Icma.az
close
up
RU
Ana dili milli kimliyimizin rəmzidir Deputat yazır

Ana dili milli kimliyimizin rəmzidir Deputat yazır

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Hər bir xalqın və millətin varlığı ana dili amili ilə sıx bağlıdır. Doğma dilini qorumayan millət və ya hər hansı etnik qrup gec-tez assimilyasiyaya məruz qalmağa məhkumdur. Ona görə də, dil həm varlğımızın, həm də milli kimliyimizin rəmzidir.

Hazırda dünya ictimaiyyəti Beynəlxalq Ana Dili Günü ərəfəsindədir. Belə ki, hər il fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır.

Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il qeyd olunan Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.

Çoxdilli və çoxmədəniyyətli cəmiyyətlər yerli dilləri ənənəvi biliklərin və mədəni irsin ötürülməsi üçün vasitə kimi qoruyub saxlamaqla inkişaf edir. Bununla belə daha çox dil yoxa çıxdığından dil müxtəlifliyi təhlükə altındadır. Hazırda dünya əhalisinin 40 faizinin öz danışdığı və ya başa düşdüyü dildə təhsil almaq imkanı yoxdur, bəzi regionlarda bu rəqəm 90 faizə çatır. Tədqiqatlar təhsildə ana dilindən istifadənin öyrənmə nəticələrinin yaxşılaşdırılması, özünəhörmətin artması və tənqidi düşünmə bacarıqlarının inkişafı kimi faydalarını nümayiş etdirir. Bu yanaşma həm də biliklərin nəsillər arasında ötürülməsinə və doğma mədəniyyətin qorunub saxlanmasına öz töhfəsini verir. Çoxdilli təhsil siyasəti inklüziv təhsil və yerli dillərin qorunması üçün çox vacibdir. Təlimin şagirdin ana dilində başlaması və tədricən başqa dillərin tətbiqi ev və məktəb arasında maneəni aradan qaldırmağa kömək edə bilər. Ana dilinə əsaslanan çoxdilli təhsil qeyri-dominant, azlıq və yerli dillərdə danışan əhali üçün öyrənməyə çıxışı və onlara daxil olmağı asanlaşdırır.

Ümumiyyətlə, bu gün dünyada 7000-ə yaxın dil var və müxtəlif təşkilatların məlumatlarına görə, onların 45 faizi təhlükə altındadır. Təhsil sistemlərində və hökumətdə yalnız bir neçə yüz dil mühüm rol oynayır, rəqəmsal dünyada isə yüzdən az dildən istifadə olunur. Çoxdilli və multikultural cəmiyyətlər ənənəvi bilik və mədəniyyətləri davamlı şəkildə ötürən və qoruyan dillərə görə mövcuddur.

Azərbaycanda dövlət səviyyəsində ana dilimizə böyük qayğı var. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması dilimizin gözəl bilicisi Ulu Öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Bu siyasətin əsası hələ sovetlər dönəmində - 1969-cu ildə qoyulub. Belə ki,  Heydər Əliyev sovetlər dönəmində rus dilinin dövlət dili statusunda olduğu zaman Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) 50 illik yubileyində Azərbaycan dilində çıxış edib. Az keçməmiş bu dil dövlət əhəmiyyətli tədbirlərə də yol açıb. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli hadisə olub.

Ulu öndərimizin ana dilimizə qayğısı müstəqillik dövründə daha böyük vüsət alıb. 1995-ci ildə qəbul edilmiş ilk milli Konstitusiyamızda Azərbaycan dili dövlət dili kimi təsbit olunub. Ulu öndərimizin müvafiq fərmanı ilə 2001-ci il avqustun 1-dən Azərbaycanda latın qrafikalı əlifbaya tam keçid reallaşıb. Eləcə də, o zamandan 1 avqust ölkəmizdə Ana Dili və Əlifba günü kimi qeyd edilir.  2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi dilimizin dövlət dili kimi işlədilməsi, tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olub. Bu sənəd Ümummilli Lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. 

Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamları, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı və bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.

Milli Məclisin deputatı Samir Vəliyev 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://unikal.az
archiveBu xəbər 20 Fevral 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri