Icma.az
close
up
RU
AMİP liderinin köməkçisi: Ünvanlı sosial yardımların şərtləri dəyişilməlidir, Aliment Fondunun yaradılmasına gəldikdə isə...

AMİP liderinin köməkçisi: Ünvanlı sosial yardımların şərtləri dəyişilməlidir, Aliment Fondunun yaradılmasına gəldikdə isə...

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Milli Məclisin İnsan hüquqları komitəsinin dünən keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsi”nin müzakirəsində boşanmalarla bağlı  Aliment Fondunun yaradılmasının saxta boşanmaları gücləndirəcəyi ahqda deputatların maraqlı çıxışları olub.

Cəmiyyətdə müzakirələrə yol açan bu və ya digər fikirlərlə bağlı Mia.az-a açıqlama verən AMİP liderinin köməkçisi Əli Orucov qeyd edib ki, ailə münasibətlərinə və boşanma hallarına konseptual yanaşılmalıdır:

“Ailə təkcə sosial deyil, strateji, hətta dövlətin gələcəyi üçün vacib institutdur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsində ailənin nə qədər önəm daşıdığı təsbit edilmiş və cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsində olması göstərilib. Adətən kiçik dövlət modeli kimi götürlən ailənin dayanıqlı və möhkəm olması üçün bir sıra şərtlər lazımdır ki, laxlanmalar, dağılmalar baş verməsin, yaxud da bu çox az olsun.

Azərbaycan kimi mühafizəkar cəmiyyətlərdə ailə dəyərləri daha çox adət-ənənələrinə, söykənsə də, müasirləşmə bu ənənəni sıxışdırmaqdadır. Xarici yad təsirlər, TV-lərdə nümayiş etdirilən filimlər, yaxud tok-şoular, bir sıra açıq-saçıq verilişlər ailə institutuna dağıdıcı təsir göstərməkdədir. Ailələrin dağılmasının və boşanmaların statistikasının günü-gündən artması həm də sosial problemlər və maddi sıxıntılarla bağlıdır. Evin dolanışığını və ailənin saxlanılmasını təmin edə bilməyən ər-arvad nəticədə prsixoloji gərginlik içərsində olur və bu qarşılıqlı suçlamalara, ailədaxili münaqişələrədək gedib çıxır. Təəssüflər olsun ki, dövlət də Konstitusiya ilə üzərinə götürdüyü öhdəlikdən boyun qaçıraraq ailəyə himayəçilik etmir, onun yükünü azaltmağa dəstək göstərmir, hər şeyi valideynlərinin boynuna qoyur".

“İlk növbədə ailənin dağılmasının və boşanmaların artmasına səbəb olan amilləri aradan qaldırılmasına çalışılmalıdır ki, bu tendensiya artan xətlə getməsin”, -deyən Əli Orucovun fikrincə, dövlət bunun üçün bəzi təxirəsalınmaz tədbirlər həyata keçirməlidir: "Aztəmainatlı ailələrə qayğı artırılmalı, verilən ünvanlı sosial yardımların şərtləri dəyişdirilməlidir. Heç bir yerdə rəsmi əmək müqaviləsi olmayan, lakin günamuzd, yaxud gəliri qeyri-sabit olan ailələrə də ünvanlı sosial yardımların ayrılması mexanizmləri yaradılmalıdır. Həmçinin uşaqpulu verilməlidir. Çoxuşaqlı ailələrin məktəblərdə oxuyan övladları geyimlə, məktəb ləvazimatları ilə təmin olunmalı, yaxud maddi yardımlar edilməlidir. Sovet təhsil sistemində bu təcrübədən istifadə olunurdu. TV-lərdə maarifləndirici və həvəsləndirici verlişlərə yer ayrılmalıdır. Biz həmişə olduğu kimi problemin səbəbini deyil, nəticəni müzakirə edib, ondan çıxış yolları axtarırıq”.

Təklif olunan Aliment Fondunun vacibliyinə toxunan partiya funksioneri hesab edir ki, bu variantlardan biri kimi nəzərdən keçirilə bilər: "Ancaq Azərbaycan reallıqlarını nəzərə alaraq fondun şəffaflığı və hesabatlılığı, həmçinin işləmə mexanizmi barədə suallar qaranlıq qalır. Millət Vəkili Z.Orucun bu barədə çıxşında həqiqət var, heç kim təminat verə bilməz ki, burda da hansısa sui-istifadə hallarına yol verilməyəcək. Məncə, paralel olaraq valideynlərin ailment öhdəlikləri barədə qanunvericilikdə bir qədər sərtləşməyə və konkretliyə ehtiyac var. Deputat Razi Nurullayev bildirir ki, aliment qadınlara boşanmaq üçün stimul verir. Bu yanaşma bəsit yanaşmadır. Hazırda bir uşağa yetkinlik yaşına çatmasınadək qanunvericiliklə daimi iş yeri olmayan valideynlərdən 246 manat sabit pul məbləğındə aliment tutulması nəzərdə tutulur. Bu məbləğlə uşaq saxlamağın nə qədər çətin olduğunu Razi bəy yəqin ki, bilməmiş deyil. Ən acınacaqlısı odur ki, valideynlərin çoxu heç həmin məbləği də ödəmirlər. Valideynlik borcunun həyata keçirilməsindən bilərəkdən yayınanlar da var. Boşanmalar zamanı əksərən uşaqlar ananın yanında qalır və uşaqlarını onlar təkbaşına böyütmək məcburiyyəti ilə üzləşirlər. Aliment barədə məhkəmələrin dövlət adından çıxardığı qətnamələrin böyük hissəsi Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası şöbələrində qalaqlanaraq icrasını gözləyir. Aliment tələb edən tələbkarlara da hər yerdə standart eyni cavab verilir, “borclu axtarışdadır”. Nə borclu tapılır, nə də alimenti tələbkar ala bilir. Mülki axtarış da illərlə sürür. Bu hal təkcə alimentlə bağlı deyil, digər hallar üzrə də xarakterikdir. Ümid edirəm ki, yeni nazir bu sahədə ciddi dönüş yaradacaq. Aliment borcunu ödəməməklə bağlı Cinayət və İnzibati qanunvericilikdə cəzalar nəzərdə tutulsa, yaxud axtarışla bağlı dəyişiklik edilərsə, aliment ödənişlərində indiki acınacaqlı durumu müəyyən qədər müsbət istiqamətə dəyişdirmək olar. Valideynlər də məsuliyyət hiss edərlər üzərlərində. Yaranmış vəziyyətin ciddiliyini və aktuallığını nəzərə alaraq ümid edirəm ki, həm parlamentarilərimiz, həm ombudsman həm də müvafiq qurumlar digər effektli həll yollarını axtarıb tapacaqlar. Çünki alimentlə bağlı minlərlə valideyn, ana-ata, on minlərlə uşaq illərlə iztirab və əzab çəkir. Azyaşlı uşaqlar psixoloji, mənəvi və fiziki travmlar alır. Dövlətə, onun qanunlarına, hakimiyyət orqanlarına inamı zədələyir. İlk növbədə sağlam ailə təməli gücləndirilməlidir ki, cəmiyyətimiz də daha sağlamlaşdırılsın və Azərbaycanın da gələcəyi həmin sağlam ailənin təməli üzərində davam etsin”.

Samir

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://mia.az
archiveBu xəbər 05 Mart 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see312

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see217

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see199

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see192

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see191

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see170

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see162

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see155

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see153

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see144

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see144

“Qarabağ” “Araz Naxçıvan”a qarşı

14 Dekabr 2025 11:06see131

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see129

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see129

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see128

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see125

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see125

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see123

“İnter Mayami” dünya çempionu heyətinə qatdı 15 milyona

14 Dekabr 2025 13:18see123

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri