Amerikalı ekspert: Avropanın müxtəlif ölkələrində etirazlar uzun müddət davam edə bilər
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 4 noyabr, AZƏRTAC
Avropanın müxtəlif ölkələrində etirazlar uzun müddət davam edə bilər. Bunun əsas səbəbi Avropa İttifaqı ölkələrinin iqtisadi durğunluqla üzləşməsi, gənc nəslin isə korrupsiya, işsizlik və dövlət bürokratiyasının genişlənməsindən narazı olmasıdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında beynəlxalq münasibətlər üzrə amerikalı ekspert Peter Tase söyləyib.
O qeyd edib ki, etirazçılar daha yaxşı yaşayış şəraiti, təhsil müəssisələrində problemlərin aradan qaldırılması, müəllim çatışmazlığının həlli və təhsil sistemində islahatların aparılmasını tələb edirlər. Fransada keçirilən aksiyaların əksəriyyəti dinc xarakter daşısa da, Parisdə və digər şəhərlərdə bəzi nümayişlər zamanı polis ilə etirazçılar arasında qarşıdurmalar baş verib.
Fransa Prezidentinin fəaliyyətinin də etirazların əsas müzakirə mövzularından birinə çevrildiyini deyən siyasi təhlilçi ölkədəki vəziyyəti hökumətin zəif idarəçiliyinin göstəricisi kimi qiymətləndirib.
“E.Makron hökuməti bir aydan artıqdır ki, məktəblilərin və tələbələrin etirazları ilə üzləşir. Onlar müəllim çatışmazlığının aradan qaldırılmasını, köhnəlmiş məktəb binalarının təmirini və universitetlərə qəbul sistemində dəyişikliklərin həyata keçirilməsini tələb edirlər.
Amerikalı ekspert vurğulayıb ki, Fransa və Almaniyada keçirilən etirazlar Avropada gənc nəslin sosial-iqtisadi problemlərə münasibətini bir daha gündəmə gətirib. “İşsizlik, yaşayış xərclərinin artması, təhsilin keyfiyyəti və dövlət idarəçiliyinə inamın azalması nümayişlərin əsas səbəbləri sırasında göstərilir. Bu problemlərin həlli Avropa ölkələrinin qarşısında duran mühüm çağırışlardan biridir”, - deyə o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 04 Noyabr 2026 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















