Icma.az
close
up
RU
Deputat: “Hərbi parad xalqımızın Qələbə ruhunun, milli həmrəyliyinin və gələcəyə inamının ifadəsidir“

Deputat: “Hərbi parad xalqımızın Qələbə ruhunun, milli həmrəyliyinin və gələcəyə inamının ifadəsidir“

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin beşinci ildönümünə həsr olunmuş möhtəşəm hərbi paradın keçirilməsi Azərbaycanın şanlı Qələbəsinin növbəti əzəmətli və təntənəli nümayişi idi. Bakı şəhərində keçirilən hərbi parad təkcə Azərbaycan xalqı üçün deyil, bütün türk dünyasından ötrü mühüm hadisə oldu. Bu paradın keçirilməsi müasir, müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin də növbəti əyani təsdiqidir".

Moderator.az xəbər verir ki, bu fikirləri "Report"a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.

Deputat bildirib ki, Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda bütün qoşun növlərini əhatə edən hərbçilərlə yanaşı, hərbi texnikaların keçidi Ordumuzda aparılan modernləşmə işlərinin nümunələridir:

"Bu parad bir daha göstərdi ki, ordu quruculuğu prosesi Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ötən 22 ildə uğurla davam etdirilib. Bunun nəticəsində Azərbaycan Silahlı Qüvvələri bu gün regionda modern texnika ilə təchiz edilən, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir quruma çevrilib. Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərinin, hərbi birləşmə və tədris müəssisələrinin şəxsi heyətlərinin, hərbi texnikaların iştirak etdiyi hərbi paradda ölkə ictimaiyyəti bir daha dövlətimizin hərbi gücünün, Ordumuzun döyüş və qələbə əzminin əyani şahidi oldu".

Səbinə Salmanova xatırladıb ki, 5 il əvvəl, 2020-ci ilin dekabrında Bakıda keçirilən Zəfər paradı Azərbaycan tarixində milli qürurun, Ordumuzun gücünün və xalqımızın iradəsinin təntənəsi olmuşdu. 2023-cü ildə Xankəndidə keçirilən hərbi parad da Azərbaycanın suverenliyinin tam bərpa olunduğunu dünyaya bəyan etmişdi:

"Bu gün Azadlıq meydanında Vətən müharibəsində şanlı Qələbəmizin beşinci ildönümünə həsr olunmuş hərbi parad isə yalnız hərbi gücümüzün nümayişi deyil, həm də xalqımızın Qələbə ruhunun, milli həmrəyliyinin və gələcəyə inamının ifadəsidir. Dövlətimizin başçısı hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçiləndə bəyan etmişdi ki, nəyin bahasına olursa-olsun, biz öz doğma torpaqlarımızı azad edəcəyik. Hər sözü imzası qədər keçərli olan Prezident İlham Əliyev xalqımıza verdiyi bu vədinə də əməl etdi. Azərbaycan xalqı bu şanlı Zəfərlə hər zaman fəxr edəcək. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə Prezident İlham Əliyevin müdrik rəhbərliyinin, xalq-ordu birliyinin və milli iradənin təntənəsidir. Bu Qələbə təkcə torpaqlarımızın azadlığı deyil, həm də Azərbaycan dövlətçiliyinin əbədi və dönməz qüdrətinin təsdiqidir", - deyə o diqqətə çatdırıb.

Deputat qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin paradda iştirak etməsi və çıxışları bütün dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə-Pakistan dostluğu və qardaşlığı sarsılmaz, əbədi və strateji təməllər üzərində qurulub:

"Paradda Türkiyə və Pakistan hərbçilərinin nümunəvi keçidinin isə siyasi və rəmzi mənası var idi. 44 günlük Vətən müharibəsinin ilk günündən sonunadək Türkiyə Azərbaycanın yanında oldu, haqq səsimizə dəstək verdi. İstər Rəcəb Tayyib Ərdoğanın qətiyyətli çıxışları, istərsə də Türkiyənin digər rəsmi şəxslərinin Vətən müharibəsi zamanı etdiyi çıxışlar bizə əlavə ruh və güc verdi. Dövlətimizin başçısı çıxışı zamanı da bu məsələyə toxunaraq qeyd etdi ki, Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq. Bundan başqa, Prezident İlham Əliyev Pakistan dövlətinin və xalqının 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana göstərdiyi dəstək və həmrəyliyi yüksək qiymətləndirdi. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan, Türkiyə və Pakistan arasında formalaşan dostluq, qardaşlıq münasibətləri, sadəcə, siyasi əlaqə deyil, həm də ortaq dəyərlər, tarixi bağlar və gələcəyə yönəlmiş strateji əməkdaşlıqdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Noyabr 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri