Icma.az
close
up
RU
Musiqimizin F.A. boşluğu Şərif Ağayardan sərt fikirlər

Musiqimizin F.A. boşluğu Şərif Ağayardan sərt fikirlər

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.



Şərif Ağayar


Faiq Ağayevin “Hərşeyşünas” Yutub kanalna verdiyi müsahibəni dinlədim və heyrətə gəldim.

O, şou-biznes aləmində savadına və dünyagörüşünə görə ən üstünlərdən biridir. Kitaba, mütaliəyə münasibəti də bizim cəmiyyət üçün nümunə sayıla bilər.

Fəqət “ən üstünlərimizdən biri”nin nimdaş fikirləri məni xeyli narahat etdi.

Əvvəla, deyir, musiqi siyasətə qəti şəkildə qarışmamalıdır. Və düz deyir. Lakin əgər belədirsə, siyasi hakimiyyətdən bəh-bəhlə aldığı “Xalq artisti” adı nədir və bu adla hər yerdə, hər zaman fəxr eləmək nədir? Seçkilər vaxtı iqtidar tərəfdən təşviqat kampaniyasına müğənni kimi qoşulmaq, ən yaltaq müğənnilərlə tərif-mədhiyyə yarışına çıxmaq nədir?

Və deyir cənab F. A.: “Mən aşırı azadlıq aşiqiyəm!”

Aşırı e...

Deyəsən, hörmətli müğənnimiz azadlıq haqqında çox az oxuyub və bu dərin məfhumu daha çox sırğa taxmaq, başını rəngləmək və qırmızı şalvar geyinmək kimi qavrayır. Bəli, razıyam, bizim kimi cəmiyyətlərdə bunlar da cəsarət istəyir, lakin geyim, stil, səhnə performansı azadlığın yalnız zahiri tərəfidir. Bu düşüncə davam etməli, ümumi dünyagörüşünə, həyat tərzinə, cəmiyyətdə baş verən hadisələrə münasibətə çevrilməlidir. Çevrilmirsə, yalnız görüntüdür, rəngdir, aldanışdır. Yəni mahiyyəti üzrə deyil. Faiq bəy aşırı yox e, normal azadlıq aşiqi olsaydı, indiki karyerasını heç vaxt qura bilməzdi.

Ağıldan çox danışır. Bir müğənninin uğur və var-dövlət qazanmasını ağılın ən vacib göstəricisi kimi təqdim edir və dolayısı ilə “mən ağıllı admam” subliminal mesajını verir. Hörmətli, Faiq müəllim, Azərbaycanda toydan pul qazanmaq üçün ciddi ağıla və istedada ehtiyac yoxdur. Beyin qırışının ikisi işləsə, kifayətdir. Üstəlik, bu, menecer ağlıdır ki, biznesdən uzağa gedə bilməz. Nəinki toydan, ümumilikdə şou-biznesdən pul qazanmaq dünyanın heç yerində ağıl göstəricisi sayılmır. Siz tarixin “ağıllılar siyahısı”nda neçə nəfər pullu müğənni görmüsünüz?

Müsahibənin ən acınacaqlı tərəfi ictimai rəylə bağlıdır. Aparıcı müsahibindən qat-qat yüksək ağıl nümayiş etdirərək deyir ki, sənət adamına vəzifə veriləndə, o, ictimai yükün altına düşür, aid olmadığı sahələrdə cavabdehlik öhdəliyi götürür, məsələn, Orxan Fikrətoğlu ARKA-ya rəhbər gələndə istər-istəməz Azərbaycan kinosunun problemlərinə, Murad Dadaşov “Xəzər” TV-yə gələndə televiziyaların vəziyyətinə cavabdeh oldu.


Faiq bəyin cavabı: “Sən hürən itə qayıdıb, hürə bilməzsən ki! Qoy nə deyrlər, desinlər...”


Təsəvvür edirsiniz? Şou-biznesimizin “ən üstünlərindən biri” üçün kinomuzun və televiziyamızın problemlərindən danışmaq, bu sahələr üzrə məsul vəzifə daşıyan şəxslərdən nəsə soruşmaq it kimi hürməkmiş...

Və cənab qızıl şlyager bundan beş-altı dəqiqə əvvəl iddia edir ki, mən mədəni bir insanam və mədəni mühitdə böyümüşəm.

Hərgah Faiq bəyin mədəni bir insan olduğuna zərrəcə şühbəm yoxdur və bu status da elə bu paradoksdan yaranıb.

Yaxud Göyçay konsertində ona “bu nə qeyri-ciddi pencəkdir, geymisiniz” yazan qıza müğənninin münasibəti: “Qız elə danışmaz. Elə qızı elə boğarlar! Ayıbdı sənin üçün. Abırın, ismətin olsun!”

Sözün bitdiyi yer...

Daha sonra deyir ki, melodiyalı mahnılarımız yoxa çıxıb, bəstəkarlar yazmır, musiqimiz məhv olur. İki-üç dəqiqə keçməmiş əlavə edir: “Hərdən mən melodik mahnılara qayıdıram!”


Demək, hərdən qayıtdığı melodik mahnıları çıxsaq, Faiq bəy musiqimizi məhv eləməklə məşğuldur.

Bütün bunlar saat yarımlıq müsahibədən seçdiyim bir neçə nümunədir.

Söhbət bu cür boş, absurd və faciəvi məqamlarla doludur.

Aparıcı Aynur Xəlilovaya (“Hərşeyşünas”) müsahibini tərifləyə-tərifləyə bu cür ustalıqla ifşa etdiyi üçün yağlı bir təbrik düşür.

Söhbəti dinləyə-dinləyə bir əhvalatı xatırladım. Mərhum şairimiz Əliasəmid Kürlə “Fəvvarələr bağı”ndan keçirdik, gördük, "musiqi siyasətə heç vaxt qarışmamalıdır" deyən F.A. yenə hansısa siyasi aksiya çərçivəsində keçirilən kosnertdə səhnədədir. Yaxınlaşdıq. Cavanlar fit çalır, cürbəcür səslər çıxarır, Faiq bəyi alqışlayırdılar. Müğənni isə alqışa emosional reaksiya verir, əllərini yana açıb, hamını daha çox əl çalmağa təşviq edirdi. Həssas qəlbi ilə tükü-tükdən seçən Əlisəmid Kür gözlərini qıyıb başını buladı və dedi:


“Faiq əlli yaşa çatdı, alqışla fitə basmağı bir-birindən ayıra bilmədi!”

Və elə bu xatirənin dalğasında Aynur xanımın verdiyi “Sənətinizi nəyə dəyişərsiniz?” sualına Faiq Ağayevin yerinə özüm cavab verdim: “Pula və Şöhrətə!”

Çünki menecer düşüncəsində bu iki faktor hər şeydən irəlidir, ağıl da, bacarıq da məhz bunun üçündür.

Sənət isə daha çox eşq məsələsdir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:54
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 30 Dekabr 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see300

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see218

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see172

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see165

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see156

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see151

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see150

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see149

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see147

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see147

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see142

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri