Amorim hazırda titul qazanmağı önəmli saymır
Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim hazırkı mövsüm üçün hədəflərindən danışıb.
QOL.az insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, mütəxəssis deyib:
"İnsanlar Avropa Liqasına qalib gələ biləcəyimiz unikal turnir kimi baxır. Həmçinin bunu Çempionlar Liqasına vəsiqə qazanmaqla əlaqələndirirlər. Amma düzünü desəm, düşünürəm ki, biz daha böyük şeylər haqda düşünməliyik. Bilirəm ki, qəribə səslənir, amma biz burada nəyisə qurmaq istəyirik. Bu, hazırkı durumda titul qazanmaqdan daha önəmlidir".
Qeyd edək ki, "Mançester Yunayted" Avropa Liqasının 1/8 final mərhələsində "Real Sosyedad"la qarşılaşacaq. Sözügedən matç sabah, Bakı vaxtı ilə 21:45-də başlayacaq.
Baxış sayı:65
Bu xəbər 05 Mart 2025 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















