Icma.az
close
up
RU
Vətəndaşları soymayın! So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Vətəndaşları soymayın! So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- Azərbaycanın kosmos strategiyasında Çin və İsrail xətti. Risklər varmı?

Bu gün Azərbaycan və Çin arasında kosmik sahədə əməkdaşlıqla bağlı Anlaşma Memorandumu  imzalanıb.

Düşünürəm ki, bu, Azərbaycan üçün çox ciddi və əhəmiyyətli bir məsələdir.

İndiyədək Azərbaycanın kosmos sahəsində əsas partnyorları fərqli ölkələr olub.

Amma kosmos sahəsində dünyada əsas söz sahibi olan ölkə ilə yüksək səviyyədə belə anlaşma əldə edilməsi böyük hadisədir.

Fikrimcə, Çin-Azərbaycan kosmik əməkdaşlığı sadəcə texnologiya ötürülməsi deyil, Azərbaycanın qlobal kosmik bazarda strateji oyunçuya çevrilməsi deməkdir. Bu anlaşma Azərbaycanın kosmos sahəsində beynəlxalq etimadını və imkanlarını daha da genişləndirəcək. Bu həm iqtisadi, həm də texnoloji suverenliyimizə birbaşa töhfədir.

Xatırladıram ki, indiyədək bu sahədə Çin şirkətləri ilə bir neçə müqavilələrimiz olub.

Bir neçə il öncə "Azərkosmos", Çin şirkəti "Emposat" ilə 7,3 metrlik yüksək dəqiqlikli peyk antenasının quraşdırılmasına dair müqavilə imzalamışdı. Bununla yanaşı, digər Çin şirkətləri - "Rhosoon", "StarWin", "Star.Vision", "Satelliteherd" ilə də Azərbaycan arasında rəqəmsal rabitə, peyk müşahidəsi və süni intellekt əsaslı təhlillər üzrə əməkdaşlıqlar davam edirdi.

Yəni Çin şirkətləri öz yüksək texnologiyalarını gətirib ölkəmizdə quraşdırır və idarə edir, bu da ölkəmiz üçün həm texniki biliklərin, innovasiyaların ötürülməsi, həm də iqtisadi baxımdan gəlir deməkdir.

Yeni strateji anlaşma isə bu əməkdaşlığı Azərbaycanın Cənubi Qafqaz və Mərkəzi Asiyanın peyk rabitə mərkəzinə çevrilməsi deməkdir. Həmçinin Azərbaycanın "Tier 4" sertifikatlı teleportunun da dünyanın peyk operatorları üçün etibarlı hostinq mərkəzi kimi tanınması deməkdir.

Lakin burada diqqətçəkən, incə bir məqam var.

Məlumdur ki, Azərbaycanın yeni müşahidə peyklərini İsrail hazırlayacaq. Bununla bağlı ötən il İsrail şirkətləri ilə anlaşma imzalanıb.

Belə bir vəziyyətdə paralel olaraq Çinlə bu dərəcədə dərin kosmik əməkdaşlıqlar görəsən, müəyyən risklər yarada bilərmi?

Çin və İsrailin regionumuzda geosiyasi maraqlarının fərqli olması baxımından eyni teleportdan həm Çin texnologiyaları, həm də İsrail istehsalı olan peyklərə xidmət göstərilməsi risklər yaradacaqmı?

Ümid edirəm və inanıram ki, Azərbaycan tərəfi bütün bu riskləri, "texnoloji balans" və "geosiyasi neytrallıq" prinsiplərini nəzərə alıbdır.

İstənilən halda, Azərbaycanın qlobal kosmik bazarda strateji oyunçuya çevrilməsi baxımından Çinlə əldə olunan anlaşma çox böyük uğurdur.

Çinlə imzalanan bu razılaşmalar sayəsində Azərbaycan tədricən regional deyil, qlobal kosmik ekosistemin fəal oyunçusuna çevriləcək.

Xaqani Səfəroğlu, jurnalist:

- Son vaxtlarda Azərbaycanda turist axınını daha da artırmaq üçün kazinoların yenidən bərpa olunması təklif olunur.

Bəs bu təklif bu gün üçün nə vəd edir?

Azərbaycanda son illərdə qeyri-neft sektoruna "stavka" turizm sahəsini ölkə iqtisadiyyatının aparıcı sektorlarından birinə çevrilmə potensialı daşıyır. Bu kontekstdə kazino biznesinin ölkədə leqallaşdırılması və ya məhdud formalarda icazə verilməsi mümkün iqtisadi perspektiv kimi qiymətləndirilir.

Ölkədə kazino fəaliyyəti 1998-ci ildə qadağan edilib.

Bu gün Azərbaycanda vəziyyət 28 il əvvəlki şərtlərdən fərqlidir.

Turizm hədəfi bir sıra trendləri aktual məsələyə çevirir. Kazino biznesinə icazə verilməsi bu çağırışlardan biridir.

Lakin burada əsas məsələ qanunvericilik sisteminin formalaşdırılmasıdır. Çünki Azərbaycan kimi ölkələrdə kazino incə və spesifik mövzu hesab olunur. İlk növbədə kazinoların dövlət üçün hansı faydalar gətirəcəyini düşünmək lazımdır.

Burada müzakirə ediləcək məqam hansıdır?

Kazino açmaq üçün ilk olaraq onun açılacağı yeri müəyyənləşdirmək lazımdır. Dünya təcrübəsinə görə, belə məkanlar məktəblərdən, təhsil və mədəniyyət ocaqlarından uzaq olmalıdır. Kazino yalnız xaricilər üçün fəaliyyət göstərə bilər.

Kazino biznesinin leqallaşdırılmasından əvvəl bir sıra ciddi məqamlar nəzərə alınmalıdır. İlk növbədə, ciddi hüquqi çərçivə və dövlət tənzimlənməsi olmalıdır. Lisenziya məhdud qaydada təqdim olunmalı və daha kompakt ərazilərdə fəaliyyət göstərən turizm obyektlərə verilməlidir.

Kazino sektorunun müəyyən qaydalar çərçivəsində leqallaşdırılması bir sıra iqtisadi faydalar verə bilər.

- Bu, turizmin inkişafını stimullaşdıracaq. Kazinolar xarici turistlər üçün cəlbedici amildir. Gəlir gətirən turizm regionlarında kazino infrastrukturu yaradılarsa, bu, turizm axınını artıra bilər.

- Bundan başqa, leqal kazino biznesi dövlət büdcəsinə əlavə vergi daxilolmaları təmin edə bilər.

- Bu, həmçinin yeni iş yerləri deməkdir. Kazino turizmi minlərlə iş yerinin yaradılmasına imkan verər.

Bununla yanaşı, bu ideya riskləri də daşıyır.

Kazino biznesinin leqallaşdırılması bəzi sosial və etik problemlər yarada bilər. Cəmiyyətdə sosial sabitliyə müəyyən neqativ təsir göstərə, cinayətkarlıq riski, bu sektorda qeyri-rəsmi fəaliyyətlərə şərait yarada bilər. Burada Azərbaycan cəmiyyəti ənənəvi mənəvi dəyərlərini də nəzərə almaq lazım gələcək.

Bütün bunlar kazino biznesi üçün alternativ model olaraq "Məhdud Zona" sistemini təklif edilə bilər.

Kazino biznesi Azərbaycan üçün hələlik ehtiyatla yanaşılan məsələdir. Lakin iqtisadi diversifikasiya, turizm sektorunun inkişafı bu sahənin müəyyən şərtlərlə leqallaşdırılması dövlət üçün yeni imkanlar aça bilər.

Bu prosesin sosial, etik və iqtisadi tarazlıqlar qorunmaqla idarə olunması vacibdir.

Telman İsa, siyasi ekspert:

- AYNA, düz yerdə adamın maaşı boyda cərimə gəlməz! Vətəndaşları soymayın!

Mübariz Göyüşlü, jurnalist:

- Artıq dörd zolaqlı aeroport yolu da tıxac olur.

Çingiz Özgür, feysbuk istifadəçisi:

- "Tarqovu"da o qədər ərəb var ki, adam rusca danışan görəndə qeyri-ixtiyari sevinir.

Sahila Yaya, jurnalist:

- Hacı Şahin dindar idi, adamın işi, karyerasının məğzi dinin tərəfini saxlamaq idi. Bizim sosioloq, psixoloq, filosoflara nə olub, anlamıram. Elmi dərəcələri var, açıram çıxışlarına baxıram ki, fəlsəfə öyrənim, içindən plagiat Hacı Şahin çıxır. Ay qardaş, sən filosofsan e, sənin sahən ayrıdı, sən niyə axundluq edirsən? Ya görürlər bu işdə yaxşı follower var, ya da nə bilim, fərqli şeylər gəlir ağlıma, qovuram.

Xəyal Rza, Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin rəhbəri:

- Şadlıq saraylarının mərasim evlərinə çevrilməyi çox kədərlidir. Bir zamanların ən məşhur şadlıq sarayı "Tural" da indi mərasim evidir. "Banu çiçək" adında şadlıq sarayı olar, mərasim evi yox! İnsafınız olsun! O şadlıq evlərində saysız-hesabsız xoş xatirələr var.

P.S. Sumqayıtda bir cavan mərhumun yas mərasimində idik. Məlum oldu ki, rəhmətliyin toyu da orada olub. Tüklərim biz-biz oldu.

Asif Nərimanlı, jurnalist:

- İlham Əliyevin Pekində "China Global Television Network"a (CGTN) müsahibəsi zamanı masanın üzərinə "İstisu" mineral sularının qoyulması diqqət çəkir: həm məhsulun, həm azad olunmuş ərazilərin investisiya potensialının marketinqi, həm də "ərazilərimizin azad olunub" mesajı baxımından maraqlıdır.

Fərid Pərdəşünas, texnobloger:

- Bu gün Çin ilə Azərbaycan arasında əldə edilən razılaşmalar, imzalanan sənədlər olduqca əhəmiyyətlidir. Qarşılama mərasimindən, münasibətlərdən və danışılan mövzulardan da görünür ki, bu əməkdaşlıq Çin üçün də vacibdir.

Çin yeni dünya mövqelənməsinin aparıcı oyunçusudur. Doğrudur, Trampın 1 nömrəli məqsədi buna imkan verməməkdir. Amma görünən odur ki, Çin "dünya təkcə Amerikadan ibarət deyil" yanaşmasının tətbiqinə artıq başlayıb. Əsas hədəfi də Avropadır.

Azərbaycan bu iqtisadi əməkdaşlıqdan böyük fayda götürə bilər və məncə, götürəcək də. Çünki coğrafi mövqe, iqtisadi imkanlar, infrastrukturlar buna imkan verəcək səviyyədədir.

Vətəndaşlarımız üçün isə ən gözəl xəbər Çini vizasız kəşf etmə imkanı olacaq. Mənə gələn məlumatlara görə, AZAL-ın planında yeni şəhərlərə istiqamətlər açmaq var.

Vüqar Bayramov, millət vəkili:

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat" imzalanıb. Imzalanmış sənədlərdən biri də ölkələr arasında vizasız səfərlər haqdadır. Bu o deməkdir, iki ölkə vətəndaşları qarşılıqlı vizasız səfərlər edə biləcəklər. Xatırladaq ki, Çin vətəndaşları bu ildən ölkəmizə vizasız gələ bilirdilər.

Azərbaycan ilə Çin arasında vizasız rejimə keçilməsi ölkələrin strateji və iqtisadi əlaqələrinin qarşılıqlı olaraq güclənməsinə imkan verəcək.  2024-cü ildə Çindən Azərbaycana gələn turistlərin sayı 1.9 dəfə artaraq 45.0 minə çatıb.  Bu ilin ilk rübündə isə Çindən Azərbaycana gələnlərin sayı 1.8 dəfə artıb. Bu o deməkdir, ilk 3 ayda 9 minə yaxın Çin vətəndaşı Azərbaycana səfər edib.

2024-cü ildə Çinə səfər edən turistlərin sayı 61.0 faiz artaraq 132 milyon nəfərə çatıb. Bu haqda statista.com məlumat yayıb. Bu, Çin üçün 6.4 trilyon yuan gəlir deməkdir.

Yeni anlaşma Azərbaycandan Çinə gedənlərin sayına təsir edəcək. Bir tərəfdən, Azərbaycan Hava Yollarının Bakı ilə Pekin arasında birbaşa uçuşlar həyata keçirməsi, digər tərəfdən vizasız rejim hər iki ölkə vətəndaşları üçün yeni imkanlar yaradacaq. Bu baxımdan, viza anlaşması yalnız turizm sahəsində deyil, bütövlükdə iqtisadiyyatın fərqli sektorlarında əməkdaşlıq üçün yeni imkanlar deməkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Aprel 2025 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see180

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see124

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see120

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see117

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see116

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see116

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see116

Maskın təklifi

08 İyun 2025 04:23see115

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see115

Vens artıq Maskı tənqid etməyəcək Tramp YASAQLADI

08 İyun 2025 19:39see114

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see113

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see112

Qazaxıstan Prezidentindən yeni müdafiə nazirinə TAPŞIRIQ

08 İyun 2025 19:25see112

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see111

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see111

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see111

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see111

Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI

08 İyun 2025 07:31see110

Qazaxıstan müdafiə nazirini dəyişib...

08 İyun 2025 19:14see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri