Icma.az
close
up
RU
Ana sənə əmanətdir, ata Şəhid qardaşların son FOTOSU

Ana sənə əmanətdir, ata Şəhid qardaşların son FOTOSU

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Vətən müharibəsinin ən təsirli hekayələrindən biri də İman və Bəhrəm Məmmədzadə qardaşları ilə bağlıdır. Onlarınıkı uşaqlıqdan, təhsil illərindən, tələbəlikdən başlayıb Vətən müharibəsində çiyin-çiyinə döyüşməklə davam edən bir qardaşlıq hekayəsidir... Şəhid qardaşların həyatında hər şey birlikdə olub. İman və Bəhram Məmmədzadələrin atası Elman Məmmədov övladları ilə son telefon söhbəti, döyüş yolu barədə xatirələrini Modern.az-la bölüşüb.
"Şəhidin son fotosu" rubrikası bu dəfə man və Bəhram Məmmədzadələrə həsr olunub.
Şəhid atası oğullarının şücaətindən qürur duyduğunu və iki qardaşın bir-birinə bağlılığını xüsusi vurğulayırdı.

"Son fotonu onlar evdən ayrılıb müharibəyə yollananda çəkdirmişdik. Mən həmişə oğullarımla fəxr etmişəm. Həmin gün də fəxr edirdim, indi şəkillərə baxanda da fəxr edirəm".
Elman Məmmədov bir-birindən ayrılmayan iki oğlunun ömür yolundan qururla danışır:
"Onlar Rusiyada oxumuşdular. Biz onlardan çox vaxt uzaq qalmışıq. Analarına çox bağlı idilər. Müharibəyə birgə yollandılar, təhsil dalınca getdikləri kimi...
Müharibə zamanı hər gün analarına görə zəng edir, yaxşı olduqlarını deyirdilər. Ancaq bu zənglər cəmi 30 gün çəkdi".

Elman Məmmədovun sözlərinə görə, oğulları ilə sonuncu dəfə elə şəhid olduqları gün danışıb və günün ikinci yarısında qardaşlar şəhadətə ucalıblar.
"Biz həmin gün telefonda danışdıq. Dəfələrlə, bu cümləni dedilər: "Ana sənə əmanətdir ata, qismət olsa, görüşəcəyik".
Bizim danışığımızdan sonra şəhid olublar. Xocavəndin Qırmızı Bazar istiqamətində bir yüksəklik var ki, oraya qalxanda mühasirəyə düşüblər. 14 nəfərlik heyətdən 11 nəfər şəhid olub.
Mənim igid oğullarım 44 günün 30 gününü çiyin-çiyinə döyüşdülər, qucaq-qucağa şəhid oldular.
Onların körpəliyi də, təhsil aldıqları dövr də, tələbəlik illəri də, əsgərlik həyatı da, döyüşü də bir yerdə oldu. Qardaşı qardaşdan vətən yolunda ölüm də ayıra bilməz. Onlar Azərbaycana, Azərbaycan tarixinə əsl qardaş necə olur onu öyrətdilər. Qardaşlıq səlnaməsi yazdılar".
İman Məmmədzadə 1998-ci il sentyabrın 14-də Lerik rayonunun Kəlvəz kəndində anadan olub. Subay idi. 2020-ci il noyabrın 2-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin azadlığı uğrunda döyüşlərdə şəhid olub. Ölümündən sonra Prezident İlham Əliyevin sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, həmçinin "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Bəhrəm Məmmədzadə 2000-ci il aprelin 18-də Lerik rayonunun Kəlvəz kəndində anadan olub. Subay idi. 2020-ci il noyabrın 2-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin azadlığı uğrunda döyüşlərdə şəhid olub. Ölümündən sonra Prezident İlham Əliyevin sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, həmçinin "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Noyabr 2026 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see416

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see347

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see343

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see313

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see312

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see303

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see301

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see300

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see293

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see284

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see274

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see273

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see263

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see259

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see254

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see250

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see245

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see243

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see232

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri