Icma.az
close
up
RU
Ana dilimizin qorunmasını inzibati cəza mexanizmləri ilə tənzimləmək ürəkaçan mənzərə deyil Türkoloq

Ana dilimizin qorunmasını inzibati cəza mexanizmləri ilə tənzimləmək ürəkaçan mənzərə deyil Türkoloq

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və lingvistik təhlil şöbəsinin müdiri, professor Sevinc Əliyeva saytımıza müsahibəsi zamanı qeyd edib ki, dil normalarına əməl etməyən sayt və televiziyalara cərimələr tətbiq olunmalıdır.

Dil normalarına əməl etməyən sayt və televiziyaların cərimə olunmasına ehtiyac varmı?

Qarabağ Universitetinin Elm şöbəsinin müdiri, filologiya elmləri doktoru, türkoloq alim Elçin İbrahimov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, Sevinc xanım bu sahədə uzun illərdir fəaliyyət göstərir və bu müddət ərzində çoxsaylı monitorinqlər aparılıb.

"Prinsip etibarilə Sevinc xanımın səsləndirdiyi fikirlərlə razıyam. Lakin burada diqqət yetirilməli mühüm bir məqam var: söhbət cərimənin tətbiqindən gedirsə, bu cərimənin hansı formada həyata keçiriləcəyi, hansı hüquqi və institusional mexanizmlərə əsaslanacağı da aydın şəkildə müəyyənləşdirilməlidir. Bu məsələyə xüsusi həssaslıqla yanaşmaq lazımdır.

Azərbaycan dili qaydalarına və dil normalarına əməl etmək hər bir vətəndaşın borcudur. Bu, sadəcə tövsiyə deyil, cəmiyyət olaraq yerinə yetirməli olduğumuz bir məsuliyyətdir. Əgər biz bu məsuliyyəti yetərincə dərk etmiriksə, burada artıq səbəblər üzərində düşünmək və problemin mahiyyətinə enmək zərurəti yaranır".

Türkoloq vurğuladı ki, bu mövzunun cərimələr kontekstində müzakirə olunması ona xoş təsir bağışlamır:

"Çünki əslində borcumuz olan, riayət etməli olduğumuz bir məsələni – ana dilimizin qorunmasını – inzibati cəza mexanizmləri ilə tənzimləmək sağlam və ürəkaçan mənzərə deyil. Dil sevgisi və dilə hörmət cərimə qorxusu üzərində qurulmamalıdır.

Lakin əgər vəziyyət artıq bu həddə çatıbsa və başqa çıxış yolu qalmayıbsa, bu, cəmiyyət olaraq ciddi nəticələr çıxarmalı olduğumuzun göstəricisidir. Deməli, maarifləndirmə, məsuliyyət hissi və ictimai şüur sahəsində boşluqlar mövcuddur və bu boşluqlar üzərində düşünmək artıq qaçılmazdır".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:40
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Yanvar 2026 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see149

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri