Icma.az
close
up
RU
Ana südü ilə qidalandırılma və yeni hamiləlik

Ana südü ilə qidalandırılma və yeni hamiləlik

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qadınlar arasında belə bir səhv fikir formalaşmışdır ki, əmizdirmə dövründə ana hamilə qala bilməz.

Bu, heç də belə deyil. Uşaq əmizdirən qadınların 96%-nin orqanizmində,  həqiqətən də, elə bir vəziyyət formalaşır ki, bu zaman ovulyasiyanın olmaması səbəbindən o, süd verdiyi müddətdə hamilə ola bilmir. Çünki bu zaman ananın orqanizmində yumurta hüceyrəsi yetişmir, ovulyasiya baş vermir, menstruasiya olmur. Bu hal "laktasion amenoreya" adlanır və təbii kontrasepsiya (hamiləlikdən qorunma) üsuludur. Onu da qeyd etmək lazımdır ki, bu üsul yalnız uşağın əmizdirilməsinin düzgün şəkildə aparıldığı halda, uşaq doğulduqdan sonra ilk 6 ay ərzində effektivdir. Lakin bu 100% halda baş vermir. Bu səbəbdən, qadın ehtiyatlı olmalı və özünə uyğun kontrasepsiya üsulu seçməlidir.

Fizioloji nöqteyi-nəzərdən ananın ikinci dəfə hamilə olması üçün ideal vaxt, birinci uşağın ana südü ilə qidalandırılması tam şəkildə başa çatdıqdan ən azı bir neçə ay (və doğuşdan ən azı iki il keçdikdən) sonrakı dövr hesab olunur.

Lakin ikinci hamiləlik, bu müddətdən tez, birinci uşağın əmizdirilməsi ilə eyni vaxtda baş vermiş olarsa, bunu faciə kimi qəbul etmək, hətta yeni hamiləliyi pozmağa cəhd etmək və ya təcili olaraq 1-ci uşağı süddən kəsmək qəti surətdə qadağan olunur! Əksər hallarda, yeni hamiləliyin baş verməsi, 1-ci uşağın əmizdirilməsi üçün əks-göstəriş hesab olunmur.

Uşaq əmizdirən və eyni zamanda hamilə olan qadın kifayət qədər və tam dəyərli qidalanmalıdır (zülallar, vitamin və minerallarla zəngin olan müxtəlif çeşidli qidalar qəbul etməlidir).

Hamiləlik dövründə ananın döş gilələrində həssaslığın artması baş verə bilər ki, bu zaman onlar müəyyən qədər ağrılı olurlar. Əgər əmizdirmə zamanı döşdə ağrı, xoşagəlməz hissiyyat yaranarsa, uşağın əmmə müddətini bir qədər azaltmağa, əmizdirilmə vəziyyətini dəyişməyə cəhd etmək olar.

Hamiləlik vaxtı ananın döşündə olan südün miqdarı, onun keyfiyyəti və dadı get-gedə dəyişiləcəkdir. Bu, hamiləlik dövründə ananın hormonal fonunda olan dəyişikliklərlə əlaqədar olur. Bəzi uşaqlar südün dadının dəyişdiyini hiss edərək döşdən imtina edə bilərlər, digərləri isə bunu hiss etmədən eyni qaydada əmməyə davam edirlər.

Hamiləlik zamanı anada südün miqdarı azalır və bu səbəbdən, körpə daha çox əmməyə başlaya bilər. Həmçinin hamiləliyin ikinci trimestrindən etibarən, ananın yetkin südü əvvəlki formasına - ilkin südə çevrilməyə başlayır. Bildiyimiz kimi, ilkin süd uşağın bağırsaqlarını yumşaldır və hətta açır. Məhz bu səbəbdən, körpədə ishallar yarana bilər. Qətiyyən, bu ishalları zəhərlənmə ilə səhv salmayın. Bu normaldır və zəhərlənməyə aid digər kliniki göstəricilər (qusma, susuzlaşma və s.) yoxdursa, narahatlığa da heç bir əsas yoxdur.

Bir çox hallarda hamilə qadınlar qorxur ki, 1-ci körpəni əmizdirməyə davam etdikdə, bu onlarda öz-özünə uşaqsalmaya (aborta) və ya vaxtından qabaq doğuşa səbəb ola bilər. Lakin bu, heç də belə deyil. Əgər bundan əvvəlki hamiləlik fəsadsız keçirdisə və yeni hamiləlik də sakit şəkildə keçirsə (hamiləliyin pozulması təhlükəsi, qanaxmalar və s. yoxdur), ana əmizdirməni növbəti doğuşa qədər davam etdirərək, hətta lazım gələrsə,  daha sonra hər iki uşağını da eyni zamanda əmizdirə bilər (bunu “tandem əmizdirmə” adlandırırlar).

Lakin əvvəlki hamiləlik çətin keçmişsə və yeni hamiləliyin də pozulma ehtimalı varsa, bu halda həkim məsləhəti ilə uşağın əmizdirilməsini dayandırmaq lazımdır.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 23:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see513

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see281

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see275

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see270

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see263

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see262

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see257

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see250

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see231

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see229

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see228

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see224

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see216

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see215

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see209

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see205

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see204

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see202

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri