Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Amnistiyanın sevindirdiyi 15 min adam davamı olacaq

Amnistiyanın sevindirdiyi 15 min adam davamı olacaq

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Beş mindən çox məhkumun  azadlığa çıxması cəzaçəkmə müəssisələrinin yükünü azaldacaq

"Konstitusiya və Suverenlik İli" ilə əlaqədar verilmiş amnistiya aktı 15.119 şəxsə tətbiq edilib. Əfv olunanlardan 5.148 nəfəri müddətli həbs cəzasından, 8.914 nəfəri isə həbslə bağlı olmayan cəzalardan azad edilib. Bundan əlavə, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 1045 şəxsin cəzası altı ay azaldılıb. Daha 12 nəfər cinayət məsuliyyətindən (ədliyyə orqanlarının istintaq yurisdiksiyası altında) azad edilib.

İslah müəssisələrində cəza çəkənlərdən 15 nəfəri Böyük Vətən Müharibəsində iştirak etdiklərinə görə, 15 nəfəri isə əfv fərmanı verildiyi tarixə qədər 60 yaşına çatdıqlarına görə azadlığa buraxılıb. Əfv olunanlardan 1216-sı ciddi ictimai təhlükə törətməyən cinayətlər, 13054-ü az ağır cinayətlər, 849-u isə ağır cinayətlər törədib.

Əfv olunanlardan 14345-i kişi (18-i yetkinlik yaşına çatmayan) və 774-ü qadındır.

Əfvin tətbiqi davam edir.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, əfv sərəncamının 19 min 200 nəfərə şamil edilməsi nəzərdə tutulurdu: “Hazırda isə onlardan 15.119 şəxsə tətbiq edilib. Ədliyyə Nazirliyi və onun Penitensiar xidməti üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetiriblər və davam edirlər.

Məhkumların sayı nəzərdə tutulan limitdən artıq idi. Bu da təbii ki, həbsxanalarda nəzarət işinin çətinləşməsinə səbəb olurdu, həm də məhkumların qanunla onlara verilən hüquqları müəyyən qədər çətinliklə reallaşırdı. Məhkumlar konkret yer sayından çox olduqlarına görə onların şərait səviyyəsini gündəmdə saxlamaq asan olmurdu. Bu baxımdan amnistiya aktının olması vacib və gözlənilən idi. Əfv sərəncamının icrasının bitməsinə bir neçə ay var, amma göründüyü kimi, icranın böyük hissəsi yerinə yetirilib. Güman edirəm ki, yaxın vaxtlarda sərəncamın icrası yaxın vaxtlarda tamamlanacaq".

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev “Yeni Müsavat”a açıqlamasında deyib ki, 2 ay müddətinə amnistiya aktının 15.119 şəxsə tətbiq edilməsi icranın yüksək səviyyədə təşkilini göstərir: “Amnistiya aktının ən riskli məsələsi də məhz onun icrası idi. Bu baxımdan rəqəmlər də ortaya maraqlı məqamları çıxarır. Amnistiya yalnız azsaylı təhlükəsiz kateqoriyaya yox, qanunda nəzərdə tutlmuş geniş çevrəyə şamil olunub. Məhkəmə və icra qurumları arasında bu məsələdə çox yaxşı koordinasiya yaranıb. Nəticədə icra prosesi nəzərdə tutlan müddətə və daha tez həyata keçirilir. 

Amnistiya aktının icra xüsusiyyəti odur ki, fərdi qiymətləndirmə ilə aparılır. Yəni avtomatik mexanizm deyil. Məsələnin humanitar və sosial aspektinə də diqqət yetirək. 15 mindən artıq şəxsə tətbiq edilibsə, bu, 15 min ailə, sosial mühit deməkdir. 15 min şəxs yeni həyata başlayıb". 

Ə.Nuriyev bildirir ki, şəxs barəsində amnistiya aktı doğru tətbiq edilməzsə, onun şikayət vermə imkanı var: “Bu, amnistiya aktında nəzərdə tutulur. Ona görə də biz qarşıdakı müddətdə şikayətlərlə qarşılaşa bilərik. Ümumilikdə isə hazırkı şəraitdə amnistiya aktının belə icra olunması məsələyə peşəkar yanaşma, həm də bu aktın məsuliyyətlə icra olunmasını göstərir.  

5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad edilərək, azadlığa çıxması cəzaçəkmə müəssisələrinin yükünün azalmasına gətirib çıxarır.  Bu müəssisələrdə müəyyən bir sıxlıq var idi. Sıxlığın azalması həm məhkum axınının yüksək səviyyədə idarə edilməsinə, həm də məhkumlarla personal arasında münasibətlərin yaxşılaşmasına kömək edir. Yerlər azalırsa, yerdə qalan məhkumların saxlanma şəraiti də yaxşılaşacaq və intizamına müsbət təsir göstərəcək. Eyni zamanda məhkumlara dövlətin çəkdiyi xərc də azalır". 

Qeyd edək ki, Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə Milli Məclisə təqdim etdiyi amnistiya qərarının layihəsi əhatə dairəsinə görə Azərbaycanın müstəqillik dövründə ən genişmiqyaslı amnistiya sənədi kimi qiymətləndirilir. Amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Qeyd edək ki, indiyə kimi 13 amnistiya aktı qəbul edilib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:218
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Fevral 2026 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see309

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see277

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see276

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see257

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see251

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see239

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see232

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see229

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see223

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see217

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see207

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see201

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see196

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see190

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see189

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see184

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see182

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see173

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri