Icma.az
close
up
RU
AMİP liderinin köməkçisi: Bu, hər iki tərəf üçün itkidir və bundan Moskva qazanacaq

AMİP liderinin köməkçisi: Bu, hər iki tərəf üçün itkidir və bundan Moskva qazanacaq

Icma.az, Mia.az saytına istinadən bildirir.

"Ağ Evdə prezident D.Tramp, vitse-prezident D.Vens və Dövlət Katibi M.Rubio ilə Ukrayna prezidenti V.Zelenski arasında gərgin keçən görüş hamılıqla qəbul olunmuş hüquq norma və prinsiplərinin, həmçinin diplomatik etiket və protokol qaydalarının deqradasiya uğaradılmasını çılpaqlığı ilə ortaya qoymuş oldu. Bu, həm də onu göstərdi ki, böyük dövlətlər və imperialist güclər əzici üstünlüyünü saxlamaq üçün hər şeyi tapdalamağa hazırdı və kobudcasına da bunu edir”.

Bu sözləri Mia.az-a açıqlamasında  AMİP liderinin köməkçisi Əli Orucov deyib.

Partiya funksionerinin sözlərinə görə, Donald Tramp və çevrəsi həmin görüşdə təkcə prezident Zelenskiyə, Ukrayna xalqına və dövlətinə qarşı nümayişkaranə surətdə kobud və hörmətsiz davaranış sərgiləməyib, həm də dünyaya meydan oxuyublar, haqqın-ədalətin yanında olmadıqlarını, heç bir dəyər tanımadıqlarını göstəriblər:

"Onsuz da ABŞ onun maraqlarına və istəkləkərinə baş əyməyən, öz dövlətlərinin maraqlarını qorumağa çalışan dövlətlərə və liderlərə qarşı təzyiq və şantaj metodundan həmişə istifadə edib. Dövlətlərarası rəsmi, qeyri-rəsmi görüşlərdə hədədliyici ritorikasını işə salab. Lakin bunlar diplomatik nəzakət qaydaları ilə maskalandırılıb. Publik olaraq bir çox hallrda nümayiş etdirilməyib. Görünür, indi nəzakətə və etiketə ehtiyac qalmayıb".

Əli Orucovun fikrincə, Tramp-Putin sövdələşməsinin Qərbsiz və Ukraynasız baş tutacağı onsz da proqnozlaşdırılmırdı: "ABŞ Ukraynadan təkcə 500 milyard dollarlıq təbii resurslar istəmirdi. ABŞ gözünü 10 trilyon dollar olan Ukraynanın zəngin faydalı torpaq qazıntılarına dikib. Həmçinin bütün gəlirləri Kiyevin əlindən almaqla, tam bir sömürgəçilik etmək istəyir və əvəzində də heç nə vermir. Tramp iddia edir ki, ABŞ tərəfindən Ukraynaya 350 milyard dollar xərclənib. Bu iddialar da əsassızdır. Əvvəla, o qədər vəsait Ukraynaya ayrılmayıb. Ayrılan vəsait də məhz ABŞ-ın özündə qalıb. Hərbi-Sənaye Kompleksinə yönəlib. Təbii ki, ABŞ prezidentinin tələblərinə nə Ukrayna, nə də onun Qərbli müttəfiqləri razılaşmayacaq. ABŞ-Ukrayana danışıqlarının fiaskoya uğraması hər iki tərəf üçün itkidir və bundan Moskva qazanacaq".

Həmsöhbətimiz bildirib ki, Qərbin təhlükəsizlik zəncirin vacib həlqəsi olan Ukraynanın kaputilyasiya edilməsi və yaxud bölünməsi ciddi fəsadlara yol açar və Moskvanın təhlükəli ambisiyalarının həyata keçirilməsinə yaşıl işiq yandırar: "Tram-Zelinski görüşündə baş verən xoşagəlməz hadisələr üzünü Qərbə çevirən və yaxud ABŞ-a güvənən, eyforiyaya qapılan dövlərlər və siyasi rəhbərlər üçün ciddi siqnal oldu. Hesab edirəm bundan sonra Qərb və ABŞ dəyərlərini fetişləndirən və idealist yanaşanlar düşüncələrində ciddi korrektələr edərək, öz xalqının taleyini və gələcəyini karata qoymayacaqdan çəkinəcəklər”.

Samir MUSAYEV

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://mia.az
archiveBu xəbər 03 Mart 2025 00:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see225

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see197

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see163

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see161

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see144

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see139

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see134

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see130

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see130

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see128

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri