AMEA prezidenti: Elmlə bağlı mükafatları ancaq inkişaf etmiş ölkələrin ala biləcəyinə dair mifi dağıtmalıyıq
Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan elminə inamı formalaşdırmaq hazırda AMEA-nın əsas məqsədlərindən biridir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli "Navye-Stoks bərabərliyi" tənliyi barədə təqdimatda deyib.
O qeyd edib ki, indiyə qədər Azərbaycandan Nobel mükafatına cəmi dörd dəfə müraciət olub:
"Halbuki biz də bunu bacara bilərik. Ona görə özünə inamın formalaşdırılması vacibdir. Təşəbbüskar olmaq lazımdır. Bir mif var ki, elmlə bağlı mükafatları ancaq inkişaf etmiş ölkələr ala bilər. Bu mifi dağıtmaq lazımdır. Ona görə nəticəsindən asılı olmayaraq bir azərbaycanlının bu tənliyi həll edə biləcəyini elan etməsini, bu təşəbbüsünü dəstəkləməliyik".
İ.Həbibbəyli qeyd edib ki, AMEA əvvəllər beynəlxalq elmi təşkilatlara üzv deyildi:
"Dünyada elmi akademiyaları birləşdirən beş böyük təşkilat var. Onların heç birinə üzv deyildik. İndi isə üç nüfuzlu beynəlxalq elmi təşkilatın üzvüyük".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 04 Mart 2025 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















