyin orqanizmə 5 faydası

03 Oktyabr 2025 01:01see119

Maarifləndirici sosial verilişlər təşkil olunmalıdır SOSİOLOQ DANIŞDI

03 Oktyabr 2025 09:57see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri