Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Milan”ın baş məşqçisi Ruben Amorimin komandadakı gələcəyi sual altında düşüb.
QOL.az xəbər verir ki, "Goal" nəşrinin məlumatımna görə, portuqaliyalı mütəxəssis A Seriyasında ilk 5 oyununda 3 qələbə və 2 heç-heçə əldə edib. Komanda bu nəticələrlə məğlubiyyətsiz irəliləyir və turnir cədvəlində ilk üçlükdə qərarlaşan komandalarla birlikdə uduzmayan 4 klubdan biridir.
Bununla yanaşı, Amorimin mövqeyi ilə bağlı şübhələr aradan qalxmayıb. Mütəxəssisə qarşı narazılıq xüsusilə “Benfika” ilə Avropa Liqasındakı ağır məğlubiyyətdən sonra artıb. Həmin görüşdə “Milan” azarkeşləri San-Siroda komandanı fitə basıblar. Bu qarşılaşmanı tribunadan izləyən Antonio Konte də fanatların diqqət mərkəzində olub və onun “Milan”a mümkün gəlişi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.
Qeyd olunur ki, “Leççe” üzərində qələbə isə “Milan” düşərgəsində və Amorimə münasibətdə vəziyyəti bir qədər yaxşılaşdırıb. Portuqaliyalı baş məşqçi milli komandaların oyunları ilə bağlı fasilədən sonra şübhə ilə yanaşan azarkeşləri özünə inandırmağa çalışacaq.
Baxış sayı:105
Bu xəbər 04 Oktyabr 2026 21:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















