Icma.az
close
up
RU
Amnistiyanın elan edilməsi təşəbbüsü humanizm və hüquqi dövlət prinsipinin təzahürü MƏQALƏ

Amnistiyanın elan edilməsi təşəbbüsü humanizm və hüquqi dövlət prinsipinin təzahürü MƏQALƏ

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının qorunması, cəmiyyətin humanist dəyərlər üzərində inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu baxımdan Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiya elan edilməsi təşəbbüsü xüsusi ictimai və hüquqi əhəmiyyət daşıyır. Sözügedən təşəbbüs ölkədə hüququn aliliyinin təmin olunması, sosial ədalət prinsiplərinin möhkəmləndirilməsi və cəmiyyətin sağlamlaşmasına yönəlmiş ardıcıl siyasətin növbəti nümunəsidir.Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin hüquqi əsasını təşkil edir. Suverenlik isə ölkənin daxili və xarici siyasətini müstəqil şəkildə müəyyən etmək, milli maraqları qorumaq və ərazi bütövlüyünü təmin etmək qabiliyyətidir. Xüsusilə son illərdə Azərbaycanın öz suveren hüquqlarını tam şəkildə bərpa etməsi bu anlayışların real məzmununu daha da gücləndirmişdir. “Konstitusiya və Suverenlik İli”nin elan edilməsi dövlətin hüquqi və siyasi əsaslarının möhkəmləndirilməsinə verilən strateji önəmin bariz ifadəsidir.Amnistiya institutu hüquqi baxımdan dövlətin humanist siyasətinin mühüm alətlərindən biridir. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən amnistiya aktları illər ərzində minlərlə insanın cəmiyyətə yenidən inteqrasiyasına, sosial adaptasiyasına və normal həyata qayıtmasına şərait yaratmışdır. Bu təşəbbüs cəzanın təkcə cəzalandırma deyil, həm də islah və tərbiyə məqsədi daşıdığını bir daha təsdiqləyir.“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi hüquqi dövlətin əsas prinsiplərindən olan mərhəmət, ədalət və fərdi yanaşma anlayışlarını ön plana çıxarır. Bu addım cəmiyyətə dövlətin vətəndaşa inamını, onun islah olunma potensialına verdiyi dəyəri nümayiş etdirir.Amnistiya qərarları təkcə hüquqi müstəvidə deyil, sosial baxımdan da mühüm nəticələr doğurur. Azadlığa buraxılan şəxslərin ailələrinə qovuşması, onların əmək fəaliyyətinə cəlb olunması və cəmiyyətə faydalı fərdlər kimi formalaşması sosial sabitliyə və ictimai həmrəyliyə töhfə verir. Eyni zamanda bu təşəbbüs penitensiar sistemin humanistləşdirilməsi və beynəlxalq hüquq normalarına uyğunlaşdırılması istiqamətində atılan ardıcıl addımların tərkib hissəsidir.Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən hüquq islahatları sistemli və davamlı xarakter daşıyır. Məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının etibarlı qorunması, cəza siyasətində diferensial yanaşmanın tətbiqi bu kursun əsas istiqamətlərindəndir. Amnistiya təşəbbüsü də bu strategiyanın mühüm elementlərindən biri kimi çıxış edir.Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü Azərbaycanın hüquqi, sosial və mənəvi dəyərlərinə söykənən dövlət siyasətinin parlaq nümunəsidir. Bu addım bir tərəfdən hüququn aliliyini və Konstitusiyanın üstünlüyünü təsdiqləyir, digər tərəfdən isə humanizm, mərhəmət və sosial ədalət prinsiplərinin dövlət idarəçiliyində prioritet olduğunu göstərir. Sözügedən təşəbbüs müasir Azərbaycan dövlətinin gücünün yalnız iqtisadi və hərbi deyil, eyni zamanda hüquqi və mənəvi əsaslara söykəndiyini bir daha sübut edir.

Jalə Əliyeva,
Millət Vəkili

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Dekabr 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see285

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see219

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see218

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see217

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see211

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see192

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see191

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see190

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see176

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see170

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see170

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see166

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see163

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see162

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see162

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see160

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see159

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see158

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see153

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri