Icma.az
close
up
RU
Amerikalılar Dəməşqə gəlməyəcək

Amerikalılar Dəməşqə gəlməyəcək

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AzVision.az xəbər verir ki, Suriyanın Xarici İşlər nazirliyindəki mənbəyə istinad edən SANA agentliyi belə məlumat yayıb.
“Suriya XİN-dəki mənbə bu xəbərin düzgün olmadığını bildirib”, - agentlik yazır.
Agentliyin mənbəsi Vaşinqtonun Suriya ilə İsrail arasında təhlükəsizlik razılaşmasını asanlaşdırmaq üçün öz qoşunlarını Suriya paytaxtındakı aviabazaya yerləşdirməyə hazırlaşdığı barədə mediada yayılan xəbərləri belə şərh edib.
Maraqlıdır ki, bundan əvvəl “Reuters” agentliyi də mənbəyə istinasd edərək bu xəbəri yaymışdı.
- ABŞ-nin Dəməşqdəki mövcudluğu ilə bağlı əvvəllər açıqlanmayan planları keçən il İranın müttəfiqi Bəşər Əsədin devrilməsindən sonra Suriyanın Vaşinqtona doğru strateji istiqamətini dəyişməsinə işarədir”, - agentlik iddia edir.
Sözügüdən aviabaza İsrail və Suriya arasında hücum etməmək paktı çərçivəsində Suriyanın cənubundakı demilitarizasiya zonasının bir hissəsi olacağı gözlənilən ərazilərin girişində yerləşir. Bu razılaşma ABŞ prezidenti Donald Trampın administrasiyası tərəfindən aparılır.
Xatırladaq ki, noyabrən 10-da Tramp Ağ Evdə Suriya prezidenti Əhməd əl-Şaraa ilə görüşəcək və bu, Suriyanın keçid dövrü liderinin ilk belə səfəri olacaq.

- Qərbli bir hərbi rəsmi bildirib ki, Pentaqon son iki ayda bazada bir neçə kəşfiyyat missiyası həyata keçirərək planlarını sürətləndirib. Missiyalar belə nəticəyə gəliblər ki, bazanın uzun uçuş-enmə zolağı dərhal istifadəyə hazırdır”, - “Reuters” vurğulayır.
Suriyalı iki hərbi mənbə isə, texniki danışıqlarda əsas diqqətin bazadan logistika, müşahidə, yanacaqdoldurma və humanitar əməliyyatlar üçün istifadəsinə yönəldiyini, Suriyanın isə obyekt üzərində tam suverenliyini qoruyub saxlayacağını deyib.
“Reuters”in məlumatına görə, Suriya Müdafiə nazirliyinin rəsmisi ABŞ-nin uçuş-enmə zolağının istifadəyə yararlı olmasını müəyyənləşdirmək üçün aviabazaya “C-130” hərbi nəqliyyat təyyarələri göndərib. Bazanın girişlərindən birinin mühafizəçisi Reuters agentliyinə bildirib ki, ABŞ təyyarələri “sınaq uçuşları” çərçivəsində oraya enib.
Amma Amerika hərbçilərinin bu aviabazaya nə vaxt yerləşdiriləcəyi barədə məlumat verilmir.
Bu təsdiq-təkzib oyununda hansı tərəfin düz və ya səhv məlumat yaydığını dəqiqləşdirmək çox çətindir. Belə ki, hər iki agentlik Suriyanın iki dövlət qurumundakı mənbələrə istinadən belə ziddiyyətli xəbərlər yayır. Əslində, ictimaiyyəti çaşdırmaq üçün belə xəbərlərin məqsədyönlü şəkildə sızdırıldığı istisna deyil.
Bu baxımdan, həqiqətin nədən ibarət olduğuna yəqin ki, Trampın əl-Şaraa ilə görüşündən sonra aydınlıq gətiriləcək. Amma ola da bilər ki, bu müstəvidə bütün qərarlar elə bağlı qapılar arxasında da qalacaq.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://azvision.az
archiveBu xəbər 07 Noyabr 2025 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see348

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see326

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see274

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see271

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see221

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see220

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see209

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see207

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see196

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see195

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see194

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see192

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see186

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see184

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see181

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see177

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see176

Almaniyada Ukraynanın vəziyyətinin kövrək olduğu etiraf edilib

16 Avqust 2026 01:20see176

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see175

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri