Icma.az
close
up
RU
Amerika arzusu kabusa çevrilir: Azərbaycanlı miqrantları nə gözləyir ? ARAŞDIRMA

Amerika arzusu kabusa çevrilir: Azərbaycanlı miqrantları nə gözləyir ? ARAŞDIRMA

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın imzaladığı fərmanla ölkədə yaşayan qeyri-qanuni miqrantların kütləvi deportasiyası həyata keçirilir. O, prezidentliyə başladığı ilk gün ölkənin cənub sərhədində milli fövqəladə vəziyyət elan edərək bölgəyə qoşun yeridib. Tramp üçün başqa bir prioritet ölkəyə yeni gələnlərin qarşısını almaqdır. Onun bu kontekstdə atdığı imzalardan biri də sabiq prezident Cozef Baydenin dövründə istifadəyə verilmiş və təyinatla Meksika sərhədini keçməyə icazə verən "CBP 1" mobil tətbiqini bağlamaq olub.

Bununla yanaşı, o, ölkədəki müvafiq qurumlara sürətli deportasiya səlahiyyətlərindən daha fəal istifadə etməyi tapşırıb. ABŞ-nin Miqrasiya və Gömrük Xidmətinin (ICE) 2024-cü ilin noyabrında tərtib etdiyi deportasiya olunacaq şəxslərin siyahısına 709 Azərbaycan vətəndaşı da daxil edilib. Həmin Azərbaycan vətəndaşlarının kimliyi və ya onların hansı səbəbdən ABŞ-dən deportasiya olunacağına dair məlumat almaq üçün Azərbaycanın Vaşinqtondakı səfirliyinə müraciət etdik. Diplomatik korpusdan müraciətə cavabda bu mövzuda heç bir məlumat verə bilməyəcəkləri qeyd olunub.

“Report”un ABŞ bürosu baş verənlərlə bağlı Meksika sərhədindən Amerika Birləşmiş Ştatlarına qeyri-qanuni yollarla gələn azərbaycanlılardan biri, Nyu-York şəhərində məskunlaşan 30 yaşlı həmyerlimiz Kamran Abdullayevlə həmsöhbət olub. K. Abdullayev Amerikaya gəlişi və hazırkı vəziyyətlə bağlı suallara aydınlıq gətirib.

K. Abdullayev bildirib ki, o, 2022-ci ilin sentyabr ayında Rusiyadan Meksika sərhədinə gələrək, oradan qeyri-qanuni olaraq ABŞ-yə sığınıb:

“Meksikadan ABŞ-yə keçdiyim zaman sərhəddəki vasitəçilərə 2500 dollar pul vermişdim. Onlar məni sərhəddəki Amerika polisinə təhvil verdilər. Mən sərhədi keçəndə "CBP 1" mobil tətbiq proqramından qeydiyyatdan keçmişdim və həmin proqramda haqqımda bütün məlumatlar öz əksini tapmışdı. Polislər məni 8 saat həmin bölgədəki sığınacaqda saxladılar və barmaq izimi götürdükdən sonra Amerikaya hansı məqsədlə daxil olduğumu müəyyən edən sənəd verdilər. Nyu-Yorka gəldim və vəkil tutaraq burada iş icazəsi üçün müraciət etdim.

8 aydan sonra müraciətim əsasında dövlət mənə iş icazəsi verdi. İndi Nyu-Yorkda məşhur türk restoranlarından birində işləyirəm. Mənim artıq ABŞ-də qanuni iş icazəm var və bu səbəbdən dövlətin məni deportasiya etməyə heç bir hüquqi əsası yoxdur”.

Kamran Abdullayev deyir ki, ABŞ-yə gələn bir çox azərbaycanlı onun qədər şanslı deyillər. Belə ki, onların ölkədə yaşamaq üçün müraciətləri dövlət tərəfindən dəyərləndirilməyib və hüquqi müstəvidə öz əksini tapmayıb:

“Dostlarım mənə dedi ki, bir neçə azərbaycanlı 3 aydan artıq idi ABŞ-Meksika sərhədində "CBP 1" mobil tətbiqində ölkəyə giriş üçün təyin olunmuş günü gözləyirdi və Tramp hakimiyyətə gəldikdən sonra proqram silinib, həmin şəxslər elə oradan Azərbaycana geri qayıdıblar. Təbii ki, hər kəsin içində qorxu var və vəziyyət çox gərgindir”.

Mövzu ilə bağlı müraciət etdiyimiz ABŞ-də immiqrasiya hüququ sahəsində çalışan tanınmış azərbaycanlı vəkil Vüqar Cəfərov “Report”un ABŞ bürosunun suallarını cavablandıraraq Trampın qərarı ilə ölkədə baş qaldıran çaxnaşmanın əsl səbəbini, hüquqi müstəvidə atılacaq addımları və Amerikadan deportasiya ilə üz-üzə qalan 907 azərbaycanlının taleyi ilə bağlı məsələyə aydınlıq gətirib.

V. Cəfərov deyir ki, Trampın qərarından sonra ölkədə ciddi dezinformasiya və çaxnaşma mövcuddur. Vəkil təhdid siyasəti ilə hökumətin immiqrasiyanı azaltmağa çalışacağı qənaətindədir:

“Mediada çoxsaylı yanlış, şişirdilmiş məlumatlar var, Amerikada bir qorxu mühiti formalaşdırılıb. Bütün vəkillər insanları qorxudurlar, onların da qurbanları olan immiqrantlar isə təhsilsiz, məlumatsız insanlardır. Onlar ABŞ-yə girdikdən sonra düşünürlər ki, artıq hər şey qaydasındadır və ölkədə rəsmi statuslarının müəyyən olunması üçün heç bir addım atmırlar. Bütün bunlara baxmayaraq, əgər normal bir vəkillə işlənilərsə, qısa zamanda alınmış deportasiya qərarı ilə bağlı tədbirlər görülə bilər”.

V. Cəfərov hökumətin deportasiya qərarı aldığı şəxslərin hansı yollardan keçdiyini və nələri diqqətdən qaçırdığını izah edib: “Hər hansı bir şəxs Meksika-ABŞ sərhədindən ölkəyə girdiyi zaman ona sərhəd məmurları tərəfindən ölkədə hüquqi statusunu müəyyən edən üç seçimin olduğu bir sənəd verilir. Həmin sənəddə şəxsin hansı səbəbdən ittiham olunduğu yazılır. Bu üç seçimdən birində "CBP 1" mobil tətbiqindən istifadə edərək ölkəyə giriş icazəsi olduğu, digərində ölkəyə qanunsuz girdiyi və üçüncüdə isə ölkəyə müvafiq giriş vizası olduğu qeyd olunur.

"CBP 1" ilə ölkəyə daxil olmağın üstünlükləri ondan ibarətdir ki, həmin miqrantlar ABŞ vətəndaşı ilə evlənə, iş icazəsi ala, yaşıl kart üçün müraciət edə bilirlər. Onların müraciətlərinə ölkədəki miqrasiya xidmətləri baxır. Həmin müddətdə onların müraciəti əsasında miqrasiya xidməti həmin mühacirlər üçün 5 illik iş icazəsi çıxara bilir, onlara şəxsiyyətlərini müəyyənləşdirən və qazanclarını qeyd etmələri üçün doqquz rəqəmli sosial kart verilir.

Həmyerlimiz Kamran Abdullayev kimin şəxslər düşünürlər ki, bununla da iş bitdi və onlar artıq qanuni olaraq ABŞ-də yaşaya bilərlər. Ancaq məsələ bununla yekunlaşmır. Ölkəyə girişdə üç müxtəlif səbəbdən ittiham olunan immiqrantın Amerikada hüquqi statusunu məhkəmə müəyyən edir.

Doğru bir vəkillə işlənildiyi zaman vəkil həmin şəxsin ABŞ-də qalması üçün yolları araşdırır və ən uyğun olanını seçir. Onlar barəsində son qərarı məhkəmə verir. Vəkil şəxsin ABŞ-də qanuni yolla yaşaması üçün bütün dəlilləri toplayıb məhkəməyə təqdim edir və həmin şəxs məhkəmə günü mütləq şəkildə hakim qarşısına çıxır. Hər insan fərdidir və müraciətlər də buna əsasən hər bir şəxs üçün fərdi və fərqlidir. Bu, həm də turist vizası ilə ölkəyə gəlib və vizası bitdikdən sonra ölkədə qalanlara da şamil olunur”.

Vəkil bildirib ki, məhkəmədən rədd cavabı alsanız, bu, deportasiya deməkdir və məhkəmə günü hakim qərarını elə otaqdaca elan edir:

“Əgər sizin müraciətinizə rədd cavabı verilərsə, hakim vəkildən qərara etiraz edib-etmədiyini soruşur. Təbii ki, vəkil qərara etiraz edə bilər və belə olduğu təqdirdə, qərarın yenidən nəzərdən keçirilməsi üçün işə üst məhkəmə baxır. Burada ən həssas məqam 30 gün ərzində etiraz üçün müraciət edilməsidir. Biz 30 gün ərzində həmin müraciəti göndəririk və üst məhkəmənin qərar verməsi 1-2 il vaxt alır. Müraciətimizdə biz hakimin qərar verərkən səhvlərini izah edir və nələri nəzərdən qaçırdığını göstəririk.

Yaxın zamanda mənə müraciət edən 3 şəxsə dair üst məhkəməyə etdiyimiz müraciətlərdə müsbət nəticə aldıq. Üst məhkəmənin qərarı yenidən alt məhkəməyə qaytarılır və orada hakimin nəzərdən qaçırdığı məqamlar qeyd olunur. Alt məhkəmə isə üst məhkəmənin qərarına tabe olur. Bu proses təxminən 3 ay – 1 il arasında vaxt aparır. Əvvəldə vurğuladığım kimi, qərara etiraz üçün bizə 30 gün vaxt verilir, çünki şəxs həmin müddət ərzində üst məhkəməyə müraciət etməzsə, məhkəmə ona yenidən deportasiya qərarı çıxarır və bu qərarın icrası məcburidir. Trampdan əvvəlki hökumət bu qərarların icrasını həyata keçirmirdi”.

Onun sözlərinə görə, ölkədən çıxarılan 709 nəfərin əksəriyyəti Bayden dövründə məhkəmələrin verdiyi qərarlara əsasən deportasiya olunması nəzərdə tutulan azərbaycanlılardır:

“Onlar hələ də deportasiya olunması ilə bağlı qərarı olan, lakin həbs olunmamış şəxslərdir. Bu isə o deməkdir ki, siyahı artacaq. Bu siyahıda ölkəyə girib məhkəmə tarixini bilməyənlər var. Ünvanına məhkəmə günü ilə bağlı məlumat göndərildiyi halda, həmin ünvanda yaşamadığı üçün məhkəməyə getməyən və barəsində deportasiya qərarı çıxan, bu qərardan xəbəri belə olmayan çoxlu sayda insan var. Əvvəllər ABŞ-yə gələn azərbaycanlılar əsasən təhsil üçün və ya yaşıl kart qazanaraq gəlirdilər. Təbii ki, sərhədləri qeyri-qanuni keçən şəxslər ölkənin qanunlarından bixəbərdirlər. Xüsusilə bu siyahıda Türkiyə vətəndaşlarının sayı çoxdur”.

V. Cəfərov əlavə edib ki, sığınacaq tələb edərək hüquqi proses başlatmış şəxslərin ABŞ-dən ekstradisiya edilməsi mümkün deyil. O bildirib ki, bu şəxslər məhkəmə qərarı olmadan ölkədən uzaqlaşdırıla bilməz:

“Sürətli deportasiya praktikası bölgədəki məmurlara qarşılaşdıqları qeyri-qanuni mühaciri tez bir zamanda sorğu-sual etmək və onların məhkəməyə getmədən deportasiyasını həyata keçirmək səlahiyyəti verildiyi kimi izah edilsə də, bu, yanlışdır. ABŞ hüququn üstünlüyünün qorunduğu bir ölkədir. Əgər sizin davam edən hüquqi prosesiniz varsa, sizə heç nə edə bilməzlər. Polis axtarış əmri olmadan sizi heç bir şəxs tutub apara bilməz. ABŞ-də siz hər zaman susma haqqınızdan istifadə etməlisiniz, çünki sizin sözünüz belə dəlil sayılır və əleyhinizə işləyə bilər. Heç bir məlumat verməyin, polis sizin dostunuz deyil. Həbs olunsanız belə, vəkilinizi tələb edin və onun hüquqi çərçivədə məsələnin həllinə çalışmasını gözləyin”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://report.az
archiveBu xəbər 30 Yanvar 2025 04:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see415

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see280

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see227

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see172

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see163

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see162

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see147

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see141

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see123

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see123

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri