Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Amerika üçün 18 sentyabr TARİXİ KONKRET

Amerika üçün 18 sentyabr TARİXİ KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

1830-cu il sentyabrın 18-də Amerika Birləşmiş Ştatları dövr üçün olduqca qeyri-adi bir ixtiranın – ilk Amerika parovozlarından biri olan “Tom Thumb” adlı lokomotivin ənənəvi at arabası ilə yarışına şahidlik etdi.

Bu yarış ilk buxar mühərrikli Amerika dəmir yolu xəttinin rəsmi açılışından cəmi üç ay əvvəl keçirilmişdi.

“Tom Thumb” parovozu 1830-cu ildə Nyu-Yorkdan olan ixtiraçı, sənayeçi və xeyriyyəçi Piter Kuper tərəfindən layihələndirilərək hazırlanmışdı. Kuperin məqsədi dəmir yolu sahiblərini buxar mühərriklərindən istifadə etməyə inandırmaq idi. Lokomotiv kiçik qazandan və müxtəlif ehtiyat hissələrindən, hətta muşket lülələrindən istifadə edilməklə yığılmışdı. Yanacaq kimi antrasit kömüründən istifadə olunurdu.

Kuper Baltimor və Ohayo dəmir yolunun keçəcəyi ərazidə torpaq sahəsi alaraq onu dəmir yolunun tikintisi üçün hazırlamışdı.

“Buxar atlısı” 40 sərnişin tutan vaqonu öz arxasınca çəkərək Merilend ştatının Rayliz Tavern kəndindən Baltimor şəhərinə qədər 9 mil məsafəni qət etməli idi.

Yarışın finalı isə gözlənilməz oldu.

Parovoz saatda 29 kilometr sürətə çataraq dırnaqlı rəqibini xeyli geridə qoydu. Lakin texniki nasazlıq nəticəsində mexanizm həddindən artıq qızdı, qazan zədələndi və buxar sızmağa başladı. Nəticədə yenilikçi maşın at arabasından əvvəl yarışı tərk etməli oldu.

Lakin məğlubiyyət tərəqqinin qarşısını ala bilmədi. Bu prosesdə kütləvi informasiya vasitələrinin də rolu böyük idi. Onlar ABŞ-da və dünyada parovozçuluğun inkişafını geniş şəkildə təbliğ edirdilər. “Tom Thumb” hətta şeirlərə də mövzu olmuşdu:

“Əsrimizin hərəkət və qüdrət simvolu, bütün dünyanın nəbzi!”

Qeyd edək ki, hələ 1827-ci il fevralın 28-də Kuperin təşəbbüsü ilə Baltimor və Ohayo arasında yaradılan dəmir yolu ABŞ-da sərnişin və yük daşımaları üçün nəzərdə tutulmuş ilk kommersiya dəmir yolu kimi tarixə düşmüşdü.

İngiltərədə də oxşar yarış keçirilmişdi

Yeri gəlmişkən, İngiltərədə də hələ 1829-cu ilin oktyabrında ölkənin qərbində yerləşən Reynhill adlı kiçik şəhərdə nəqliyyat vasitələrinin oxşar yarışı keçirilmişdi.

Burada məqsəd yalnız tikilməkdə olan dəmir yolu üçün ən uyğun lokomotivi seçmək deyildi. Yeni nəqliyyat növünü tanıtmaq və ictimaiyyətin diqqətini ona cəlb etmək də əsas məqsədlərdən biri idi.

Yarışı izləmək üçün tamaşaçılar üçün tribunalar qurulmuş, onlar bayraqlarla bəzədilmişdi.

Müsabiqəyə dörd parovoz və atla hərəkətə gətirilən bir lokomotiv – “Cycloped” (“Siklop”) çıxarılmışdı. Sonuncu mühərriksiz lokomotiv idi və atın gücü ilə hərəkət edirdi.

Hər parovoz ayrıca sınaqdan keçirilirdi. Onun müəyyən edilmiş məsafədə sürəti, dartı qüvvəsi və əyləcləmə məsafəsi ölçülürdü.

Lakin at həmin yarışda start xəttinə belə çıxa bilmədi. Sınağa hazırlıq zamanı heyvan taxta qaçış yolunu sındıraraq ayaqlarını qırdı.

Yarışın qalibi Corc Stefensonun “Rocket” (“Raketa”) parovozu oldu. Lokomotiv bütün sınaqlardan uğurla keçərək 13 ton yük ilə saatda orta hesabla 12 mil sürət göstərdi. Maksimal sürəti isə saatda 30 milə çatırdı.

Artıq 1830-cu ildə Corc Stefensonun “Rocket” modelindən cüzi fərqlənən yeddi parovozu Mançester–Liverpul xəttində fəaliyyətə başladı.

Yarışın qalibi olan “Rocket” özü isə 1837-ci ilə qədər dəmir yolunda işlədikdən sonra kömür mədənlərindən birinə satıldı və burada kömür vaqonlarını daşıdı.

Sonralar Stefenson parovozu geri satın aldı və 1862-ci ildə onu Patent Bürosu Muzeyinə bağışladı. Bu gün həmin muzey London Elm Muzeyi kimi tanınır.

Beləliklə, ilk parovoz yarışlarında texniki uğursuzluqlar və hətta məğlubiyyətlər olsa da, bu sınaqlar buxar nəqliyyatının gələcək inkişafında mühüm rol oynadı. Dünənin xəyalı tədricən buxar mühərrikinə, buxar mühərriki isə dünyanın nəqliyyat sistemini dəyişdirən böyük texnoloji inqilaba çevrildi.

Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 Sentyabr 2026 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see626

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see558

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see435

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see305

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see300

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see300

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see287

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see278

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see245

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see237

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see227

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see226

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see214

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see210

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see210

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see209

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see192

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see177

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see172

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri