AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirildi Sərəncam
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Prezident İlham Əliyev “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının adının dəyişdirilməsi haqqında” Sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, Sərəncama əsasən, AMEA-nın Yüksək Texnologiyalar Parkı Azərbaycan Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı adlandırılıb. Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

