Icma.az
close
up
RU
Amid Vətən üçün doğulmuşdu ŞƏRH

Amid Vətən üçün doğulmuşdu ŞƏRH

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

4 oktyabr şəhid Amid Salayevin şəhadətinin 6-cı ildönümüdür
İkinci Qarabağ müharibəsində müqəddəs Vətən torpaqlarını yağı düşməndən azad etmək uğrunda Amid Yədulla oğlu Salayev qəhrəmancasına şəhid olanda ömrünün 18-ci baharına təzəcən qədəm qoymuşdu. Vətənsevərlik, el-obaya bağlılıq, yurda sədaqət lap kiçik yaşlarında onun qəlbinə hakim kəsilmişdi. Həyatı dərk edən gündən dünyaya göz açdığı Masallı rayonunun Sığdaş kəndində insanlar onun milli dəyərlərə sədaqətinə, etibarına, saflığına heyran idilər. Amidin ağıllı hərəkətləri onu yaşıdlardan çox-çox üstün göstərirdi. Ürəyi qurub-yaratmaq həvəsi ilə vururdu. O, həyatının mənasını, xoşbəxtliyini Vətəninə, xalqına bağlamışdı. Uşaq olsa da, erməni vandalların Azərbaycan torpaqlarına ədalətsiz təcavüzü onun bütün rahatlığını əlindən almışdı.
Bəli, çətin məqamda canını Vətən yolunda fəda edib xalqının qəlbində qəhrəmanlıq mücəssəməsinə dönən Amid Salayev 2020-ci ildə həqiqi hərbi xidmətə gedir. Və ən əsası əyninə əsgər paltarı geyinən gündən canından artıq sevdiyi müdriklər beşiyi, dahilər diyarı doğma Azərbaycana necə sədaqətli oğul olduğunu etdiyi nümunəvi xidməti ilə göstərir. Həmişə də əsgər yoldaşlarına deyir: ” Doğma qoynuna baş qoyduğumuz Ana Vətənin hər qarışı əzizdir, onun qorumaq biz oğulların ən müqəddəs borcudur.” Hərbi hissədə cəsurluğunu, çevikliyini görüb onu kəşfiyyat bölüyünə götürürlər. Vətən sevgisi igid əsgərə bütün təlimlərdə uğur gətirir, onu peşəkar hərbiçi səviyyəsinə qaldırır. Amid Vətəninə oğulluq borcunu layiqincə verdiyi zaman 27 sentyabr İkinci Qarabağ müharibəsi başlanır. O, Füzuli, Cəbrayıl istiqamətində gedən döyüşlərdə ön cəbhədə erməni faşistləri ilə ölüm-dirim savaşına girir. Bir neçə gün ərzində düşmənin çoxsaylı canlı qüvvəsini, saysız-hesabsız texnikasını məhv edir. Həmişə də Amid qalib gəlmək əzmi ilə müharibəyə atılır, göstərdiyi hünərlə sözün əsl mənasında tarix yazır. Erməni dığalarına vurduğu sarsıdıcı zərbələri hesabına 30 il işğal altında qalan Vətən torpaqları qarış-qarış azad olunur.
İgid əsgər Amid Füzulidə şəhidlik zirvəsinə ucalır. Son nəfəsinədək düşmənə qarşı mərdliklə döyüşür, Vətəninin şərəfini qorumaqla canını ona qurban verir.
Xalq öz igid oğlunu bir an belə unutmur. Hər yerdə, hər zaman onun adını uça tuturlar. Dövlət tərəfindən ölümündən sonra layiq görüldüyü “Vətən uğrunda” medalı da Amidin böyük rəşadətin, qəhrəmanlığın bariz nümunəsidir.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Oktyabr 2026 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see231

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see220

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see218

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see216

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see210

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see204

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see202

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see199

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see198

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see193

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see192

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see190

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see187

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see187

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see186

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see185

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see185

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see184

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see180

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri