Ana dilində sərbəst və səlis danışan bir nəsil yetişdirməyə çalışırıq
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
“İnanıram ki, 100 minlərlə gəncin “Ən yaxşı təqdimat” müsabiqəsinə qatılması milli kimliyin formalaşmasında mühüm rol oynayacaq”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində elm və təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, bu cür layihələr şagirdlərin təkcə biliklərini deyil, həm də milli-mənəvi dəyərlərə bağlılıqlarını artırır:
“Bütün şagirdlərin milli kimlik baxımından yüksək nəticə göstərməsi bizim əsas hədəflərimizdən biridir. Bu tipli müsabiqələr yeni nəslin qarşısında duran ən böyük çağırışlardan biri – texnologiyalarla təmasda olaraq ölkəmizə yad olan dəyərləri düzgün qavraması baxımından əhəmiyyətlidir”.
Emin Əmrullayev bildirib ki, Elm və Təhsil Nazirliyi milli kimliyini unutmayan, ana dilində sərbəst və səlis danışan bir nəsil yetişdirməyə çalışır:
“Bu istiqamətdə müxtəlif sahələri əhatə edən müsabiqələr təşkil edilir və bu tədbirlər şagirdlərin həm dünyagörüşünə, həm də vətənpərvərlik ruhuna müsbət təsir göstərir”.
Mina Mikayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 13 May 2025 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















