Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 8 iyun, AZƏRTAC
Amsterdamda Ey çayı üzərində tikilməsi planlaşdırılan “Oostbrug” (“Şərq Körpüsü”) körpüsünün layihəsinin dəyəri azı 650 milyon avroya çatıb.
AZƏRTAC xəbər verir ki, “De Telegraaf” qəzetinin məlumatına görə, bu məbləğ əvvəlki hesablamalardan yüz milyonlarla avro çoxdur. Layihə üzrə maliyyə çatışmazlığı 100–300 milyon avro arasında qiymətləndirilir. Artan xərclərə baxmayaraq, şəhər rəhbərliyi körpünün inşasını davam etdirmək niyyətindədir.
Xərclərin yüksəlməsi ərazinin geoloji xüsusiyyətləri və obyektin gəmilərin keçidinə maneə yaratmaması tələbi ilə əlaqələndirilir. Layihənin həyata keçirilməsi üçün Niderland hökumətinin maliyyə dəstəyi tələb olunur.
Bu mövzuda digər xəbərlər:Neftçalada Kür çayı üzərində yeni körpü tikiləcək FOTO
26 Sentyabr 2025 07:05
Xəyyam Amsterdamda Fotolar
29 Oktyabr 2025 09:23
Taleh xanımı ilə Amsterdamda
01 Aprel 2025 15:12
Amsterdamda avtomobildə partlayış olub
03 Aprel 2025 18:26
23 ildir Amsterdamda yaşayır
21 İyun 2025 14:08
Baxış sayı:62
Bu xəbər 08 İyun 2026 18:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















