Amerikanın Səsi nin əməkdaşları jurnalist deyil, hökumət işçilərdir
Icma.az, Azpost portalına istinadən məlumat yayır.
“”Amerikanın Səsi” radiosu prezidentin rəsmi siyasətini yürütməsə əməkdaşları işdən azad edilməlidir.
AzPost bildirir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Riçard Qrenell bəyan edib.
O, bildirib ki, “Amerikanın Səsi” radiosu ABŞ siyasətini təbliğ etmək üçün vergi ödəyiciləri tərəfindən maliyyələşdirilən bir alətdir.
“Onlar müstəqil jurnalistlər deyillər. Vergi ödəyiciləri tərəfindən maliyyələşdirilən ABŞ hökumətinin işçiləridirlər. Əgər rəsmi siyasəti irəli sürə bilmirlərsə, başqa yerdə iş tapmalıdırlar”, – deyə Qrenell deyib.
Bundan əvvəl “The New York Times” qəzeti Trampı tənqid edən məqalələrə görə nəşrin kadr araşdırmalarına başladığını, “Amerikanın səsi”nin tanınmış jurnalistlərindən biri Stiven Hermanın istintaq müddətində “uzadılmış məzuniyyətə” göndərildiyini bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 01 Mart 2025 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















