Icma.az
close
up
RU
Amerikalılar artıq bezib

Amerikalılar artıq bezib

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

ABŞ-nin Federal Ticarət Komissiyası (FTC) "Uber Technologies" şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. 

"Cebheinfo.az" xəbər verir ki, komissiya şirkəti istifadəçiləri onların xəbəri olmadan "Uber One" abunəliyinə yazmaqda və xidmət barədə yanıldıcı məlumatlar yaymaqda ittiham edir. "Uber One" abunəliyinin aylıq qiyməti 9,99 dollardır və bu xidmət istifadəçilərə "Uber" tətbiqləri vasitəsilə taksi sifarişi və yemək çatdırılması zamanı müəyyən rüsumlara endirimlər təklif edir. San-Fransisko məhkəməsinə təqdim olunan iddiada FTC bildirib ki, "Uber" istifadəçilərə bu xidmət sayəsində ayda təxminən 25 dollar qənaət edəcəklərini desə də, bu doğru deyil. 

Həmçinin, abunəlikdən imtinanın asan olması ilə bağlı istifadəçilər aldadılıb. FTC-nin rəhbəri Endryu Ferqyuson məsələ ilə bağlı belə deyib: 

“Amerikalılar artıq bezib. Hər yerdə istəmədikləri abunəliklər var və onlardan çıxmaq demək olar ki, mümkün deyil. FTC, Tramp-Vens rəhbərliyi Amerika xalqı adından bu cür hallara qarşı mübarizə aparır”.

“Uber”-in sözçüsü Noa Edvardsen isə məsələyə cavab olaraq bildirib: 

“Biz istifadəçiləri onların razılığı olmadan abunə etməmişik və heç bir haqq da tutmamışıq. FTC-nin bu işi davam etdirmək qərarından məyusuq, lakin inanırıq ki, məhkəmə bizimlə razılaşacaq. "Uber One" abunəliyinin qeydiyyat və ləğv prosesi şəffaf, sadə və qanuna tam uyğundur”. 

Qeyd edək ki, "Uber" əvvəllər də FTC ilə bir neçə dəfə mübahisəli vəziyyətlərə düşüb: 2017-ci ildə şirkət, istifadəçi məlumatlarının gizliliyi və təhlükəsizliyi ilə bağlı yanlış iddialara görə FTC ilə razılaşma əldə etmişdi. 2018-ci ildə isə "Uber" sürücü cəlb etmək məqsədilə qazanc imkanlarını şişirtdiyinə görə 20 milyon dollar ödəməklə məsələni yoluna qoymuşdu. 

Səbinə Uğur 
"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Aprel 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1022

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see517

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see420

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see327

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see325

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see303

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see229

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see225

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see217

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see214

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see213

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see210

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see205

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see205

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see198

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see191

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see183

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see173

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see173

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri