Icma.az
close
up
RU
Amerika Birləşmiş Ştatları Tramp yolu nun təhlükəsizliyi ilə bağlı Ermənistan qarşısında öhdəlik götürüb

Amerika Birləşmiş Ştatları Tramp yolu nun təhlükəsizliyi ilə bağlı Ermənistan qarşısında öhdəlik götürüb

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

“Tramp yolunun təhlükəsizliyi ilə bağlı Amerika Birləşmiş Ştatları Ermənistan qarşısında öhdəlik götürüb. Əgər Orta yol Zəngəzur dəhlizindən keçəndən sonra orada hər hansı bir risk yaranacaqsa, həmin məsuliyyət öhdəlik götürən tərəfdaşındır. Anlaşılan odur ki, Orta yolun Ermənistan ərazisindən keçən hissəsinə, yəni Zəngəzur dəhlizinə və yaxud "Tramp dəhlizi"nə görə məsuliyyəti ABŞ daşıyır”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Əli Mustafa danışıb. Politoloq bildirib ki, artıq ABŞ-ın müvafiq qurumlarının, konkret olaraq artıq iki qurumun bu fəaliyyət göstəricilərinə dair bilgilər var.

Əli Mustafa

“Bu qurumlardan biri keçidi təmin edəcək, yüklərin yoxlanılması və sairə. İkinci qurum isə təhlükəsizliyi təmin edəcək. Yəni bütün hallarda bu təhlükəsizlik məsələlərinə görə, ABŞ məsuliyyət daşıyacaq. Burada təhlükəsizliklə bağlı hansısa risklər yaranacaqsa, o zaman beynəlxalq hüquqa və praktikaya uyğun olaraq müvafiq addımlar ata bilər”-deyən politoloq qeyd edib ki, ABŞ-ın buna səlahiyyəti və bununla bağlı öhdəlikləri var.

Əli Mustafa hesab edir ki, burada vəziyyətdən asılı olaraq, şəraitə uyğun olaraq, hansısa konkret siyasi addımlar atıla bilər.

“Yəni Ermənistan və ABŞ arasında sazişin bəndlərinə uyğun olaraq, bölgənin, konkret olaraq Ermənistan üzərindən orta yolla keçirdiyi hissənin bütün məsələlərinə görə artıq ABŞ və onun müvafiq qurumları məsuliyyət daşıyır. Odur ki, ABŞ da burada beynəlxalq hüquqa və müvafiq qanunvericilik aktlarına uyğun olaraq öz üzərinə düşən işləri yerinə yetirməyə çalışacaq. Amma bütün bunlar bu məsələlərin belə çox tezliklə həll ediləcəyinə əminlik, inam yaratmalı deyil. Çünki bu, sadə bir məsələ deyil. Yolun texniki baxımdan işlənməsi, hazırlanması və orada müvafiq təhlükəsizlik mülahizələrinə uyğun olan avadanlıqların və aparatların qoyulması ən az 1-2 il vaxt alacaq”-deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Avqust 2025 02:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see171

Rusiya və İrana gedən siyasətçi həbs edildi

28 Sentyabr 2025 00:51see171

Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər VİDEO

29 Sentyabr 2025 15:19see148

Məşhur atlet boksçudan ayrıldı

28 Sentyabr 2025 07:12see144

Onkoloji xəstəlikdən əziyyət çəkənlər günlərdir dərman ala bilmirlər

28 Sentyabr 2025 00:25see140

İdman zalında vəfat edən Cabir İmanov kimdir? DOSYE

29 Sentyabr 2025 14:33see138

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

29 Sentyabr 2025 16:05see137

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see136

İspaniya La Liqası: Madrid derbisində darmadağın

28 Sentyabr 2025 01:41see136

Turan Tovuz dan 3 dəqiqəyə iki qol Yenilənir

28 Sentyabr 2025 17:08see135

“Konstitusiya və Suverenlik İli” çərçivəsində elan olunmuş qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

28 Sentyabr 2025 12:04see131

Sarıköklü südün faydaları

28 Sentyabr 2025 07:01see126

Xameneidən Hizbullah a mesaj var Laricani çatdırdı

28 Sentyabr 2025 16:41see126

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see125

Ukraynanın bir çox bölgəsi Rusiya PUA larının hücumuna məruz qalıb

28 Sentyabr 2025 03:25see123

Telefon Sahiblərinə Təcili Gizli Xəbərdarlıq

28 Sentyabr 2025 08:42see121

Danimarkada Aİ sammiti zamanı mülki dronların uçuşu qadağan edildi

28 Sentyabr 2025 17:49see118

Gənc oğlanın dişləri görənləri təəccübləndirdi VİDEO

27 Sentyabr 2025 23:37see117

Hələ ki 4 cü yerdəyik Rusiya, Belarus, Qazaxıstan...

28 Sentyabr 2025 23:48see116

Polşanın əsas hava limanı səhərə qədər bağlı olacaq

28 Sentyabr 2025 01:39see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri