Icma.az
close
up
RU
Amerika İranın Xarq adasına hücum edəcək, yoxsa?.. ARAŞDIRMA

Amerika İranın Xarq adasına hücum edəcək, yoxsa?.. ARAŞDIRMA

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

“Donald Trampın xarakterini nəzərə alan analitiklərin ehtimalına görə, quru əməliyyatı ilə bağlı bütün hərəkətlər blefdən başqa bir şey deyil. Məqsəd iranlıları qorxudub güzəştə məcbur etməkdir. Amma 28 fevral ərəfəsində də...”

“Növbəti 10-15 gün ərzində hərbçi sayının 20.000-25.000 nəfəri keçəcəyi təxmin edilir. Ümumilikdə isə əməliyyata 75.000-80.000 hərbçinin cəlb olunması nəzərdə tutulub…”

      

“Məntiqə əsaslanaraq deyə bilərik ki, ABŞ-nin əsas hədəfi Xarq adası deyil. Lakin bu gün ABŞ-yə rəhbərlik edən şəxslərin hərəkətlərini məntiqlə proqnozlaşdırmaq olmur...”

“ABŞ genişmiqyaslı əməliyyat üçün körfəz ölkələrinin silahlı qüvvələrindən istifadə etməyi planlaşdırırsa, onların iştirakı həmin dövlətləri fəlakətə düçar edə bilər. İran ərəb ölkələrinin energetika sektorlarını və su təmizləyici qurğularını vursa...”

Moderator.az gündəmə uyğunluğunu nəzərə alaraq tanınmış araşdırmaçı Araz Şəhrilinin “Xarq adasına hücum olacaq, yoxsa..?” başlıqlı növbəti analitik araşdırma yazısını dəyərli oxucuların müzakirəsinə buraxır:

“ABŞ-İsrail cütlüyü ilə İran arasında müharibənin 28-ci günü başlayır. Artıq aydındır ki, bu əcaib koalisiya, sözün əsl mənasında çıxılmaz vəziyyətə düşüb. Bu günədək Tramp-Netanyahu rejimi savaşda qələbə qazanmaq üçün bir sıra taktiki gedişlər edib. Gəlin əvvəlcə onları nəzərdən keçirək.

1) 2026-cı il fevralın 28-də İranın Ali Rəhbəri Seyid Əli Xameneinin iqamətgahı 30 avia-bomba ilə vuruldu. Seyid Əli Xamenei ilə birlikdə onun ailə üzvləri, o cümlədən, azyaşlı nəvələri, bir neçə general və yüksək vəzifəli məmur həlak oldu. ABŞ-İsrail rejimi ümid edirdi ki, İran xalqı dərhal küçələrə töküləcək, başsız qalmış dövlət süquta uğrayacaq. Amerikalılar və israillilər, çox güman ki, monarxist qruplara və “İran Xalqının Mücahidləri” təşkilatına arxayın idilər. Amma nəzərə almadılar ki, elə özləri bu qüvvələri iki dəfə - 2025-ci ilin iyununda və 2026-cı ilin yanvarında axmaqcasına qiyama qaldıraraq, zəifləmələrinə səbəb olublar. Beləliklə, cütlüyün ümidi özünü doğrultmadı. İran xalqı həqiqətən də küçələrə töküldü. Lakin iqtidarı dəstəkləmək üçün...

2) Donald Trampın ilk bəyanatlarından aydın olur ki, o, ən pis halda Seyid Əli Xameneinin yerinə seçiləcək şəxslə razılığa gələcəyinə, yəni İranda Venesuela variantının baş tutacağına səmimi qəlbdən inanırmış. Ancaq əvvəlki rəhbərin oğlu Seyid Müctəba Xameneinin yeni rəhbər seçildiyini eşidən ABŞ prezidenti, Türkiyə türkcəsilə ifadə etsək, “hayal kırıklığına uğradı”. Əslində isə, Ali Rəhbərin kimliyindən asılı olmayaraq, İran istənilən halda indiki mövqeyində qalacaqdı. Təkcə elə bu məsələ Tramp administrasiyasının qeyri-adi naşılığından və savadsızlığından xəbər verir...

3) ABŞ-İsrail cütlüyü kürdləri ayağa qaldırmaq istədi. Həmin niyyətin özü də Tramp-Netanyahu rejiminin biliksizliyini və qeyri-peşəkarlığını bariz şəkildə göstərir. Əvvəla, kürdlər solçudurlar, yəni Rusiya və Çinlə müəyyən bağlılıqları var. İkincisi, amerikalılar onları dəfələrlə aldadıblar. Üçüncüsü, kürd silahlı müxalifəti hazırda çox güclü deyil. Bir sözlə, bu plan da iflasa uğradı...

4) ABŞ-İsrail koalisiyası Türkiyə və ərəb ölkələrini müharibəyə qatıb, onların ordularından canlı qüvvə kimi istifadə etmək üçün bu dövlətlərin ərazisinə “özgə bayraq altında” raket və dron zərbələri endirdi. Lakin Türkiyə rəhbərliyi və xalqının təmkinli davranışı, ərəb monarxiyalarının isə İranın gücü qarşısında acizliyi, eləcə də, əslində, dərin nifrət bəslədikləri İsrailin yanında olmaq istəməmələri həmin planı da alt-üst etdi...

5) ABŞ-İsrail cütlüyü növbəti mərhələdə NATO ölkələrindən hərbi yardım istədi. Bu xahiş isə tamamilə rüsvayçılıqla yekunlaşdı. İş o yerə çatdı ki, Avropa liderləri Donald Trampı lağ etməyə, onunla “məzələnməyə” başladılar. Yalnız Pribaltika ölkələrindən biri söz verdi ki, ilk fürsətdə 11 və ya 12 hərbçi göndərəcək...

ABŞ-İsrail koalisiyasının vəziyyətini çətinləşdirib dözülməz edən iki ciddi məsələ var:

1) İran silahlı qüvvələri İsraili və körfəz ölkələrindəki ABŞ bazalarını dayanmadan raket-dron atəşinə tutur. Cütlüyün aviasiyası və hava hücumundan müdafiə sistemləri bunun qarşısını ala bilmir.

2) İran ordusu Hörmüz boğazını bağlayıb. Əsas problem də məhz budur: Körfəz şeyxləri və Avropa liderləri şikayət və “mızıltıları” ilə Trampın zəhləsini töküblər. Qlobal iqtisadi böhran böyük sürətlə yaxınlaşır. Bir sözlə, ABŞ-İsrail cütlüyü Hörmüz boğazını mütləq açmalıdır...

"Fox News" telekanalının ABŞ Müharibə Nazirliyinə istinadla yaydığı məlumata görə, ABŞ-nin "USS Boxer" universal desant gəmisi və 11-ci Dəniz Piyadaları Ekspedisiya Dəstəsindən ibarət amfibiya-desant qrupu Yaxın Şərqə yola düşüb. Təxminən 4.500 dənizçi və dəniz piyadasından ibarət qruplaşma martın 18-də San-Dieqodan yola çıxıb və hazırda Sakit okeanı keçməkdədir. Onun Yaxın Şərqdəki məsuliyyət zonasına çatması təxminən bir-iki həftə çəkməlidir. "USS Boxer" ilə yanaşı, əməliyyat birləşməsinin tərkibinə "USS Portland" desant-helikopter gəmi-doku və "USS Comstock" desant nəqliyyat gəmi-doku da daxildir. Növbəti 10-15 gün ərzində hərbçi sayının 20.000-25.000 nəfəri keçəcəyi təxmin edilir. Ümumilikdə isə əməliyyata 75.000-80.000 hərbçinin cəlb olunması nəzərdə tutulub…

Beləliklə, ABŞ İran körfəzi ətrafına canlı qüvvə toplayır. Bundan sonra hansı konkret addımlar atılacaq?

1) Hərbi təhlilçilərin fikrincə, ABŞ-nin əsas məqsədi İranın Xarq adasını ələ keçirməkdir. İslam Respublikasının ən böyük neft terminalı burada yerləşir. Lakin Xarq adasına hücumu aşağıdakı amillər çətinləşdirir:

- Adaya  yaxınlaşmaq üçün döyüş gəmiləri əvvəlcə Hörmüz boğazından keçməlidir. Orada isə İran ordusu kifayət qədər yaxşı möhkəmlənib. Hörmüz boğazındakı maneələrin dəf edilməsi blokadanın yarılması deməkdir. Bu halda Xarq əməliyyatına heç bir ehtiyac qalmır.

- Amerikalılar Qırmızı dənizlə Səudiyyə Ərəbistanına gəlib, quru yolla bu ölkənin Xarq adası ilə üzbəüz sahilinə çıxaraq, helikopterlərlə hücuma başlaya bilərlər. Lakin istənilən halda adanı əldə saxlamaq üçün İranın sahilyanı ərazisi ən azı 10-30 km dərinliyində nəzarətə götürülməlidir. Əks təqdirdə adaya çıxan və ya düşən dəniz piyadaları yaxınmənzilli raket və dronların şiddətli zərbəsinə məruz qalıb məhv ediləcək. Belə bir əməliyyatı isə mövcud qüvvələrlə keçirmək mümkün deyil.

- ABŞ genişmiqyaslı əməliyyat üçün körfəz ölkələrinin silahlı qüvvələrindən istifadə etməyi planlaşdırırsa, onların iştirakı həmin dövlətləri fəlakətə düçar edə bilər. İran ərəb ölkələrinin energetika sektorlarını və su təmizləyici qurğularını vursa, faktiki olaraq, bu monarxiyalar süquta uğrayacaq. Həmçinin yəmənlilər və iraqlılar körfəz dövlətlərini darmadağın edəcəklər.

- Xarq adasına hücum elə həyata keçirilməlidir ki, buradakı neft kəmərləri və terminallara ciddi xəsarət dəyməsin. Çünki məqsəd İranı fakt qarşısında qoyub təslim etməkdir.

Nəticə: 

Məntiqə əsaslanaraq deyə bilərik ki, ABŞ-nin əsas hədəfi Xarq adası deyil. Lakin bu gün ABŞ-yə rəhbərlik edən şəxslərin hərəkətlərini məntiqlə proqnozlaşdırmaq olmur. Digər tərəfdən, Qərbin demək olar ki, bütün hərbi ekspert və analitiklərinin əsas hədəf kimi Xarq adasını göstərmələri də şübhə oyadır. Belə əməliyyatlar hazırlanarkən məxfiliyə maksimal dərəcədə riayət olunur. Əsl obyekti pərdələmək üçün rəqibə dezinformasiya çatdırılır. Mümkündür ki, amerikalılar iranlıların diqqətini Xarq adasına yönəltməklə, onları azdırmaq istəyirlər. Amma yenə də vurğulayaq ki, bu qaydaları ABŞ-nin indiki administrasiyasına tətbiq etmək çox çətindir.

2) Belə bir ehtimal irəli sürə bilərik ki, ABŞ ordusu Hörmüz boğazının ən dar hissəsində Keşm və Kiş adalarını, onlarla üzbəüz sahilyanı ərazini, xüsusilə İran ordusunun buradakı bunkerlərini ələ keçirməyə çalışacaq. Bunu edə bilsə, İran körfəzinin çıxış hissəsini nəzarətə götürəcək. Bunkerlər isə ABŞ-nin dəniz piyadalarını iranlıların raket-dron zərbələrindən qoruyacaq. Lakin bu halda da ciddi problemlər yarana bilər:

- Möhkəmləndirilmiş bunkerlərin birbaşa hücumla alınması böyük itkilərlə müşayiət olunacaq. Çünki həmin ərazini İran ordusunun ən hazırlıqlı və güclü hissələri qoruyur.

- ABŞ ordusu bunkerləri ağır bombalarla dağıdıb yararsız hala salsa, sahilyanı əraziyə çıxarılacaq dəniz piyadaları raket-dron zərbələrindən qoruna bilməyəcəklər.

- Bunkerləri iranlılar özləri minalayıb son anda partlada bilərlər.

- Sahilyanı əraziyə hücum başlasa, iranlılar bütün İran körfəzini minalayacaqlar.

-  Yəmənlilər Bab-əl-Məndəb boğazını bağlayacaqlar.

Nəticə: 

Bu əməliyyatın da uğurla bitəcəyi çox şübhəlidir. Amma yenə də qeyd edirik ki, artıq heç kim Donald Trampı rasional düşüncəli dövlət başçısı hesab etmir.

3) Səsləndirilmiş fikirlərdən biri də budur ki, amerikalılar İranın uran ehtiyatını ələ keçirmək istəyirlər. Lakin belə bir xüsusi əməliyyatın risq dərəcəsi olduqca yüksəkdir. Bunun üçün;

- uranın dəqiq yeri barədə doğru və dolğun kəşfiyyat informasiyası olmalıdır;

- hücum ciddi şəkildə planlaşdırılmalıdır; 

- həmlə qəfil və qüsursuz həyata keçirilməlidir.

Qeyd: 

Bu variantın Donald Tramp üçün münasib olan bir üstün cəhəti var. Amerikalılar hücumun imitasiyasını edib, guya uranı ələ keçirdiklərini bildirərək birtərəfli qaydada müharibədən çıxa bilərlər. Ancaq israillilər buna imkan verərlərmi? Zənnimizcə, yox! Çünki İran nə İsraildən, nə də körfəz ölkələrindən əl çəkəcək...

4) Növbəti ehtimalımızı qeyd edək. Donald Tramp Venesuela variantını tam şəkildə təkrarlamaq istəyir. Məqsəd İran İslam Respublikasının Ali Rəhbəri Seyid Müctəba Xameneini xüsusi əməliyyatla əsir alaraq iranlıları danışıqlar masasına gətirməkdir. Amma bu variant da effektli olmayacaq. Yeni Ali Rəhbər seçiləcək və mübarizə davam edəcək.

5) Zənnimizcə, belə bir fikir də diqqətəlayiqdir. Bəhreyndə şiələrin silahlı üsyanı baş versə, ABŞ-İsrail cütlüyü İraq kimi Bəhreyni də itirəcək. Dəniz piyadalarını bölgəyə bunun qarşısını almaq üçün gətirirlər...

6) ABŞ qoşunlarının körfəzə göndərilməsini izah edən kifayət qədər əsaslı bir güman da mövcuddur. Ola bilsin ki, ərəb ölkələri özlərinin çox kövrək inzibati və iqtisadi sistemlərini qorumaq üçün ABŞ-dən üz çevirib İranla müəyyən bir razılığa gəlmək istəyirlər. ABŞ bölgədəki hərbi qüvvəsini artırmaqla əslində, ərəb məlikləri və əmirlərini həm sakitləşdirir, həm də onlara hədə-qorxu gəlir...

7) O da mümkündür ki, ABŞ kəşfiyyatı Yəmən şiələrinin Səudiyyə Ərəbistanı, İraq qüvvələrinin Küveyt, İran ordusunun isə Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn üzərinə hücumunu proqnozlaşdırıb. ABŞ özünün hərbi qüvvələrini körfəz ətrafına ona görə cəmləşdirir ki, bunlar baş versə, vaxtında müdaxilə edə bilsin.

Həqiqətdən çox da uzaq olmayan bir variantı da göstərək: 

Məlumdur ki, Səudiyyə Ərəbistanı ilə Qətəri idarə edən ailələr arasında ciddi problemlər var.  Səud sülaləsi ilə Sani sülaləsi bir-birlərinə rəqib kimi baxırlar. 2017-ci ilin iyununda Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Misir və digər ərəb ölkələrinin daxil olduğu koalisiya Qətərdən tələb etdi ki, Türkiyə, İran və “Müsəlman Qardaşları” təşkilatı ilə əməkdaşlığı dayandırsın. Qətər rədd cavabı verdikdə onu  blokadaya aldılar. Bu vəziyyət 2021-ci ilin yanvar ayınadək davam etdi. Həmin dövrdə ABŞ, Türkiyə və İranın yardımı olmasaydı, Səudiyyə Ərəbistanı birbaşa hərbi müdaxiləyə də əl atacaqdı. Bu gün isə Donald Trampın düşünülməmiş hərəkətləri Yaxın Şərqdə elə bir xaos yaradıb ki, proseslərin müəyyən bir mərhələsində Səudiyyə Ərəbistanı el dili ilə desək, “girəvəyə salıb” Qətərlə köhnə haqq-hesabı çürüdə bilər...

Xatırladaq ki, Qətər balaca ölkədir. Onun ərazisi 11.586 kv.km, əhalisi isə 2.846.112 nəfərdir. Qətər ordusu 12.330 hərbçidən ibarətdir. Müqayisə üçün qeyd edək ki, Səudiyyə Ərəbistanının ərazisi 2.149.690 kv.km, əhalisi isə 34.218.169 nəfərdir. Səudiyyə Ərəbistanı ordusu 224.500 hərbçidən ibarətdir.

9) Daha bir ehtimalı nəzərdən keçirək. 2024-cü il dekabrın 9-da İsrail ordusu Suriya ərazisinə daxil olub bu ölkənin bir hissəsini bufer zonası yaratmaq adı altında işğal etdi. Türkiyənin kəskin etirazlarına baxmayaraq, zəbt etdiyi torpaqlardan nəinki çıxmır, həm də Suriyanı davamlı olaraq bombalayır. Aydın məsələdir ki, ABŞ rəhbərliyi İsraillə bağlı Türkiyə tərəfdən tam arxayın deyil. Bölgədə xaos güclənsə və münasib şərait yaransa, sözsüz ki, Türkiyə Cümhuriyyəti İsrail dövlətini törətdiyi cinayətlərə (Mavi Mərmərə qətliamı, İsrail kəşfiyyatının Türkiyədə agentura əməliyyatları, HƏMAS rəhbərləri İsmail Haniə və Yəhya Sinvarın qətlləri, Qəzza soyqırımı, Türkiyənin faktiki himayəsi altında olan Suriyanın bombalanması) görə cəzalandırmağa çalışacaq...

10) Donald Trampın xarakterini nəzərə alan analitiklərin ehtimalına görə, quru əməliyyatı ilə bağlı bütün hərəkətlər blefdən başqa bir şey deyil. Məqsəd iranlıları qorxudub güzəştə məcbur etməkdir. Amma 28 fevral ərəfəsində də belə fikirlər səsləndirilirdi. Müharibə isə baş verdi...

11) Sonuncu varianta nəzər salaq. ABŞ prezidentinin bəyanat və qərarlarının əksəriyyəti neft qiymətlərinin qalxmasının qarşısının alınmasına yönəlib. Bunun həqiqət olub-olmadığını isə zaman göstərəcək...

Müəllif: tədqiqatçı Araz Şəhrili

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:443
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Mart 2026 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see384

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see312

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see265

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see262

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see250

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see238

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see237

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see225

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see222

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see220

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see214

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see213

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see211

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see210

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see208

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see199

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri