Icma.az
close
up
RU
Amnistiyanın tətbiqində Baş Prokurorluğun rolu… ŞƏRH

Amnistiyanın tətbiqində Baş Prokurorluğun rolu… ŞƏRH

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, Milli Məclis Prezidentin təşəbbüsü ilə Amnistiya Aktı qəbul edəcək. 

20 min məhkumu əhatə edəcək Amnistiya Aktı 4 ay müddətində icra ediləcək. 

Gununsesi.info-nun xəbərinə görə, Baş Prokurorluğun sabiq idarə rəisi Nazir Bayramov bu prosesdə prokurorluq orqanlarının üzərinə düşən vəzifələrdən danışıb.

Onun sözlərinə görə, Baş Prokurorluq Amnistiyanın tətbiqi ilə bağlı proseslərdə iştirakı təcrübəsinin bəzi formaları qüvvədə olan qanunvericilik normalarına uyğun gəlmir:

“Təminatçısı Azərbaycan Respublikasının Prezidenti olan “məhkəmələrin (hakimlərin) müstəqilliyi” prinsipini pozur, potensial korrupsiya risklərinin qarşısını almır.

Belə ki, Baş Prokurorluğun internet səhifəsində https://genprosecutor.gov.az/az/page/prokurorluq/bas-prokurorlugun-struktur-qurumlari/cinayet-teqibinden-kenar-icraatlar-idaresi) göstərilir ki, “Cinayət təqibindən kənar icraatlar idarəsi”nin “vəzifə və funksiyalarına” (redaksiya olduğu kimi saxlanılıb) o cümlədən, “amnistiya aktı ilə müəyyən edildiyi halda müvafiq orqanlar tərəfindən amnistiya tətbiq edilərkən qərarların razılaşdırılmasında, həmçinin, həmin orqanların müraciətlərinə əsasən amnistiyanın tətbiq edilməsi məsələsinə məhkəmədə baxılmasında (…) iştirak etmək” aiddir.

Cinayət prosessual qanunvericiliyinə görə, amnistiya aktı normalarının tətbiqi üzrə “qərar” “məhkəmə” tərəfindən müstəqil qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 515-ci maddəsində (Maddə 515. Məhkumun barəsində amnistiyanın tətbiq edilməsi) bildirilir ki, “515.1. Cəza çəkən məhkumun barəsində amnistiyanın tətbiqi cəzanı icra edən müəssisə və ya orqan tərəfindən amnistiya aktının müddəalarına uyğun həyata keçirilir. 515.2. Amnistiya aktının tətbiq edilməməsi və ya düzgün tətbiq edilməməsi haqqında məhkumun ərizəsinə amnistiya aktı və cinayət qanununun müddəalarına müvafiq olaraq cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılır”.

Bu qərarların öncədən prokurorluqla və ya digər dövlət orqanı və qurumu ilə “razılaşdırılması” cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmamışdır. Bu norma Konstitusiyanın təsbit etdiyi prinsiplərə əsaslanır. Belə ki, Konstitusiyanın 127-ci maddəsində (Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri) bəyan edilir ki, “I. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. II. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. III. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir”.

Müvafiq proseslərdə prokuror iştirak edir, lakin onun səlahiyyəti yalnız prosessual qaydalara uyğun olaraq yekun sözündə məhkəməyə müraciətin təmin və ya rədd edilməsini təklif etməkdən ibarətdir.

Cinayət prosessual qanunvericiliyində (o cümlədən, amnistiyanın tətbiqi üzrə icraatlara aid qanunvericilik normalarında) “razılaşdırma” adlı bir prosedura nəzərdə tutulmamışdır.

CPM-nin 520.2.3-cü maddəsinə əsasən, prosesdə “prokuror” iştirak edir. Lakin onun iştirakının hüdud və formaları qanun normaları ilə müəyyən edilib. Belə ki, CPM-nin 520.6-cı maddəsində (Maddə 520. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında məsələlərə dair müraciətlərə məhkəmə iclasında baxılması) göstərilir ki, “Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında məsələlər üzrə məhkəmə iclası aşağıdakı ardıcıllıqla aparılır: (…) 520.6.5. prokuror öz yekun sözündə məhkəməyə müraciətin təmin və ya rədd edilməsini təklif edir”.

Konstitusiyanın 8-ci maddəsində (Maddə 8. Azərbaycan dövlətinin başçısı) vurğulanır ki, “IV. Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır”.

Fikrimizcə, bu hüquq tətbiqi prosesinin bu sahəsində prokurorluğun iştirakı təcrübəsi hakimlərin müstəqilliyi prinsipinə uyğun deyil və bu uyğunsuzluğun aradan qaldırılması, ən başlıcası isə bu yanlış təcrübənin prokurorluğun rəsmi internet səhifəsində yayılması məqsədə müvafiq deyil. Bu təcrübənin təbiəti və mexanizmi potensial korrupsiya risklərini istisna etmir”.

Afət Abbasova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:275
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 18 Dekabr 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see327

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see281

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see274

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see265

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see259

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see258

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see249

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see246

Olqa Buzova əməliyyatdan qalan izlərini gizlətdiyini açıqladı

20 Sentyabr 2026 05:14see223

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

20 Sentyabr 2026 05:14see217

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see217

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see215

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see207

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see205

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see190

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see190

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see183

Türkiyədə Kaşif Kozinoğlunun ölümü ilə bağlı daha 4 nəfər saxlanılıb

20 Sentyabr 2026 06:02see176

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see176

Qarabağda 3 867 sakin məşğulluğa cəlb edildi

20 Sentyabr 2026 13:28see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri