Icma.az
close
up
RU
Ana dilinə məhəbbət və ehtiram nümunəsi

Ana dilinə məhəbbət və ehtiram nümunəsi

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Azərbaycançılıq ideyasının təbliği



Bəxtiyar Vahabzadə öz yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb



13 fevral Xalq şairi, filologiya elmləri doktoru, professor, Əməkdar incəsənət xadimi Bəxtiyar Vahabzadənin anım günü idi.

Vahabzadə Bəxtiyar Mahmud oğlu 16 avqust 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olub və kiçik yaşlarında ailəsi ilə Bakıya köçüb. Orta məktəbi qurtarandan sonra ADU-nun Filologiya fakültəsində təhsil alıb, Universitetin aspiranturasında saxlanıb və "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şeirini çap etdirdikdən sonra başlayıb. O vaxtdan dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunub. "Mənim dostlarım" adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapıb. "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad" və "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı", "Rəqabət" (1960-2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub. Tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərib.

Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışıb, 1990-cı ildə isə təqaüdə çıxıb. AMEA-nın müxbir üzvü (1980), sonra həqiqi üzvü (2000) seçilib. 1981-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilib. O, həmçinin Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Ağsaqallar Şurasının üzvü idi (1991). Ədəbi-bədii prosesin yorulmaq bilməyən təbliğatçısı və təşkilatçısı kimi tanınırdı. Azərbaycan KP Bakı şəhər Komitəsinə üzv və bir neçə çağırış Bakı xalq deputatları Sovetinə və X çağırış Azərbaycan Ali Sovetinə, 1995 və 2000-ci illərdə Azərbaycan Milli Məclisinə deputat seçilib. 1976-cı ildə "Leninlə söhbət" və "Muğam" poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülüb. "Qırmızı Əmək Bayrağı" və "İstiqlal" (1995) ordenləri ilə təltif olunub.

Bəxtiyar Vahabzadə 60-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri idi. O, 1958-ci ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirib, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulub.

B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poemanın müəllifidir. Şairin əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilib.

Bəxtiyar Vahabzadə 2009-cu il fevral ayının 13-də, 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib.

Xatırladaq ki, Bəxtiyar Vahabzadə tədqiqatçı-alim kimi Azərbaycan elmi qarşısında xidmətlər göstərib. Şifahi ədəbi irsimizin, klassik və müasir Azərbaycan ədəbiyyatının öyrənilməsi sahəsində axtarışlarının bəhrəsi olan əsərlərini elmi ictimaiyyət həmişə dərin maraqla qarşılayıb. Azərbaycan dilinin saflığı, təmizliyi və zənginləşməsi uğrunda mübarizə Bəxtiyar Vahabzadə yaradıcılığının mühüm istiqamətlərindən birini təşkil edir. Xalqının gücü ilə yazıb-yaratmış Bəxtiyar Vahabzadə Azərbaycan dilinə qarşı soyuq münasibət gördüyü zaman qələmini bu istiqamətdə kökləyib "Mənim ana dilim" şeirini yazaraq, bu şeirin arxasında bir şəxsiyyət kimi çıxış edib, ana dilinin qorunması, onun saflığının saxlanılması üçün bütün insanları - azərbaycanlıları anasına hörmət etdiyi tək, ana dilinə də belə məhəbbət və ehtiramla yanaşmağa səsləyirdi. Müasir Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə öz yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Böyük söz ustası xalqımızın yüzillər boyu təşəkkül tapmış yüksək milli-mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə altmış ildən artıq bir müddət ərzində yorulmadan yazıb-yaradıb. O, azərbaycançılıq məfkurəsi ilə dərindən bağlı olan və milli özünüdərkə çağıran çoxsaylı əsərləri ilə ədəbiyyatımızın inkişafına dəyərli töhfələr verib. Azərbaycan xalqının tarixinin qədim dövrlərdən bəri müxtəlif mərhələlərində baş vermiş hadisələr, böyük şəxsiyyətlərin parlaq simaları ustad sənətkarın diqqət mərkəzində dayanırdı. Onun hələ ötən əsrin 60-cı illərinin əvvəllərində qələmə aldığı "Gülüstan" poemasının həyat və fəaliyyətinə çox böyük maneələr yaradacağını bildiyi halda, bu əsəri qələmə alıb. Azərbaycan dövlətçiliyinə, müstəqilliyinə daim can atan, ömrü boyu müstəmləkə əleyhinə çıxış edən şair tarixi materiallara söykənib milli qəhrəmanlıq ənənələrini yaşadan əsərlərlə mütəmadi çıxış edib. Babəkin ölümü, ona qarşı olan xəyanət tarixi materiallar əsasında Bəxtiyar Vahabzadəyə tam dəqiqliyi ilə məlum olduğundan, o, Səhl Sumbat kimilərin vətən eşqi ilə yaşayan insanlara qarşı olan münasibətini birmənalı qarşılayaraq, onlara qəti şəkildə etiraz və nifrətini bildirirdi.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Bizim bir ümumxalq ideologiyamız var - Azərbaycançılıq məfkurəsi!” sözlərinin poeziyada təcəssümünü məhz Bəxtiyar Vahabzadənin şeirlərində görə bilirik. “Bayraq mənliyimdir, bayraq kimliyim, Bayraq-öz yurduma öz hakimliyim” söyləyən Bəxtiyar Vahabzadə haqlı olaraq xalqın qəlbində özünə uca abidə ucaldıb. Xalq onun keçmişini, bu gününü və gələcəyini yazan şairini necə sevməyə bilər?! Bəxtiyar Vahabzadə yaradıcılığı təpədən-dırnağa Türk – Azərbaycan kimliyinin, istiqlalın, azadlığın, milli-mənliyin təcəssümüdür. Azərbaycançılıq - ümumtürk mənşəli milli məfkurədir. Və bu məfkurə Bəxtiyar Vahabzadə yaradıcılığının mayasını təşkil edir.

Azərbaycan, adın oddur, özün – işıq, sözün - işıq.

Biz də sənin bu müqəddəs torpağından boy atmışıq,

Sənsən bizim bu dünyada məsləkimiz, amalımız,

Yolumuza işıq saçsın ulduzumuz, hilalımız.

Nəfəsimiz – ulu Qorqud dədəmizin öz nəfəsi,

Mahnımızda yaşar bizim babaların addım səsi.

Bu torpaqda, bu diyarda dünən vardıq, bu gün varıq,

Biz keçmişə güvəndikcə gələcəyə addımlarıq.

Vətən bizsiz də keçinər, keçinmərik biz Vətənsiz.

Bu məramla boy atmışıq Çənlibellər üstündə biz.

Şəhidlərin qanı ilə yoğrulubdur torpağımız,

Qəlbimizdə dalğalanır öz üç rəngli bayrağımız.


Xalq şairi ilə bağlı xatirələrini bölüşən sabiq nazir  Misir Mərdanovun sözlərinə görə, o, təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının ən çox sevilən böyük şairlərindən biri olub: 

- Universitetin rektoru və təhsil naziri işlədiyim dövrlərdə Bəxtiyar müəllimlə dəfələrlə görüşmüşdüm. Təhsil naziri təyin olunduqdan sonrakı ilk görüşümüzü yaxşı xatırlayıram, məni təbrik etdikdən sonra dedi ki: Uşinskinin ana dili haqqındakı məqaləsini Azərbaycan dilinə tərcümə edib, "Müəllim" qəzetində çap etdirsən, yaxşı olar.

Hər kəsə yaxşı məlumdur ki, Azərbaycan dili onun yaradıcıllığında xüsusi yer tutur. Dəfələrlə onun Azərbaycan dili ilə bağlı məsələlərin müzakirəsində ciddi söz deməsinin şahidi olmuşam.

Növbəti görüşümüz Şəkidə onun evində baş tutdu. Şəkidə “Müəllimlərin avqust konfransına” getmişdim, məni evinə dəvət etmişdi. Son görüşümüz isə 2009-cu ildə Bakı Dövlət Universitetində oldu. Tale elə gətirdi ki ki, son görüşümüzdə, onun dəfn mərasimini aparmalı oldum... Allah rəhmət eləsin, məkanı cənnət olsun.

Fikirlərimi Bəxtiyar Vahabzadənin çox sevdiyim "Ana dili" şeirindən bir parça ilə bitirirəm:

Bu dil - bizim ruhumuz, eşqimiz, canımızdır,

Bu dil - bir-birimizlə əhdi-peymanımızdır.

Bu dil - tanıtmış bizə bu dünyada hər şeyi.

Bu dil - əcdadımızın bizə qoyub getdiyi

Ən qiymətli mirasdır, onu gözlərimiz tək

Qoruyub nəsillərə biz də hədiyyə verək.

Ey öz doğma dilində danışmağı ar bilən,

Bunu iftixar bilən, modalı ədabazlar,

Qəlbinizi oxşamır qoşmalar telli sazlar.

Qoy bunlar mənim olsun.

Ancaq vətən çörəyi, bir də ana ürəyi

Sizlərə qənim olsun!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Fevral 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert “90 illik irs”

24 May 2026 01:53see360

ABŞ Ermənistanı Rusiyanın siyasi orbitindən tamamilə çıxarmağa çalışır

25 May 2026 17:14see276

Piri mürşüdün ölümündən öncəki son sözləri

23 May 2026 23:07see225

Azərbaycanlı diplomat İranda həlak oldu

23 May 2026 22:46see212

F1 komandaları 2027 mövsümündə bəzi yarışların qısaldılmasını dəstəkləyiblər

24 May 2026 03:20see201

Atmosferin yuxarı hissəsi niyə daim soyuq olur? Sirr açıldı

24 May 2026 06:52see199

“YouTube Shorts”da süni intellektlə video redaktəsi dövrü başlayır

24 May 2026 05:58see194

8 saatdan çox yatanlar vaxtından tez qocalır Alimlər təsdiqlədi

24 May 2026 07:00see186

Milyon avroluq avtomobilləri oğurladılar

25 May 2026 01:58see180

Tramp Si Cinpinlə görüşündə Yaponiyanın Baş nazirini müdafiə edib

24 May 2026 10:40see171

May ayının sonuna qədər sərvət qazanacaq BÜRCLƏR

25 May 2026 00:04see170

KİV: ABŞ İran sazişinin layihəsi zənginləşdirilmiş uran məsələsini həll edə bilmir

24 May 2026 07:58see163

Qaş aldırmaq hansı hallarda günah sayılır?

24 May 2026 07:20see163

Bu ölkə ordusunu “Azərbaycan modeli” əsasında QURUR

24 May 2026 16:50see160

Universitetin elmi fəaliyyətinin inkişafına xidmət edən ömür... ​Professor Kərim Həsənov

24 May 2026 09:51see158

Dəmir Yolları əhaliyə xidmət göstərir, ya imtiyazdan istifadə edir? KONKRET

25 May 2026 13:29see154

Millinin sabiq futbolçusu narkotik alverinə görə həbs olundu

25 May 2026 02:08see151

1946 cı ildən sonra doğulanlar daha çox XƏSTƏLƏNİR

24 May 2026 11:01see149

Mourinyo Real da ildə 6 milyon avro qazanacaq İDDİA

25 May 2026 04:06see145

Barselona onun üçün 60 milyon avro ödəyəcək?

25 May 2026 00:28see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri