Icma.az
close
up
RU
Ana dili və intellektual məsuliyyət So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Ana dili və intellektual məsuliyyət So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Icma.az, 525.az saytına istinadən bildirir.

Etibar Əliyev, fəlsəfə üzrə fəlsəfə doktoru:

- Professor Rəhman Bədəlov bizi tərk etdi. Mütəfəkkir. Filosof. Zahid. Maarifçi.

Bütün yazıları, kitabları və çıxışları göstərir ki, Rəhman Bədəlov üçün fikir - yaşamaq üçün nəfəsdir. Bəli, o, XX və XXI əsrin nəhəng fikir adamlarından biridir. Antik fəlsəfənin ən mükəmməl bilicilərindən biri idi. Onu Həsən bəy Zərdabi şəxsiyyəti dərindən düşündürürdü. Və Azərbaycanın maarifçi oğlu Zərdabinin tədqiqatçısı idi. Yazdığı "Çelovek iz Zardoba" kitabı Həsən bəyin mükəmməl bioqrafiyasıdır.

   3 cildlik fundamental "Qadın və kişi" fəlsəfi traktatından sonra yazdığı maraqlı kitablardan biri "Mənim paydeyam" adlanır. Yunan sözü olan "paydeya" ("pais" - uşaq) "dəyişdirmə" mənasını bildirir. Əsər klassik təhsil-tərbiyə mövzusunun fəlsəfəsidir.

Fəlsəfə İnstitutunda işlədiyimiz dövrlərdə onun söhbətləri heç vaxt yaddan çıxmaz.

Sokrat ölümqabağı demişdi: "Ölümdən qorxmaq lazım deyil. Ölüm ya yuxu görmədən yuxudur, ya da başqa dünyadakı bir həyatdır. Orada mən Orfey, Muza, Hessoid və Homerlə maneəsiz söhbət edəcəyəm. Bir şeyi dəqiq bilirəm ki, orada insanları sual verdiyinə görə öldürməyəcəklər".

Professor Rəhman Bədəlov ən yüksək dəyər verdiyi Həsən bəy Zərdabi ilə görüşə getdi...

Allah Rəhmət eləsin...

İlkin Rüstəmzadə, ictimai fəal:

- Uşaq vaxtı elə bilirdim, "Bəxt üzüyü" komediya filmidir. Sonra böyüdüm və o filmin içindəki ağır dramı, faciəni gördüm.

"Bəxt üzüyü" mənə görə Azərbaycan kinosunun zirvəsidir. Ən nəhəng, sənət dəyəri baxımından ən yüksəkdə duran filmimizdir.

Və tam səmimi deyirəm, ən azı "Mandarini", "Tam e'guilas", "Time of Gypsies" səviyyəsində qlobal standartlarda çəkilən filmdir.

Rejissor işi möhtəşəmdir. Musiqi və kamera da idealdır. Ssenari isə, sadəcə şahəsər!

Sadəcə, Azərbaycan kinematoqrafiyası dünya üçün küncdə-bucaqda qalmış bir nöqtə olduğundan, bu film dünyada layiq olduğu diqqəti çəkməyib.

Amma əminəm ki, bir gün layiq olduğu dəyəri alacaq.

Fərid Pərdəşünas, texnobloger:

- Elon Mask "Amerika" siyasi partiyasını qurduğunu elan etdi. Tramp isə Elonun şirkətlərinə olan subsidiyaları kəsib, onu Cənubi Afrikaya deportasiya etmək haqqında düşünür.

Çünki indiki konstitusiya ilə Mask prezident ola bilməz. Amerika prezidenti Amerikada anadan olmalıdır. Elon Mask isə Cənubi Afrikada doğulub.

İstənilən halda Elon Maska böyük rəğbət düşür. Bayden kimi güclü administrasiyaya qarşı çıxdı. Trampı prezident etmək üçün hər şey etdi. İndi isə ona qarşıdır. Çünki özünə görə doğruları var. Ola bilər bu mübarizədə qələbə qazanmayacaq, mümkünsüz görünür, amma bütün hissələrinin, səhmlərinin düşməsini gözə alıb belə qərarlar verə bilmək böyük ambisiya tələb edir.

Sahilə Yaya, jurnalist:

- Şəhərdə yas mərasimlərimizin formatı bərbaddır. Yasda yemək yeyilmə məntiqini anlamıram. Son dövrlər getdiyim yaslarda yemək yemirəm. Müştərisi olmayan restorandan düzəldilmiş mərasim evlərində mərhumların şəkli də olmur. Yaxınına görə getdiyim mərasimdə baxa-baxa qalıram ki, kimin dünyasını dəyişdiyini anlayım. O gün bir məclisdə adamlar mərhumun feysbuk profilini axtarırdı ki, şəklini tapsın. Bir də mənim yasımda o molla qadınlar danışsa, dirilib təzədən ölərəm, hamıya demişəm. İstəmirəm o qadınları. Yığışdırın yemək-içməyi, istəyən gəlsin təsəllisini versin. Maksimum halva ilə çayını içsin getsin.

Zümrüd Dadaşzadə, Əməkdar incəsənət xadimi:

- Hələ də dünənki konsertin - Arif Məlikovun 6-cı simfoniyasının təsiri altında... Bilənlər bilir - bilməyənlər isə agah olsun ki, mənim əsas tədqiqatım Azərbaycan simfonizminə həsr olunub. Çox uzun və əziyyətli bir yol keçdim müdafiəyə qədər. Tədqiqatın strukturunu heç cür qura bilmirdim. Amma mənə yardım edən  bəstəkarların əsərləri oldu - A.Məlikov, A.Əlizadə, F.Qarayev, R.Həsənovanın fərqli simfoniyaları - konsepsiyaca, dramaturgiyaca fərqli. Onlara minnətdarlığım sonsuz. Arif müəllimin  simfoniyasının təhlilinə açar isə "Musiqidə teatrallıq" tədqiqatı ilə tanışlıq oldu. Məhz teatrallıq  prizmasından mən bu simfoniyanın araşdırmasını gerçəkləşdirdim... artıq yazmışdım ki, əsərin 1985-ci il premyerasında - bəstəkarların VI qurultayında premyerasında olmuşdum. O qurultayda NECƏ əsərlər ifa olundu! Məsələn, A.Əlizadənin III simfoniyası, F.Qarayevin "1789"u... Bir həftə konsertlər - az qala 3 proqram  gündə... Arif müəllimin "Təzadlar"ının təsiri xüsusi idi. Və son diskussiyada hamı - ilk olaraq qonaqlar - bu simfoniyanın konseptual və dramaturji qüvvəsini qeyd etdi... O zaman axı simfoniya artıq böhran yaşayırdı. Amma Arif müəllim bizi fəal, düşünən İnsanla görüşdürdü və simfoniyanın bir janr kimi hələ imkanlarının geniş olduğunu inandırıcı sərgilədi... Başqa sözlə, bu simfoniyada janrın  nüvəsi - fəaliyyət və meditasiya reallaşdırılmış oldu.

Aqşin Yenisey, şair:

- Ən əziz dostlarımdan biri Vüsal Məmmədovla rus dilində təhsil mövzusunda polemikamızı davam edək.

Rus dilinə qarşı necə yaranır bu "ana dili" sevgisi?

İnsan özünü və dünyanı hansı dildə tanımağa başlayırsa, intellektual həzz duyğusu da o dil vasitəsilə yaranır və bu həzz duyğusu həmin dildən asılılıq yaradır.

Buna görə işi bilən dilçilər iddia edirlər ki, uşaq ibtidai təhsili öz ana dilində almalıdır. İlkin intellektual həzzi öz ana dilində yaşamalıdır ki, öz dilinə qarşı asılılıq yaransın.

İnsan dili sevmir, bu, padosdur, populuzmdur! İnsandakı dil sevgisi asılılıqdır, düşkünlükdür və tamamilə beynin istəklərinə bağlı bir məsələdir, iradə işi deyil. Eynən içki, narkotik, qumar, seks asılılığı kimi.

Çətin də olsa, qəbul edirəm ki, müstəmləkə illərində rus dili bütün post-sovet ölkələri üçün bilgi dili, intellektaul dil olub, bu üstünlük qəsdən yaradılıb və digər dillərə qarşı qısqırdılıb.

Türk, özbək, qırğız və s. dillər məişətə sıxışdırılıb. Sovet elitası intellektual həzzi rus dilində yaşayıb, öz ana dilinə xeyir-şər dili kimi baxıb. Bozbaşı öz dilində yeyib, Kantı rusca oxuyub. İntellektual ehtiyacı rus dilində ödəmək vərdişə çevrilib. Azərbaycan dilinin bu gün folklorik bir dil səviyyəsində ilişib qalmasının səbəbi də vətəndaşlarımızın rus dilinə arxayınlığıdır. Və bəzi azərbaycanlılar anlamaq istəmir ki, onlar intellektual həzz alır deyə rus dilində təhsili qoruyub saxlasaq, öz dilimiz inkişaf etməyəcək. Çünki özünün yaşadığı intelletual həzzi övladı da alsın deyə valideynlər uşaqlarına rus dilində təhsil verməyə üstünlük verəcəklər. Ana dilində doğulub böyüyənlər yenə qara fəhlə olacaqlar, "çuşka" olacaqlar. Eynən rus müstəmləkəsi zamanı olduğu kimi.

Mənim rus dilində təhsilə qarşı çıxmağımın heç bir siyasi, şəxsi, millətçi səbəbi yoxdur. Mən yalnız intellektual məsuliyyətin öz dilimizin üzərinə qoyulması üçün qoşuluram bu mübahisələrə.

Dilimizin də müstəqilliyini təmin etməliyik ki, öz problemlərinin öhdəsindən özü gəlməyi öyrənsin.

Rus dilində təhsilin varlığı o deməkdir ki, Azərbaycan dili hələ azad dil deyil, müstəmləkə dövrünün dildir. Kasıb-kusubun dilidir. "Çuşkaların" dilidir.

Onunla Kantı oxumaq olmaz, onunla ancaq bozbaş yemək olar.

Belə bir dil öz vətəndaşında heç vaxt intelletual həzz duyğusu yarada və yaşada bilməz!

İbrahim Nəbioğlu, jurnalist:

- NİHAT GENÇ və onun LAÇINI

18 may 1992, Ankara.

Nihat Genç evdə, iş otağında yazı yazır.

Yan otaqdan iniltili səslər eşidir.

Həyat yoldaşının doğum sancıları başladığını anlayır.

Küçədən keçən ilk taksiyə minib, təlaş içində xəstəxanaya yetişməyə çalışırlar.

Girişdə qadını xərəyə qoyub sürətlə doğum şöbəsinə daşıyırlar.

Nihat Genç isə girişdəki qeydiyyat şöbəsinə sənədləri təqdim edir.

Birdən tavandan asılan televizordan Bakıya ezam olunmuş müxbirin titrəyən səsi gəlir:

"Laçın erməni silahlı birliklərinin əlinə keçdi".

Laçın işğal edilir...

5-10 dəqiqə sonra "Nihat Bey, oğlunuz oldu".

Belə nəql edirlər ki, xəbəri eşidən Nihat Genç ona xas titrək səsi ilə "Laçın, Laçın, oğlum Laçın" deyə sanki sayıqlayırmış...

Bu hadisəni mənə Nihat Bəyin xanımının məktəb yoldaşı danışmışdı.

Çox təsirlənmişdim eşidəndə.

Yazmaq istədim, amma Nihat Bəy ağır vəziyyətdə idi.

O axşam onun entübe olduğunu öyrəndim.

Anladım ki, vədəsinin bitməsinə az qalıb...

Bu gün 4 iyul 2025 tarixində həyatını Türklüyə həsr etmiş Usta qələm sahibi və böyük mübarizə adamı Nihat Genç əbədiyyətə yürüdü...

Ankaranın mərkəzində, Kavaklıdere adlanan səmtdə yamyaşıl ağaçların altında uzunluğu 100-150 metr olan Budak adlanan bir küçə (sokak) var. Burada, 6 nömrəli binada küçənin adı və nömrəsindən yaradılan "Budakaltı" adında gözəl bir kafe vardı. Oraya əsasən Ankarada akkreditasiya olmuş xarici jurnalistlər toplanardılar. Həftənin 3-4 gününü tək yaşadığım illərdə axşamları oraya toplanar, həm yazılarımı yazar, həm də həmkarlarla Dünyanı, Türkiyəni, futbolu müzakirə edərdik.

Bir gün Nihat Bəyi "Budakaltı"ya yeməyə dəvət elədim. Kafedə masalar bir-birinə yaxındı. Biz nə danışırdıqsa, yan tərəfdə oturan iki fransız jurnalisti eşidirdilər. Nihat Genç yenə də odlu-alovlu danışır, Atatürkdən, Azərbaycandan danışanda qəhərlənir, gözləri dolur, siqareti siqaretə calayırdı.

Fransız müxbir qızı tanıyırdım, mənim operatorsuz olduğumu görüb, yardımını təklif etdi. Fransız operatorda bircə dənə iyirmilik "Betecam" kaset vardı. Nihat Bey qan-qan deyirdi, Qarabağı ancaq savaşla almaq lazımdır deyə çox tutarlı və məntiqli fikirlər söyləyirdi...

İyirmi dəqiqəlik möhtəşəm bir müsahibə alınmışdı. Ertəsi gün Bakıya təyyarə vardı, kaseti montajsız, əl dəymədən AzTV-yə göndərdim. Atam həyatda idi, hər gün zəng edirdim ki, izlədinmi Nihat Bəyi və hər səfərində də "yox" cavabı alırdım - müsahibənin efirə verilməyəcəyini anladım.

Bir neçə gün sonra Bilkent universitetində keçirilən konfransda Ter-Petrosyanın müşaviri Jerar Libaridyanla görüşmək üçün Vəfa Qulu-zadə Ankaraya gəldi. Vəfa müəllimə dedim ki, müsahibəni efirə vermədilər, kaseti də mənə qaytarmayacaqlar. "Elə şeymi olar, gedib özüm şəxsən alacam, sənə də göndərəcəm" dedi mənə.

Dörd gün sonra Vəfa müəllim zəng vurdu ki, sən haqlı çıxdın. Kaseti almağına aldım, amma müsahibənin üstünə başqa bir video yazıblar...

Laçın rayonunun işğal edildiyi gün doğulan Laçın indi 33 yaşındadır və mən bu sətirləri yazarkən o, əfsanə atasının cənazə mərasiminə hazırlaşır...

Nur içində yat, Böyük Türkçü!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://525.az
archiveBu xəbər 11 İyul 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Görüntüsü yayılan vəzifəli şəxs işdən çıxarıldı FOTO

12 İyul 2025 00:04see196

Onlar jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirirmişlər Mətbuat Şurası bəyanat yaydı

12 İyul 2025 13:18see168

Trampın Rusiya siyasəti: ABŞ lideri göyərçindən şahinə çevriləcəkmi? KİV

11 İyul 2025 16:15see167

Kitabxananın oxucu və fəalları möhtəşəm konserti izlədilər

11 İyul 2025 21:36see138

Politoloq: Zəngəzur dəhlizi açılarsa, bu, kənar güclərin bütün Trans Xəzər regionunda ekspansiya planlarını pozacaq

12 İyul 2025 00:41see132

Rusiya Fransa üçün əsas təhdiddir

11 İyul 2025 16:49see128

Adam söyüş söyür... Elmar Məmmədyarovun bu sözünə sabiq nazir cavab verdi: Yadıma düşmür ki, nə vaxtsa mən onu söyüm, ya da...

11 İyul 2025 16:13see127

Sosial yardım məbləğində artımlar olacaq? Deputatdan AÇIQLAMA

11 İyul 2025 13:44see127

Dağıstanla sərhəddə sudan KÜTLƏVİ ZƏHƏRLƏNMƏ Azərbaycan üçün də təhlükə

11 İyul 2025 17:49see125

KİV: Netanyahu hakimiyyəti saxlamaq üçün Qəzzada müharibəni qəsdən uzadıb

12 İyul 2025 05:55see125

“Dinamo” Bəxtiyora görə 2 milyon verdi

12 İyul 2025 05:12see125

Kəpəz yenə sponsorsuz qaldı Namiq Qədirov klubu tərk etdi, maliyyə problemi yarandı

12 İyul 2025 16:20see120

“Altun” dövrü bitdi, Türkiyədə jurnalistlər sevinir

11 İyul 2025 10:10see120

Bu universitetin prorektoru vəzifəsindən azad olunub

11 İyul 2025 16:32see117

XİN: BMMT nin Baş katibi seçilən Ərgüc Kələntərli əksəriyyətin dəstəyini qazanıb

11 İyul 2025 16:33see113

“Eşref” və “Demir” eyni layihədə

12 İyul 2025 01:16see112

Milli Çinə rəqib oldu

13 İyul 2025 01:24see111

Daha bir ölkədə azərbaycanlılara basqın: Kimi axtarırlar?

13 İyul 2025 01:19see111

Keçmiş sevgilisini unutmaq üçün dağlara çıxan çinli...

12 İyul 2025 22:14see111

İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı

11 İyul 2025 17:42see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri