Icma.az
close
up
RU
Ana dilimiz xalqımızın ruhunun, tarixinin və gələcəyinin ifadəsidir

Ana dilimiz xalqımızın ruhunun, tarixinin və gələcəyinin ifadəsidir

Icma.az bildirir, Sia Az portalına istinadən.

Ana dili hər bir xalqın milli varlığını, tarixi yaddaşını, mədəni irsini yaşadan əsas atributlardan biridir. Azərbaycan xalqının ən dəyərli mənəvi sərvəti olan ana dilimiz, həm də milli birliyimizin və kimliyimizin bünövrəsidir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev məhz bu dəyəri əsrlərin süzgəcindən keçərək gələcək nəsillərə ötürüləcək milli xəzinə kimi qiymətləndirmiş, onun qorunması və inkişafı naminə mühüm tarixi addımlar atmışdır.

1970-ci illərdən etibarən Sovet İttifaqında milli dillərin sıxışdırılması siyasəti güclənmişdi. Belə bir şəraitdə respublika rəhbərlərinin ana dili məsələsini açıq şəkildə gündəmə gətirməsi həm cəsarət, həm də siyasi iradə tələb edirdi. Məhz bu dövrdə Azərbaycan SSR-in rəhbəri olan Heydər Əliyev xalqın milli kimliyini qorumaq üçün ən önəmli addımlardan birini atdı. Onun təşəbbüsü ilə 1978-ci ildə qəbul olunan Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verildi. Bu qərar təkcə hüquqi akt deyil, milli ruhun və özünüdərkin güclənməsinə xidmət edən simvolik hadisə idi.

Həmin illərdə Ulu Öndərin Azərbaycanın müxtəlif ali təhsil və mədəniyyət ocaqlarında ana dilində çıxış etməsi, onu yalnız ünsiyyət vasitəsi kimi deyil, milli ideologiyanın dayağı kimi təqdim etməsi cəmiyyətdə böyük əks-səda doğurdu. Heydər Əliyev özü bu addımı illər sonra belə xatırlayırdı: “Bu böyük sensasiya kimi qarşılandı... Dilini sevən, milli ruhla yaşayan insanlar bunu böyük bir hadisə kimi qəbul etdilər.”

Müstəqil Azərbaycan Respublikasının qurulmasından sonra ana dilimizin hüquqi statusunun daha da möhkəmləndirilməsi və onun dövlət idarəçiliyində, təhsildə və ictimai həyatda geniş şəkildə tətbiqi Heydər Əliyevin dil siyasətinin əsas hədəfi oldu. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Bu, artıq müstəqil dövlətimizin öz dilinə verdiyi ali dəyərin və dövlətçilik anlayışının mühüm ifadəsi idi.

1998-ci ildən başlayaraq imzaladığı sərəncamlarla Ulu Öndər dilin tətbiqi, tədrisi və inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini təmin etdi. 2001-ci ildə imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman və elə həmin il təsis etdiyi 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü, ana dilimizə verilən yüksək dəyərin parlaq ifadələridir.

Ümummilli Liderin ana dilinə göstərdiyi qayğı və formalaşdırdığı siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının imzaladığı müvafiq sərəncamlar, proqramlar və fərmanlar nəticəsində Azərbaycan dilinin istifadəsi genişlənmiş, qloballaşma dövrünün çağırışlarına uyğun şəkildə müasirləşdirilmişdir.

2004-cü ildən başlayaraq latın qrafikasında kütləvi nəşrlərin həyata keçirilməsi, Milli Ensiklopediyanın nəşrinə start verilməsi, klassik ədəbiyyat nümunələrinin yenidən nəşri bu siyasətin əsas tərkib hissələrindəndir. 2013-cü ildə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə dair Dövlət Proqramı”, eləcə də 2018-ci ildə imzalanan “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman bu istiqamətdə görülən işlərin sistemli və davamlı şəkildə aparıldığını təsdiq edir.

Heydər Əliyev dəfələrlə vurğulayıb ki, “dilimiz bizim milli sərvətimizdir” və “Azərbaycan dili şeir dilidir”. Bu fikirlər təkcə ədəbi deyil, siyasi və ideoloji dəyər daşıyır. Dilimizin saflığının qorunması, zənginləşdirilməsi və gələcək nəsillərə ötürülməsi üçün hər bir vətəndaş öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Çünki ana dili təkcə ünsiyyət vasitəsi deyil, eyni zamanda xalqın ruhunun, tarixinin və gələcəyinin ifadəsidir.

Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi birbaşa olaraq Ulu Öndər Heydər Əliyevin uzaqgörən və prinsipial dil siyasətinin nəticəsidir. Bu siyasətin bu gün də uğurla davam etdirilməsi isə dilimizin gələcəyinə olan inamımızın və milli birliyimizin möhkəm təməlidir.

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://sia.az
archiveBu xəbər 31 İyul 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see252

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see160

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see154

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see128

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri