Türkiyədə seriallarla bağlı mühüm qərar gözlənilir
Icma.az, Axsham.az portalına istinadən məlumat verir.
Türkiyədə serialların efir müddətinin qısaldılması ilə bağlı ortaq qərar gözlənilir.
Axşam.az xəbər verir ki, reklam böhranının dərinləşməsindən sonra televiziya kanalları serialların büdcəsini azaltmaq üçün hərəkətə keçib. Bu məqsədlə prodüser şirkətlərindən qiymətləri aşağı salmaq tələb olunub.
Prodüser şirkətləri isə 140 dəqiqəlik serialların müddətinin 110 dəqiqəyə endirilməsini təklif edib. Bununla da beşinci reklam fasiləsinə və əlavə çəkiliş heyətinin cəlb olunmasına ehtiyac qalmayacağı bildirilib. Lakin məsələ ilə bağlı hələlik yekun qərar verilməyib.
Digər tərəfdən, kanallarının nümayəndələri və prodüserlər Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyla Sultanahmetdə görüşüblər. Tərəflər yaşanan böhranın həlli yollarını müzakirə ediblər.
Baxış sayı:123
Bu xəbər 15 Noyabr 2026 10:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















