Icma.az
close
up
RU
Amnistiyanın icrası bitdi, mayda əfv gözləntisi

Amnistiyanın icrası bitdi, mayda əfv gözləntisi

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Amnistiyadan sonra əfv sərəncamının verilməsi hüquqi baxımdan məntiqsiz deyil, əksinə, bir çox hallarda bu iki mexanizm bir-birini tamamlayır, amma...

Azərbaycanda 13-cü amnistiya aktının icrası başa çatıb və bu akt 22 935 nəfəri əhatə edib. Ədliyyə Nazirliyindən bildirilib ki, qərarın icrası tam yekunlaşıb. Məlumata əsasən, 5 348 nəfər azadlıqdan məhrumetmə cəzasından tam azad edilib, 3 555 məhkumun cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılıb, 9 714 nəfərə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalar tətbiq edildiyindən onlar amnistiyaya düşüb. 

Bəllidir ki,  amnistiya sadəcə hüquqi qərar deyil - bu, dövlətin cəmiyyətə verdiyi çoxqatlı mesajdır. Birincisi, bu addım humanizm və “ikinci şans” ideyasının gücləndirilməsi kimi təqdim olunur. İkincisi, rəqəmlər diqqət çəkir: 22 mindən çox insanın əhatə olunması həm hüquq-mühafizə sisteminə, həm də cəmiyyətə ciddi təsir edir. Bu qədər insanın eyni anda cəmiyyətə reinteqrasiyası sosial adaptasiya mexanizmlərinin nə qədər effektiv olduğunu test edəcək.

Bu amnistiya həm sosial yumşalma addımıdır, həm də siyasi və ideoloji kontekstdə təqdim olunan güclü mesajdır. Onun real nəticələri isə əsasən yaxın 1-2 ildə bu şəxslərin cəmiyyətə necə inteqrasiya olunacağından asılı olacaq.

Minlərlə məhkumun azadlığa buraxılması və ya cəzasının yüngülləşdirilməsi cəmiyyətdə yeni bir sualı aktuallaşdırıb: növbəti addım nə olacaq - may ayında əfv sərəncamı gözlənilirmi?

Ənənəvi olaraq Azərbaycanda əfv sərəncamları müəyyən əlamətdar tarixlər ərəfəsində imzalanır. Xüsusilə yaz ayları, bayramlar və siyasi-humanitar gündəlik bu qərarların verilməsində mühüm rol oynayır. Bu baxımdan may ayı da istisna deyil və ictimai gözləntilər artıq formalaşmağa başlayıb.

Amnistiya ilə əfv arasında fərq isə prinsipialdır. Amnistiya parlament tərəfindən qəbul edilən və geniş kütləni əhatə edən hüquqi aktdır. Əfv isə fərdi xarakter daşıyır və konkret şəxslərə şamil olunur. Bu səbəbdən amnistiyadan sonra əfv sərəncamının verilməsi hüquqi baxımdan məntiqsiz deyil, əksinə, bir çox hallarda bu iki mexanizm bir-birini tamamlayır.

Hazırkı vəziyyətdə əsas müzakirə mövzusu budur: amnistiya ilə əhatə olunmayan şəxslər üçün yeni bir humanist addım atılacaqmı? Xüsusilə ağır maddələrlə məhkum olunmuş, lakin müəyyən meyarlara cavab verən şəxslərin əfv siyahısına düşə biləcəyi ehtimalı diqqət mərkəzindədir.

Hələlik rəsmi açıqlama yoxdur. Lakin əvvəlki illərin təcrübəsi göstərir ki, amnistiyadan sonra əfv qərarının verilməsi ehtimalı heç də az deyil. İndi isə diqqətlər may ayına yönəlib: yeni bir “ikinci şans” dalğası gəlirmi, yoxsa bu mərhələ bununla yekunlaşır?

Bu sualın cavabı yaxın həftələrdə aydınlaşacaq. Amma artıq indidən bəllidir ki, cəmiyyət növbəti qərarı gözləyir.

Mövzu ilə bağlı Demokratiya və İnsan Hüquqları komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a danışıb. Hüquq müdafiəçisi qeyd edib ki, sonuncu amnistiya aktı həm əhatə dairəsinə, həm də humanist mahiyyətinə görə əvvəlki illərdə qəbul edilmiş analoji qərarlarla müqayisədə daha geniş və daha əhatəli xarakter daşıyıb: “Belə ki, bu aktın 20 mindən artıq şəxsə şamil ediləcəyi proqnozlaşdırılırdı və yekunda məlum oldu ki, amnistiya ümumilikdə 22 min 935 nəfəri əhatə edib. Bu isə onu göstərir ki, qəbul edilmiş qərar yalnız hüquqi deyil, eyni zamanda sosial-humanitar baxımdan da olduqca mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, ölkədə cəzaçəkmə müəssisələrində müəyyən sıxlıq mövcuddur və eyni zamanda cinayət törədən şəxslərin sayında artım müşahidə olunur. Hüquq-mühafizə orqanları törədilmiş cinayətlərin qarşısının alınması və günahkar şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində qətiyyətli addımlar atır, onları operativ şəkildə ifşa edərək həbs edir və müvafiq cəzaçəkmə müəssisələrinə göndərir. Bu baxımdan amnistiya aktının qəbul edilməsi həm hüquqi sistemin balanslaşdırılması, həm də cəzaçəkmə müəssisələrindəki yüklənmənin azaldılması baxımından olduqca vacib addım idi”.

Ç.Qənizadə  qeyd etdi ki, bu amnistiya nəticəsində təxminən 5 minə yaxın şəxs cəzaçəkmə müəssisələrindən azad olunub. Bununla yanaşı, digər kateqoriyadan olan şəxslər - yəni cəzaları azaldılanlar, məntəqə tipli cəzaçəkmə müəssisələrində saxlanılanlar, istintaq altında olanlar və məhkəmə prosesləri davam edən şəxslər də bu aktın təsir dairəsinə daxil ediliblər: “Bu isə amnistiyanın yalnız məhkum olunmuş şəxslərlə məhdudlaşmadığını, həm də istintaq və məhkəmə mərhələsində olan işlərə şamil edildiyini göstərir. Belə geniş spektrli yanaşma isə amnistiya aktının nə qədər əhatəli və sistemli hazırlandığını bir daha təsdiqləyir.

Hazırda isə cəmiyyətdə və xüsusilə hüquq müdafiəçiləri arasında tez-tez belə bir sual səslənir: növbəti humanist addım nə olacaq? Cəzaçəkmə müəssisələrində aparılan mütəmadi monitorinqlər zamanı həm məhkumlar, həm də onların yaxınları tərəfindən tez-tez bu məsələ ilə bağlı suallar verilir. Onları maraqlandıran əsas məsələ isə növbəti əfv sərəncamının nə vaxt verilə biləcəyi ilə bağlıdır. Qeyd edək ki, Azərbaycan cəmiyyətində artıq müəyyən ənənə formalaşıb - belə ki, əlamətdar günlərdə ölkə Prezidenti tərəfindən əfv sərəncamlarının imzalanması halları tez-tez müşahidə olunub. Ümumilikdə bu günə qədər 65-dən artıq əfv sərəncamı imzalanıb və xüsusilə may ayı - Ulu öndərin doğum günü və 28 May Müstəqillik Günü kimi əlamətdar tarixlərdə belə qərarların verilməsi ehtimalı hər zaman müzakirə mövzusu olub".

Çingiz Qənizadənin qənaətinə görə, bu qədər genişmiqyaslı amnistiya aktından dərhal sonra yeni bir əfv sərəncamının verilməsi ehtimalı o qədər də yüksək görünmür: “Çünki ardıcıl şəkildə həm amnistiya, həm də əfv aktlarının verilməsi cəza siyasətində müəyyən balansın pozulması kimi qiymətləndirilə bilər. Dövlət siyasətində hər addımın öz zamanı və zərurəti olmalıdır.

Xüsusilə nəzərə alsaq ki, amnistiya aktının icrası cəmi bir neçə gün əvvəl - 19 aprel tarixində başa çatıb, bu halda qısa müddət ərzində yeni bir əfv sərəncamının verilməsi real görünmür. Bundan əlavə, adətən əfv sərəncamlarının hazırlanması prosesi müəyyən zaman tələb edir. Əfv Komissiyası əvvəlcədən fəaliyyətə başlayır, müraciətlər toplanır, siyahılar hazırlanır və geniş müzakirələr aparılır. Lakin hazırda belə bir prosesin getdiyi müşahidə olunmur və may ayının başlanmasına da artıq sayılı günlər qalıb.

Bu səbəbdən hesab etmək olar ki, bu ilin may ayında əfv sərəncamının imzalanması ehtimalı aşağıdır. Bununla belə, unudulmamalıdır ki, əfv sərəncamı vermək Azərbaycan Prezidentinin konstitusion hüququdur və bu qərar istənilən vaxt qəbul edilə bilər. Dövlət başçısı istər fərdi qaydada bir neçə nəfərə, istərsə də geniş siyahı üzrə yüzlərlə şəxsə şamil edilən əfv sərəncamı imzalaya bilər".

Çingiz Qənizadə sonda vurğulayıb ki, ümumilikdə gözləntilər daha çox ilin sonuna, xüsusilə 31 dekabr, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsinə yönəlir: “Əvvəlki illərin təcrübəsi də göstərir ki, məhz bu tarixdə daha genişmiqyaslı əfv sərəncamlarının verilməsi ehtimalı yüksək olur. Bu baxımdan ümid etmək olar ki, ilin sonunda növbəti böyük humanist addım atılacaq və bir sıra şəxslər azadlığa qovuşacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Aprel 2026 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri