AMEA nın Ümumi yığıncağının keçirilmə vaxtı müəyyənləşib AZƏRTAC
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 17 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda müzakirə edilən növbəti məsələ AMEA-nın Ümumi yığıncağının keçirilmə vaxtının təyin edilməsi və gündəliyinin təsdiq edilməsi haqqında olub.
Akademik İsa Həbibbəyli vurğulayıb ki, AMEA-nın elmi müəssisə və təşkilatlarında 2024-cü ildə aparılan elmi-tədqiqat işlərinin yekunlarına dair hesabatların, həmçinin AMEA-da həyata keçirilən genişmiqyaslı islahatların növbəti mərhələlərinin müzakirəsini təmin etmək, digər nazirlik və dövlət qurumlarının tabeliyində olan elmi və ali təhsil müəssisələrində əldə edilmiş mühüm elmi nəticələrə dair müzakirələrin həyata keçirilməsi məqsədilə Akademiyanın bütün üzvlərini özündə birləşdirən AMEA-nın Ümumi yığıncağının keçirilməsi zərurəti yaranmışdır. Qeyd edib ki, AMEA-nın yeni Nizamnaməsinə əsasən, Akademiyanın Ümumi yığıncağının keçirilməsi vaxtının təyin edilməsi və Ümumi yığıncağın iclaslarının gündəliyinin tərtib olunması AMEA-nın Rəyasət Heyəti tərəfindən həyata keçirilir.
İclasda AMEA-nın Ümumi yığıncağının 2025-ci il fevralın 21-də keçirilməsi qərara alınıb və yığıncağın gündəliyi təsdiqlənib.
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:95
Baxış sayı:95 Bu xəbər 17 Yanvar 2025 11:26 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 17 Yanvar 2025 11:26 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















