Icma.az
close
up
RU
Amerikalıları qorxuya salan sirli PUAlar: İran, yoxsa yadplanetlilər?

Amerikalıları qorxuya salan sirli PUAlar: İran, yoxsa yadplanetlilər?

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Son bir həftədir Nyu-Cersi ştatı üzərində uçan iri, naməlum pilotsuz uçuş aparatları (PUA) ölkədə narahatlıq yaradıb. Federal Təhqiqat Bürosu (FTB) məsələ ilə bağlı araşdırma başladıb, xalq isə "əgər siz bir tədbir görməsəniz, biz onları vuracağıq" deyə narazılığını bildirir. Eyni zamanda, Donald Tramp da hazırkı hökuməti tənqid edib.
Demokrat.az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, son həftələrdə Nyu-Cersi üzərində müşahidə olunan iri, naməlum PUA-lar barədə şahid ifadələri bir sıra nəzəriyyələrə səbəb olub. Ştatın Nevark şəhərindəki FTB ofisi, yerli polis və Nyu-Cersi Daxili Təhlükəsizlik və Hazırlıq İdarəsi, bir neçə şahidin PUA-lara bənzər qurğular və sabit qanadlı bir təyyarə gördüklərini bildirib.
Lakin məsələ bununla bitmir: Demokrat senator Endi Kim, cümə axşamı Hunterdon dairəsində patrul zamanı çoxsaylı dronlar gördüyünü açıqlayıb.
Florham Park polis rəisi Cozef Orlando sosial mediada paylaşım edərək, bu dronların su anbarları, elektrik ötürücü xətləri, dəmiryolu stansiyaları və hərbi obyektlər kimi strateji ərazilər üzərində uçduğunu qeyd edib. Uçuşların hər axşam gün batandan başlayaraq səhər erkən saatlara qədər davam etdiyi vurğulanıb.
ABŞ hökuməti PUA-ların təhlükə yaratdığına və ya məhdud hava sahəsinə girdiyinə dair sübut olmadığını bildirərək, yaranmış nəzəriyyələri rədd edir. Lakin bu rəsmi açıqlamalar əhalidəki narahatlığı azaltmayıb. Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi bildirib ki, müşahidə olunan obyektlərin çoxu qanuni şəkildə idarə olunan hava vasitələridir.
Bununla belə, Donald Tramp məsələ ilə bağlı "Truth Social" platformasında açıqlama verərək, hökuməti məlumatları gizlətməkdə ittiham edib. O deyib: 
"Bu, hökumətimizin xəbəri olmadan baş verə bilərmi? Mən belə düşünmürəm! Dərhal ictimaiyyətə məlumat verin, yoxsa onları vurun!"
Mine Hill şəhərinin meri Sem Morris isə federal hökumətin hərəkətsizliyindən məyus olduğunu bildirib: 
"PUA-lar şəhərimizin və evimizin üzərində uçur. Onlardan biri texniki nasazlıq səbəbindən yerə düşsə, bu fiziki təhlükə yarada bilər. Heç kim bunun sıfır risk olduğunu iddia edə bilməz".
Problemin həllinə çalışmaq üçün "Nyu-Cersi Sirli PUA-lar" adlı "Facebook" qrupu yaradılıb. Burada 32 mindən çox üzv baş verənləri müzakirə edir. 
Bəzi amerikalılar isə onların yadplanetlilər olduğunu iddia edir. Bəziləri isə bu PUA-ların İrana aid olduğunu bildirir.
Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Dekabr 2024 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri