Icma.az
close
up
RU
Ana olmaq üçün ən uyğun yaş hansıdır? ARAŞDIRMA

Ana olmaq üçün ən uyğun yaş hansıdır? ARAŞDIRMA

Icma.az, Saglamolun saytına istinadən bildirir.

İngiltərədə aparılan bir araşdırmada qadınların fiziki və psixoloji baxımdan hansı yaşda ana olmağa uyğun olduqları ilə bağlı qəribə nəticələr ortaya çıxıb.

Ailem.az həmin nəticələri təqdim edir.

“Royal College” Ginekologiya Birliyinin apardığı araşdırmanın nəticəsinə görə, 20-35 yaş arası ana olmaq üçün ən uyğun zamandır. Bu 15 illik zaman içərisində yumurtalığın döllənməsi daha asan olur. Bu yaşda yüksək təzyiq xəstəsi olma ehtimalı az olduğu üçün hamiləlikdə hər hansı bir təhlükəli durumun olması da azdır. Qadın daha enerjili dönəmdə olduğundan yuxu azlığı və ağır rejim anaya o qədər də təsir etmir. Qeysəriyyə kəsiyi ilə doğum etmə ehtiyacı da çox olmur.

Bəs uşaq yetişdirməyin ideal yaşı hansıdır? Aarhus Universitetinin araşdırmasına görə, 30 və daha yuxarı yaşlar ana olmaq üçün daha ideal yaşdır. Danimarkalı qadınlar üzərində aparılan bu araşdırmaya əsasən, gec yaşlarda uşaq sahibi olmaq daha az davranış problem və duyğu dəyişimi deməkdir. Danimarkada övlad sahibi olma yaşı təxminən 30-39-dur.

Təcrübəli, yoxsa enerjili ana?

Araşdırmaçıların fikrincə, daha təcrübəli analar daha bağışlayıcı ola bilirlər. Təcrübəli anaların sözlə, ya da fiziki olaraq uşaqlarına daha az cəza verdikləri ortaya çıxıb. Daha səbrli və daha az qayda istifadə edirlər.

Lakin araşdırmanın məqsədi gec yaşda ana olmağın gözəlliyini təbliğ etmək deyil. Başqa bir açıqlamaya görə isə, daha yaşlı anadan doğulan uşaqlar qavrama bacarığı testlərində, gənc anaların uşaqlarına nisbətən daha yaxşı nəticələr ortaya qoyur. Bu testlər uşaqların irəlidə göstərəcəkləri təhsil uğurları ilə əlaqədar ciddi bir göstərici ola bilir.

Ancaq doğuşda yaşanan problemlər hər nə qədər azalmış olsa da, gec yaşda ana olmaq istəyən qadınlarda ciddi sağlamlıq problemi ortaya çıxa bilir. Əslində gec yaşda ana olmaq daha yaxşı deyil. Ancaq uşağın inkişafına təsir edəcək bir probleminiz yoxdursa, 30 yaşlarında ana olmaqda da bir problem yoxdur əlbəttə. Yəni əslində bu araşdırmadan çıxarılacaq nəticə belədir - 30 yaşındasınızsa, mütləq uşağınıza qarşı daha səbrli olacaqsınız deyə bir qayda yoxdur. Problem yoxdursa, inkişaf da normal irəliləyə bilər.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 20:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see325

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see261

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see252

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see221

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see217

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see212

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see208

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see206

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see204

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see201

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see196

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see193

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see192

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see186

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see185

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see184

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see184

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see178

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see176

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri