Icma.az
close
up
RU
AMERİKA XALQI SƏHV ETMƏDİ! KONKRET

AMERİKA XALQI SƏHV ETMƏDİ! KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-da növbəti prezident seçkilərinin başa çatması ilə tək amerikalılar deyil, elə geniş dünya ictimaiyyəti də bir növ dərindən nəfəs almış oldu. Yəni, təkcə ABŞ-da deyil, elə dünyanın əksər ölkələrində insanlar çox zəngin demokratik ənənələrə malik olan belə bir nəhəng ölkəni planetin bir nömrəli şər yuvasına çevirməkdə olan Bayden administrasiyasının sonunu səbirsizliklə gözləməkdə idi.

Dünyada elə bir narahatlıq ocağı yoxdur ki, orada Amerika dövlətçiliyinin üz qarası olan bu “ana şeytanın” – Bayden administrasiyasının barmağı olmasın. Dəhşətə bir baxın, özünü idarə edə bilməyən, vaxtaşırı gah büdrəyən, gah yıxılan, ətrafdıkıları unudaraq boş fəzaya, quru divarlara müraciətlər edən birisi dörd il ərzində dünyanın ən nəhəng və hər cəhətdən qüdrətli dövlətinə başçılıq edib. Amma nə də başçılıq etdi!!! Kaş heç olmamış olaydı!!!

Görünür, 2020-ci ilin noyabrında o, hakimiyyətə gələndə ABŞ-da küçə və meydanlara çıxaraq etirazlarını bildirən, Kapitoliyə yürüş edən insanlar lap yaxın gələcəkdə bu bivec “lider”in rəhbərliyilə həm ABŞ-da, həm də dünyada nə kimi fəlakətlər baş verəcəyini sanki irəlicədən təxmin ediblərmiş.

Demokratların dörd illik uğursuz hakimiyyəti sübut etdi ki, bəli, 2020-ci illin noyabrında ABŞ tarixində ilk dəfə olaraq insanların seçkilərin nəticələrinə bu dərəcədə emosional şəkildə etiraz etmələri səbəbsiz deyilmiş! Beləliklə o zaman həmin hadisələri respublikaçıların prezidentliyə namizədi Donald Trampın adı ilə bağlayanlar da günaha batmış oldular.

Dörd il ərzində görün neçə dəfə ən yüksək səviyyədə Baydenə qarşı impiçment cəhdləri oldu?! Bütün bunlar onun göstəricisi di ki, Baydenin prezidentdliyi amerikalıları heç bir halda qane etmirdi. O və başçılıq etdiyi administrasiya isə tənqid və etirazlara qisasla cavab vermək yolu tutdu. ABŞ iqtisadiyyatı heç zaman olmadığı dərəcədə itkilərə məruz qaldı. Siyasi rəqibi Tramp əsassız olaraq uzun-uzadı məhkəmə araşdılmalarına cəlb olundu. Bayden hökuməti Rusiya-Ukrayna müharibəsinin uzanması və daha da alovlanması, Yaxın Şərqdə sabitliyin pozulması, beynəlxalq güclərin heç zaman olmadığı tərzdə kəskin qarşıdurmasının yaranması üçün nələr etmədi?!

O, Makronla, digər şeytan xisləti tərəfdaşları ilə səs-səsə verərək uzun fasilədən, çoxsaylı itki və məhrumiyyətlərdən sonra Cənubi Qafqazda formalaşmaqda olan kövrək sabitliyi pozmaq yolunda çox baş sındırdı. O, heç zaman olmayan “erməni soyqırımını” rəsmən tanıyan ABŞ prezidenti kimi də tarixin qara siyahısına düşmüş oldu.

Belə bir məşhur atalar məsəli var: kəndir nə qədər uzun olsa da sonda gəlib doğanaqdan keçəcəkdir. Elə Bayden və onun qeyri-peşəkar, bəlkə də daha çox fitnəkar əhatəsi üçün də kəndirin doğanaqdan keçmək məqamı gəlib çatdı. Artıq hesab vermək zamanıdır. Nə tökmüsünüz qabınıza, o da çıxacaq qaşığınıza!

Dünyada hər kəs çox yaxşı bilir ki, hər cür kaprizlərinə baxmayaraq Donald Tramp böyük siyasətçi olmazdan daha əvvəl həm də qətiyyətli və nüfuzlu bir şəxsiyyətdir! Onun özünə məxsus müstəqil düşüncə və baxışları var. O, Baydendən fərqli olaraq idarə olunan yox, idarə etməyi sevən, bu dəst-xəttə üstünlük verən bir siyasətçidir. Hansı ki, Bayden barədə bu sözləri deməyə heç kəsin dili gəlməz.

Mən Baydenin səriştəsiz rəhbər olduğu barədə əvvəllər də  mətbuatda bir neçə dəfə tənqidi yazılarla çıxış etmişəm. Yazılarımdan birinin adı belə idi: Bayden yıxıldı! Bu dəfəki seçkilərdə isə o həmişəlik yıxıldı! Özü də çox pis yıxıldı. Bəli, bir daha dura bilməyəcək dərəcədə pis yıxıldı!

Görün, bu addım nə dərəcədə təsadüfi bir siyasətçidir ki, ölkəsində və ölkədən kənarda, hətta müttəfiqləri və tərəfdaşları içərisində artıq heç bir nüfuzu qalmadığı bir vaxta yenidən prezidentliyə namizədliyini verdi, seçki marafonunun ən qızğın çağında isə artıq bəndi suya verdiyini dərk edərək öz namizədliyini geri götürməli oldu:! O onda belə anlamışdı ki, özünün reytinqi bərbad olduğu halda onun prezidentliyə namizədliyini irəli sürdüyü vitse-prezidenti seçkilərdə heç bir halda uğur qazana bilməz! Halbuki lap irəlicədən bu hər kəs tərəfindən proqnozlaşdırılmaqda idi.

Bizim tərəflərdə bostanı qurd-quşdan qorumaq məqsədilə ağacdan olan şaxa paltar geyindirərək, başına papaq qoyaraq, əlinə də çubuq-tüfəng verərək onu sahənin görünən yerində yerləşdirirdilər. Bostana hücum çəkən qurd-quş da elə bilirdi ki, yaxın gəlsələr “sahə qarovulçusu” əlindəki “tüfəngilə” onlara atəş açacaq. Amma bir müddət keçdikdən sonra qurd-quş da anlayır ki, bostandakı real qaravolçusu yox, sadəcə insanların uydurdurduğu yalançı bir müqəvvadır. Məncə ABŞ-nın 46-cı prezidenti Bayden də bizim həmin yalançı sahə qarovulçularımız kimi cansız bir müqqəva idi. Nə yazıq ki, dünyanın bir sıra siyasi liderləri Baydenin ABŞ hərbi-sənaye kompleksinin hakimiyyət başına gətirdiyi ovuq-müqəvva bir “bostan qarovulçusu” olduğunu sonadək anlaya bilmədilər, onun və mürtəce komandasının fitinə getməklə dünyanı qarşıdurmaqda arzuolunmaz pay sahilinə çevrilmiş oldular. Budur, artıq “bostanın” yeni və mən deyərdim əsil sahibi gəlibdir. Baxaq, görək qurd-quş indi nə edəcək, necə davranacaq?!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://konkret.az
archiveBu xəbər 09 Noyabr 2024 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri