Amerikalıların 61% i Trampı bəyənmir
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
“Fox News”un ABŞ-da keçirdiyi yeni sorğuya əsasən, respondentlərin 60 faizi Vaşinqtonun İranla müharibəyə başlamasını yanlış qərar hesab edir.
Modern.az xəbər verir ki, sorğuya qatılanların 71 faizi Donald Tramp administrasiyasının İranla münaqişəni başa çatdırmaq üçün aydın strategiyaya malik olmadığını düşünür.
Bu fikri demokratların 95 faizi, müstəqil seçicilərin 83 faizi və respublikaçıların 43 faizi bölüşür.
Sorğunun nəticələrinə görə, respondentlərin 60 faizi ABŞ-ın İrana qarşı hərbi əməliyyata başlamasını səhv qərar adlandırıb, 37 faizi isə bu addımı dəstəkləyib. İyunda keçirilən əvvəlki sorğuda bu göstəricilər müvafiq olaraq 58 və 41 faiz olub.
Sorğu iştirakçılarının 47 faizi İranla münaqişənin uzunmüddətli perspektivdə ABŞ-ı daha az təhlükəsiz edəcəyini bildirib. Apreldə bu göstərici 39 faiz idi. Respondentlərin 32 faizi isə müharibənin ABŞ-ı daha təhlükəsiz edəcəyini düşünür.
Sorğuda Donald Trampın prezidentlik fəaliyyətini təsdiqləyənlərin payı 39 faiz, bəyənməyənlərin payı isə 61 faiz olub. Xarici siyasətlə bağlı fəaliyyətinə müsbət qiymət verənlərin göstəricisi isə 37 faizə düşüb.
“Fox News” sorğusu sentyabrın 11-14-də keçirilib. Araşdırmada ölkə üzrə seçici siyahısından təsadüfi seçilmiş 1211 qeydiyyatda olan seçici iştirak edib. Sorğunun ümumi nəticələri üzrə mümkün statistik xəta payı 3 faiz bəndidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 18 Sentyabr 2026 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















