Icma.az
close
up
RU
Amerika Birləşmiş Ştatları İranın “Rusiya, Çin, İran” blokundan və BRICS dən uzaqlaşdırılmasında maraqlıdır

Amerika Birləşmiş Ştatları İranın “Rusiya, Çin, İran” blokundan və BRICS dən uzaqlaşdırılmasında maraqlıdır

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ prezidenti Donald Tramp başqa şeylərlə yanaşı, İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün hərbi vasitələrdən istifadə edə biləcəyini söyləyərkən ölümcül dərəcədə ciddidir. Bu barədə Pentaqonun rəhbəri Pit Heqset "Fox News" telekanalına müsahibəsində bildirib. “Donald Tramp İranın nüvə silahına malik olmaması ilə bağlı ciddi fikirdədir”, - Heqset deyib. Pentaqonun rəhbəri həm də çox ciddidir ki, əgər bu problemi danışıqlar masasında həll edə bilməsək, İranın heç vaxt nüvə bombasına malik olmadığına əmin olmaq üçün mənim departamentimi cəlb etmək də daxil olmaqla, seçimlərimiz var. Bununla belə, Heqset əlavə edib ki, ABŞ “vəziyyətin bu həddə çatmayacağına ümid edir”... Pentaqonun rəhbəri Vaşinqton və Tehran arasında Omanda keçirilən dolayı danışıqların məhsuldar olduğunu qeyd edib.

Xatırladaq ki, aprelin 12-də Omanda İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti həll etmək üçün Tehran və Vaşinqton nümayəndələri arasında danışıqlar keçirilib. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, ABŞ nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Vitkoff başçılıq edib. İslam Respublikasının Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş konstruktiv və sakit şəraitdə keçib və tərəflər məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Bizimyol.info xəbər portalına bildirib ki, ABŞ prezidenti Donald Tramp əslində İran mövzusunda bir az fərqli mövqe tutub.

Xəyal Bəşirov

“Hər birimiz bilirik ki, 2015-ci ildə İranla “5+1” danışıqlar prosesi reallaşmışdı. 2015-ci ilin səhv etmirəmsə, iyul ayında və bu uranın zənginləşdirilməsi məsələsi ilə bağlı mövzuda idi. İrana sanksiyalarının yumşaldılması İranın ayrı-ayrı dövlətlərdə olan hesablarının dondurulmasının aradan qaldırılması və bir sıra digər məsələlərin müqabilində İranın uranın zənginləşdirilməsi məsələsində tələblərə riayət edəcəyi ilə bağlı razılıq əldə olunmuşdu. Yəni sadə dildə desək, İran uranın zənginləşdirilməsini nüvə silahının alınması həddində etməyəcəkdi və bununla bağlı razılıq əldə olunmuşdu. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü ABŞ, İngiltərə, Fransa, Rusiya və Çin üstəgəl Almaniya bu danışıqlarda iştirak edirdi. Amma 2018-ci ildə Donald Trampın rəhbərlik etdiyi ABŞ müqavilədən birtərəfli qaydada çıxdı. Ondan sonra artıq İran da üzərinə düşən öhdəliklərdən imtina etməyə başladı və Donald Trampın hakimiyyətdən getməsindən sonra ümumiyyətlə bu mövzu, aktuallaşmadı. Donald Tramp yenidən hakimiyyətə gəldi. 2025-ci ilin yanvarında səlahiyyətlərinə başlayıb”-deyən politoloq hesab edir ki, əslində Donald Trampın rəhbərlik etdiyi Amerika Birləşmiş Ştatları indiki mərhələdə bu prosesdə kəşfiyyat xarakterli addımlar atır, İranla danışıqlar aparır və İranın həqiqətən də uranın nüvə silahı alınacaq səviyyədə zənginləşdirilməsinə nail olub-olmamasını yoxlamağa cəhd göstərir.

Xəyal Bəşirovun fikrincə, əmin olsalar ki, İran artıq nüvə silahına sahibdir, İrana hücum edilməsinin təhlükəsini təbii ki, anlayacaqlar. Politoloqun qeyd edib ki, İrana hücum edilməsi məsələsinə yenidən baxıla bilər.

“Əgər nüvə silahı əldə edibsə, hətta bu hücum istisna belə oluna bilər. Əldə etməyibsə, o halda İranın yenidən bu prosesi zəiflətməsi ilə bağlı addımlar atıla bilər”-deyə politoloq əlavə edib.

İrana güc tətbiq edilməsi məsələsi ilə bağlı Xəyal Bəşirov bildirib ki, bu məsələdə daha çox canfəşanlıq nümayiş etdirən İsraildir, çünki İsrail İranın regionda mövcudluğunu özü və dövlətçiliyi üçün təhdid hesab edir.

“İran da eyni münasibəti sərgiləyir və bu məsələdə İrana hücumun edilməsində ən çox maraqlı olan məntiqi nəticə kimi də başa düşə bilərik ki, İsraildir. İranın ABŞ-la razılıq əldə etməsi, yəni hücum olmadan razılıq əldə etməsi və yaxud bu danışıqlar prosesinin özünün belə reallaşması İranın “Rusiya, Çin, İran” blokundan və yaxud BRICS-dən uzaqlaşdırılması baxımından Amerika Birləşmiş Ştatları üçün önəm kəsb edir. Yəni Amerika Birləşmiş Ştatlarının İrana hücum etmək niyyətindən daha çox bu məsələdə marağı çoxdur. Çünki ABŞ-ın bütün bu proseslərdə həm Rusiyaya münasibət, həm İrana münasibətdə mövqeyi Çinin təklənməsi ilə bağlıdır. İranın Ukrayna mövzusu ilə bağlı müəyyən mənada bu prosesdən kənarlaşdırılması və yaxud ən azından Rusiya ilə danışıqlar prosesinin reallaşdırılması və bunu reallaşdırdıqdan sonra Çində səmimiliyinə şübhə yaradıb. Şübhə toxumlarının səpilməsi ilə bağlı olduğu kimi, İran məsələsində də bu amil ola bilər və Amerika Birləşmiş Ştatlarının bu gün İrana hücum etməkdə düz addım atır. Hücum etmək prosesi də reallaşa bilər. Yəni hadisələr o istiqamətdə cərəyan edə bilər. Bundan daha çox Amerika Birləşmiş Ştatlarını narahat edən nüans Rusiya, Çin və İran müttəfiqliyidir. Rəsmi olmasa da, bir bloku var. İranın blokdan uzaqlaşdırılması baxımından ABŞ üçün önəm kəsb edir və bu danışıqlar prosesi ən azından nəticə verməsə belə, müttəfiqlərinin İrandan şübhələnməsi baxımından önəm kəsb edə bilər”-deyə politoloq qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Aprel 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see154

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see146

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri